Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin .....                     “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar .....                     Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi .....                     Bankın texniki nasazlığı sizi borca sala bilər .....                     Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub .....                     Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb .....                     Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… .....                     Rusiya FTX azərbaycanlı qadını həbs etdi .....                     Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb .....                     “Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? .....                     Ruslar Avropa İttifaqı missiyasının binasını .....                     Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... .....                     Müəllim-sahibkardan Prezidentə müraciət... .....                     CHP sədri barəsində istintaq başlanılıb .....                     Azərbaycan - Ermənistan sülhü rəsmiləşir .....                     Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? .....                     Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır .....                     “Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib .....                     Tanınmış alimi avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində .....                     Məleykə Abbaszadənin “qadın və inək” dastanı .....                     Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi .....                     Həbsdə olan sabiq bələdiyyə sədri və bacısı yenidən məhkəmə qarşısında .....                     Qaxda 13 yaşlı qıza təcavüz olunub .....                     Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... .....                     Paşinyan və xanımı o ölkədə etiraz yaratdı: Bura gəlməyin .....                     Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü .....                     Bakıda 16 yaşlı oğul anasını hoteldə qətlə yetirib .....                     Elnur Bağırov vergi borcu olan şirkəti qalib etdi .....                     Ağdamın da öz TENDERYEYƏNİ VAR İMİŞ... .....                     Zəngəzur dəhlizinin dumanlı gələcəyi .....                     Burda müştəri məmnuniyyəti SIFIR! .....                     Prezidentin müsahibəsindəki şifrələr: müharibə bitdi, yeni mərhələdə gözlənilənlər .....                     ƏƏSMN-nin KƏLLƏMAYALLAQ İŞLƏRİ... .....                     Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir .....                     "Qurban Qurbanov futbolumuzu bataqlığa gömən diletantlara göz dağı verir!" .....                     Bakıda kirayə ev tapılmayacaq: Qiymətlər isə... .....                     Kremlin susqunluğu münasibətlərdə yeni gərginlik siqnalıdır .....                     "Şimal-Cənub dəhlizi ayrıca bir marşrut olsa da, yeni Zəngəzur dəhlizinə qoşula bilər" .....                     Bir şagirdin məktəb alış-verişi GÖRÜN NEÇƏYƏ BAŞA GƏLİR... .....                     Rusiya indi də İranın təəssübünü çəkərək dəhliz üçün yeni ideya verir .....                 

“Deputat maaşı 3 mindən yuxarı deyil, bilmirəm bu məsələni niyə şişirdirlər” - deputat
Tarix: 11-03-2019, 08:52 | Çap et
“Deputat maaşı 3 mindən yuxarı deyil, bilmirəm bu məsələni niyə şişirdirlər”
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a budəfəki müsahibəsində dövlət başçısının bölgələrdəki görüşləri ilə bağlı maraqlı fikirlər söylədi. Eyni zamanda, o, son günlər geniş ictimai müzakirələrə səbəb olan məsələlərə, o cümlədən deputatların maaş artımı xəbərinə də münasibətini açıqladı.

- Fəzail bəy, prezidentin bölgə əhalisi ilə görüşləri ötən həftə ərzində də davam etdi və böyük maraqla qarşılandı. Siz bu görüşləri necə dəyərləndirirsiniz?

- Ölkə prezidenti hər zaman xalqımıza xidməti, özü dediyi kimi, şərəf bilib və bundan qürur hissi duyduğunu açıq şəkildə etiraf edib. 2003-cü ildən, prezident seçildiyi zaman kəsiyindən üzü bəri imzaladığı fərman və sərəncamlara, bununla bağlı atdığı addımlara nəzər yetirsəniz, görəcəksiniz ki, ölkə prezidentinin Azərbaycanın bugünkü səviyyəyə çatmasında yeganə məqsədi Azərbaycan xalqına xidmət, dövlətimizin güclənməsinə töhfə vermək olub. Prezidentimizin söykənmiş olduğu dəyərlər, prinsiplər, normalar var. O, bu dəyər, prinsip və normaları hər zaman qoruyub-saxlayıb, onların daim zənginləşdirib, inkişaf etdirib, hər zaman da xalqa açıq olub, xalqı dinləyib, təklif və şikayətlərə ciddi önəm verib. Son dövrlərdə keçirdiyi görüşlərlə ölkə prezidenti bir daha Azərbaycan xalqının nə düşündüyünü bilmək istəyir, insanlarının birbaşa ehtiyaclarının içərisində olmağa üstünlük verir. Prezident Şamaxıda çıxış edərkən sakinlərin məktublarını əlində tutaraq dedi ki, dövlətimiz hər zaman sizinlədir, sizin bütün problemlərinizi hər zaman həll etməyə hazırdır. Bu, həm də o deməkdir ki, prezident istəyir xalqın şikayətlərini öz köməkçiləri vasitəsilə deyil, birbaşa, həm şifahi, həm də yazılı şəkildə əldə etsin, xalqın nə düşündüyünü şəxsən bilsin. Açığını deyim, bu, yeni bir texnologiya, yeni bir yanaşmadır. Mən az-çox dünya siyasətini, ayrı-ayrı liderlərin xalqla görüşünü izləmişəm, hələ bu cür texnologiyaya rast gəlməmişəm. Əlbəttə, bunun çox böyük əhəmiyyəti var. Bir tərəfdən, xalq görür ki, prezident birbaşa onlarladır, onun dərdinə, problemlərinə həssas yanaşan dövlət başçısıdır. Həm də prezident bilmək istəyir ki, hansı çətinliklər, problemlər var. Yerində, yaxud qayıdandan sonra konkret addımlar atır, sərəncamlar verir. Bu, əlbəttə, vətəndaş-prezident ünsiyyətinin yeni forması kimi, onlar arasındakı münasibətləri daha da möhkəmləndirir, səmimi və daha sarsılmaz edir.

- Bəs, niyə vətəndaş-icra başçısı, vətəndaş-digər məmur münasibətləri belə deyil?

- Məsələ bundadır ki, ölkə prezidentləri hər zaman bütün məmurlara və vətəndaşlarımıza nümunə nümayiş etdirib. İndi bu da nümunənin yeni bir formasıdır. Əlbəttə, bütün məmurlar bundan nəticə çıxartmalıdır. Mən demirəm ki, onlar prezident kimi, insanları açıq havada qəbul etsinlər. Biz görmüşük ki, məmurlar bölgələrə gedəndə bir-iki nəfər onların önündə oturur, ola bilsin, çox vətəndaşlarımızı qəbul edirlər. Hər halda təqdimat göstərir ki, onların vətəndaşlarla görüşü kütləvi deyil. Bütün icra strukturlarında böyük zallar var. Məncə, bu zallardan istifadə edib “Açıq mikrofon” görüşünü təşkil etmək lazımdır. Bunu nazirlər regionlara gedən zaman da etmək olar. Həm də hər həftə icra başçıları vətəndaşları kabinetlərinə, yaxud qəbul otağına çağırıb, 3-5 nəfəri qəbul etməklə kifayətlənməli deyil. İcra başçıları konkret günlərdə rayonun sakinlərini bir mərkəzə toplaya bilər.

Mən bildiyim qədər bir çox rayonlarda bu, tətbiq olunur. Mən onların adlarını çəkmək istəmirəm, ancaq bir çox icra başçıları bütün komandası ilə ayrı-ayrı kəndlərə gedir, orda vətəndaşları dinləyirlər. Eyni zamanda, rayonlarda ayrı-ayrı nazirliklərin, qurumların rayon şöbələrini, regional rəhbərlərini ora dəvət edirlər və qaldırılan problemlər həllini tapır. Bu, o icra başçılarına aiddir ki, onlar birbaşa xalqla bir yerdədir, xalqa xidmət edirlər. Lakin mənim məlumatıma görə, bütün icra başçıları bu metoddan istifadə etmir. Məsələn, Bakı şəhərində bu, yoxdur. Paytaxtda hələ mən görməmişəm ki, istənilən icra başçısı rayonun bir məhəlləsinə getsin, yaxud özünün “Açıq mikrafon”unu təşkil etsin, insanlar gəlib onunla təmasda olsurn, problemlərini qaldırsın. Yaxşı olar ki, Bakıda da insanlarla geniş təmaslar qurulsun, bunun çox böyük faydası olardı.

- Prezidentə təqdim olunan məktubların çoxluğu həm də yerlərdəki şikayətlərin çox olması demək deyilmi?

- Əlbəttə, bu, onun göstəricisidir. Lakin bu, təkcə icra başçıları deyil, eyni zamanda, həmin rayonlarda icra başçısının səlahiyyətlərindən kənarda olan nazirlik və komitələr haqqında da verilmiş şikayətlərdir. Bu gün ədalət naminə demək lazımdır ki, nazirliklərin rayon strukturları icra başçısı ilə sadəcə olaraq, formal şəkildə işbirliyinə malikdir. Onların bütün tapşırıqları, təşkilati məsələlər nazirlikdən, respublika səviyyəli qurumlardan gəlir. Ona görə də o məktublar təkcə icra başçılarının deyil, eyni zamanda ayrı-ayrı strukturların yerli şöbələrinin yaratmış olduğu problemlərlə bağlıdır.

- Bütün bunların məntiqi nəticəsi olaraq ciddi struktur islahatları, kadr dəyişiklikləri gözlənilirmi?

- Kadr dəyişikliyini deyə bilmərəm, struktur islahatları davam edir. Əlbəttə ki, ölkə prezidentinin etimadını doğrultmayan, bu gün kabinetdə oturub prezidentin qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə üstünlük verənlər, şübhəsiz ki, zamanın sərt sınağından çıxa bilməyəcəklər, prezidentimizdən mükafat qazana bilməyəcəklər. Bu cür insanlar heç şübhəsiz ki, etimadı doğrultmayan məmur kimi kənarda qalacaqlar və onlar daha yenilikçi, xalqla işləyən, bu işlərin gedişində prezidentimiz kimi, innovativ metodlardan istifadə edə biləcək kadrlarla əvəz olunacaqlar.

- Fəzail bəy, daha bir görüş ziyalılarla oldu və hələ də müzakirəsi gedir. Siz ziyalılardan nələri eşitmək istəyirdiniz və gözləyirdiniz?

- Belə bir ənənəvi görüşlərə rəhmətlik ulu öndərimiz hər zaman üstünlük verirdi. Ölkə prezidenti də ayrı-ayrı tədbirlərdə ziyalılarla görüşürdü və ziyalıların ona müraciətinə çox yüksək qiymət verirdi, onların bu və ya digər problemlərinin həlli üçün dərhal konkret addımlar atırdı. Eyni zamanda, ayrı-ayrı strukturlar vasitəsilə də prezidentə müraciət olunan təkliflər də təbii ki, ölkə prezidenti tərəfindən nəzərə alınırdı. Prezident bütün sahələrdə olduğu kimi, bu sahədə də yeniliyə imza atdı və bir qrup mədəniyyət, incəsənət nümayəndələri ilə çox səmimi, açıq görüş keçirdi. Orda qaldırılan bir çox problemlərə dərhal prezident səviyyəsində reaksiya oldu, tapşırıqlar verildi. Çox yaxşı hal idi ki, həmin görüşdə ölkənin birinci vitse-prezidenti Mehriban xanım da iştirak edirdi. Çünki onun da kurasiyasında bir çox məsələlər var ki, o da həmin görüşdən sonra öz tərəfindən müvafiq addımlar atmağa başladı. Bildiyiniz kimi, hələ ölkənin birinci vitse-prezidenti seçilməmişdən öncə Azərbaycan incəsənətinin, maddi-mədəniyyət nümunələrinin himayəçisi və carçısı, dünya miqyasında onun təbliğatçısı kimi nüfuz qazanan Mehriban xanım birinci vitse-prezidenti seçiləndən sonra artıq əlavə statusla bu missiyanı yerinə yetirməyə başlayıb. Yəqin ki, o görüşdə dəyərli mədəniyyət və incəsənət adamlarının qaldırdığı məsələlərə Mehriban xanım Əliyeva da öz səlahiyyətləri çərçivəsində müdaxilə edəcək, buna şabhə yoxdur. Mən Əbülfəz Qarayevin belə bir açıqlamasını eşitdim ki, bu görüşlər ardıcıl xarakter daşıyacaq, digər dəvət oluna bilməyənlərlə də görüşlər keçiriləcək. Bu, çox yaxşıdır. Prezident artıq cəmiyyətin bütün təbəqələrinin, bütün sosial qruplarının nə düşündüyünü birbaşa təmasda, açıq söhbətlərlə öyrənə bilir və qaldırılan problemlərlə bağlı konkret addımlar atır. Bürokratik sistemdə və idarəçilik sistemində ola bilsin, elə yazılmamış qayda-qanunlar var ki, bir çox məsələlərin hər zaman prezidentin önünə çıxarmaq bəlkə də çətin olur. Ancaq orada qaldırılan məsələlərin birbaşa həmin insanlar tərəfindən prezidentin diqqətinə çatdırılması və bunun çox müsbət qəbul edilməsi, qəbul edilən təkliflərin reallaşması üçün tapşırıqların verilməsi çox yaxşıdır, alqışlanmalıdır.

- Bu görüşlə bağlı ən çox danışılan heykəl mövzusu oldu. Sosial şəbəkələrdə də yazdılar ki, Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulursa, niyə Məhəmməd Əmin Rəsulzadəyə qoyulmur?

- Mən düşünürəm ki, Azərbaycan xalqının tarixində, istər onun ictimai-siyasi həyatında, istər dövlətçilik, istər mədəni tarixində, mənəvi dəyərlərində müstəsna xidmətlər göstərmiş insanların hər birinin adı əbədiləşdirilməlidir. Bununla bağlı addımlar atılıb, onların adına küçələr verilib, qəsəbələr salınıb, bunlar öz yerində. Onların heykəllərinin qoyulması ilə bağlı da addımlar atıla bilər. Bəli, bu, əbədiləşmənin bir formasıdır. Hacı Zeynalabdinin də, eyni zamanda, Məhəmməd Əmin Rəsulzadənin də, Xan Xoyskinin də, Əlimərdan bəy Topçubaşovun da, Əhməd bəy Ağayevin də, digərlərinin də... Cümhuriyyətin qurulmasında xidmətləri olan tarixi şəxsiyyətlərin hər birinin, Mehmandarovun, Şıxlinskinin də heykəllərinin qoyulması mümkündür. Bütün bunların həyata keçirilməsi üçün məncə, müvafiq qurumlar, ölkə qarşısında məsələ qaldıranda, əminəm ki, prezident buna müsbət yanaşacaq və məsələlərin yerinə yetirilməsi üçün tapşırıqlar veriləcək. Mən Bəhram Bağırzadənin təklifini alqışlayıram.

- Deməli, kimsə Rəsulzadə ilə bağlı təklif versə, o da müsbət həllini tapacaqdı, eləmi?

- Söhbət tək Rəsulzadədən getmir. Niyə onda Xan Xoyskidən, Topçubaşov və digərlərindən danışmırıq? İstiqlal küçəsində prezident İlham Əliyevin sərəncamı ilə Cümhuriyyət qurucularının şərəfinə bir abidə qoyulub. Çox yaxşı olardı ki, Azərbaycanın ən yaxşı, görkəmli, görünən yerində onların özlərinin də memorialı yaradılsın, o heykəldə bütün Cümhuriyyət qurucularının hər birinin siması ifadə olunsun. Bəlkə, bu, daha yaxşıdır, nəinki ayrı-ayrı heykəllərin qoyulması.

- Bu yaxınlarda deputatların maaşının artırıldığı xəbəri yayıldı və bu, çoxlarında qıcıq yaratdı. Bu barədə nə deyə bilərsiniz?

- Vallah, böyük miqdarda artırılmayıb. Mən də o deputatlardan biriyəm. Nə 5 min, nə 6 min? Elə söhbət yoxdur. Çox cüzi miqdarda maaşımız artırılıb, bir də ezamiyyə pulları artırılıb. Yəni məsələ şişirdilir, bilmirəm bu, nədən, hardan qaynaqlanır. Belə şey yoxdur. Mən tam məsuliyyətlə deyirəm ki, yüksək maaş artımından söhbət gedə bilməz.

- Sirr deyilsə, deputat maaşı nə qədərdir?

- Mən tam məsuliyyətlə deyirəm, burada müavinətli, maaşlı 3 min manatdan yuxarı deyil. Sizin qəzet kifayət qədər ciddi qəzetdir, mən istərdim ki, bu məsələni oxuculara çatdırasınız. Oxudum ki, İsa Həbibbəyliyə bu barədə sual vermisiniz, 5-6 rəqəmi səslənib. Bəlkə də, onun Elmlər Akademiyasındakı maaşı ilə deputat maaşı bu qədər ola bilər. Ancaq deputat maaşı 3 mindən yuxarı deyil, bilmirəm bu məsələni niyə şişirdirlər. Bu gün hər kəsin, hətta işləməyənlərin də maaşı artırılır. Artırılmalıdır da, çünki bütün Azərbaycan vətəndaşlarının maddi təminatı olmalıdır. Ölkə prezidentinin atdığı addımları çox yüksək qiymətləndirdim, onları alqışladım və bunlar davamlı olacaq. İndi cəmiyyətin hər bir məmurunun, vətəndaşının maaşında artım varsa, Milli Məclisin deputatı niyə kənarda qalmalıdır, mən bu fəlsəfəni, bu yanaşmanı başa bilmirəm. Bu barədə danışanlara sual verin ki, axı, hamınızın maaşı artır, şəraiti yaxşılaşır, Milli Məclisin deputatları ilə bağlı addımın atılmasına nə qəbahət var? Milli Məclis bu proseslərdən kənarda deyil, çünki o da cəmiyyətin bir hissəsidir.

- Bunun qarşılığında deyilir ki, deputatın maaşından fərqli olaraq, digər kateqoriyalı insanların maaşı və ya təqaüdü az artırılır. Onlara nə sözünüz var?

- İndi başqa bir şey var da: deputatın üzərinə düşən missiya, məsuliyyətlə adi bir vətəndaşımızın məsuliyyəti eyni deyil. Yəni hər bir cəmiyyətdə ədalət meyarı var. Hər kəs özünün fiziki və zehni xidmətinə, məsuliyyətinə, verdiyi töhfələrə görə əmək haqqını almalıdır. Əgər Milli Məclis üzvü cəmiyyətin idarə olunması üçün qanunun qəbulu üçün məşğul olursa və onun başqa yerdən gəliri yoxdursa - mən bu cür millət vəkillərini təmsil edirəm - bunun maaşı adekvat olaraq digər vətəndaşlarımızın maaşı kimi artırılırsa, burda pis nə var? Əgər bizim maaşımız 5-10 minə çatdırılsa, mən ona qətiyyən razı olmaram, bu, ədalətsizlik olardı. Ancaq adekvat olaraq cəmiyyətin bütün təbəqələrinin maaşı artdıqca, deputatların da maaşı müəyyən dərəcədə artırılırsa, buna bizim dəyərli soydaşlarımız anlaşıqlı yanaşmalıdır. Mən çox arzulayıram, bizim vətəndaşlarımızın imkanları o səviyyəyə qalxsın ki, ümumiyyətlə, əmək haqqı barədə biz hər hansı müzakirə aparmayaq, buna ehtiyac duyulmasın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58
“Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56
Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55
Bankın texniki nasazlığı sizi borca sala bilər - ABB müştərilərinin NƏZƏRİNƏ
Bu gün, 11:51
Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub - AÇIQLAMA
Bu gün, 11:43
Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb - Ata qətlinin təfərruatları
Bu gün, 11:41
Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… - Kəramət Böyükçöl
Bu gün, 11:38
Rusiya FTX azərbaycanlı qadını həbs etdi - VİDEO
Bu gün, 11:31
Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb
Bu gün, 11:26
“Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? – ŞOK MƏBLƏĞ
Bu gün, 11:24
Ruslar Avropa İttifaqı missiyasının binasını VURDU
Bu gün, 11:15
Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... - Görünəni odur ki...
Bu gün, 11:13
Müəllim-sahibkardan Prezidentə müraciət... - "Evim əlimdən alındı..."
Bu gün, 11:10
CHP sədri barəsində istintaq başlanılıb - "TRT Haber"
Bu gün, 11:00
Azərbaycan - Ermənistan sülhü rəsmiləşir - Paşinyanın açıqlamaları da göstərir ki...
Bu gün, 10:59
Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? - ARAŞDIRMA
Bu gün, 10:54
Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır
Bu gün, 10:32
“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:31
Tanınmış alimi avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib
Bu gün, 10:29
Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!
Bu gün, 10:28
Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi – VİDEO
Bu gün, 10:25
Həbsdə olan sabiq bələdiyyə sədri və bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:23
Qaxda 13 yaşlı qıza təcavüz olunub - Bir neçə nəfər saxlanıldı
Bu gün, 10:17
Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paşinyan və xanımı o ölkədə etiraz yaratdı: Bura gəlməyin - “Hraparak”
Bu gün, 09:52
Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü - MƏHKƏMƏ
Bu gün, 09:48
Bakıda 16 yaşlı oğul anasını hoteldə qətlə yetirib - TƏFƏRRÜAT
Bu gün, 09:46
Elnur Bağırov vergi borcu olan şirkəti qalib etdi - FOTOFAKT
Bu gün, 09:43
Ağdamın da öz TENDERYEYƏNİ VAR İMİŞ... - AXI NİYƏ?
Bu gün, 09:41
Zəngəzur dəhlizinin dumanlı gələcəyi – Heç nə aydın deyil
Bu gün, 09:39
Burda müştəri məmnuniyyəti SIFIR! - GİLEY
Bu gün, 09:37
Prezidentin müsahibəsindəki şifrələr: müharibə bitdi, yeni mərhələdə gözlənilənlər - İNCƏLƏMƏ
Bu gün, 09:27
ƏƏSMN-nin KƏLLƏMAYALLAQ İŞLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 09:23
Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir - NARAZILIQ VAR...
Bu gün, 09:10
"Qurban Qurbanov futbolumuzu bataqlığa gömən diletantlara göz dağı verir!" - deputat
Bu gün, 09:05
Bakıda kirayə ev tapılmayacaq: Qiymətlər isə... - AKTUAL
Bu gün, 09:01
Kremlin susqunluğu münasibətlərdə yeni gərginlik siqnalıdır - GƏLİŞMƏ
Bu gün, 09:00
"Şimal-Cənub dəhlizi ayrıca bir marşrut olsa da, yeni Zəngəzur dəhlizinə qoşula bilər" - ÇÜNKİ...
Bu gün, 08:58
Bir şagirdin məktəb alış-verişi GÖRÜN NEÇƏYƏ BAŞA GƏLİR... - Qiymətlər ƏL YANDIRIR
Bu gün, 08:55
Rusiya indi də İranın təəssübünü çəkərək dəhliz üçün yeni ideya verir - Kremlin nəbz yoxlaması
Bu gün, 08:53
Niyam Salami “yarım milyonluq dələduzluq işi”ndə bəraət qazandı – Keçmiş şərikinə araşdırma açıldı
Bu gün, 08:50
Ukrayna bu müqavilə ilə tələyə salındı - Pristayko
Bu gün, 07:53
MKİ-nin Rusiya üzrə mütəxəssisi Alyaskadan sonra məxfi məlumatlara girişdən məhrum edilib - KİV
Bu gün, 07:50
Ukrayna Təhlükəsizlik Şurasının katibi və Prezident ofisinin rəhbəri ABŞ-yə səfər edəcək - "Bloomberg"
Dünən, 18:01
8 avqust razılaşmasından imtina Ermənistana yaxşı heç nə vəd etmir
Dünən, 17:17
“Muğam” müsabiqəsində qalmaqal: “Onlara yazığım gəlir!” – Nə baş verir?
Dünən, 17:13
Azərbaycanda bu şirkətin nizamnamə kapitalı 2 qat azaldı
Dünən, 17:09
"Bütün universitetlər Qarabağa köçürülməlidir" - İLGİNC ÇAĞIRIŞ
Dünən, 16:57
Ermənistan ABŞ-a yeni səfir təyin edib
Dünən, 16:52
FANTASTİK “ANALİZ QİYMƏTLƏRİ”, YERSİZ YOXLAMALAR... – Özbəklər AQTA-dan nə öyrənəcək?
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru