Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                 

"Baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır"
Tarix: 21-02-2019, 08:24 | Çap et
"Baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır"
2019-cu ilin ilk iki ayı sosial-iqtisadi islahatlarla yadda qaldı. Ölkə prezidentinin şəhid ailələri ilə görüşü, daha sonra şəhid ailələrinə 11 min manat vəsaitin ödənilməsinə başlanması müsbət bir tendensiyanın başlanğıcı oldu. Şamaxıda baş verən zəlzələnin ardından prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın bu rayona səfəri, sakinlərlə səmimi görüşlər, zərərçəkənlərə yeni evlərin tikilməsi ilə bağlı göstəriş verilməsi də cəmiyyət tərəfindən müsbət qarşılandı. Bunun ardından minimum əmək haqqı kəskin artaraq, 180 manata qaldırıldı. Pensiyalarla bağlı da oxşar addım atıldı, martın 1-dən əmək pensiyalarının minimum məbləği 160 manata qaldırılacaq.

Bu ay ərzində dövlət başçısının yaddaqalan addımlarından biri də Beyləqan rayonuna səfəri, orada əhali ilə keçirdiyi səmimi görüşlər, bu rayonla bağlı verilən qərarlar oldu. Bundan başqa, prezidentin Sumqayıta gəlişi də isti görüntülərlə yaddaqalan oldu.

Siyasi təhlilçilər bütün bunları ciddi açılım kimi dəyərləndirirlər. Bu kurs və atılan məlum addımlar hakimiyyət-müxalifət dialoqunu, yeni münasibətlər sisteminə keçidi də aktuallaşdırırmı?

Qeyd edək ki, Azərbaycanda hakimiyyətlə siyasi qüvvələr arasında dialoq, aktual mövzuların bir araya gələrək müzakirə edilməsi təcrübəsi var. Son illərdə bu təcrübənin ən parlaq və geniş müstəvini əhatə edən nümunəsi kimi 2015-ci il parlament seçkiləri öncəsi hakimiyyət təmsilçisi ilə siyasi partiyaların rəhbərləri arasında ard-arda keçirilən görüşləri xatırlamaq kifayətdir. Hər kəsin müsbət qiymətləndirdiyi o zamankı dialoq prosesi nədənsə sonradan dayandı.

VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, həqiqətən də hakimiyyət İlham Əliyevin timsalında siyasi dinamiklik nümayiş etdirir: “Belə davranış mövcud komanda üçün xarakterik deyil. Bir sıra daxili və xarici reallıqlar belə addımları şərtləndirir, fikrimcə. Səbəbin nə olmasından asılı olmayaraq, baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır.

Amma bununla yanaşı, diqqətli olmaq zəruridir. Belə yumşalmalar ictimai diqqəti azdırmaq üçün də ola və müvəqqəti xarakter daşıya bilər. Bütün güzəştlərin mabədi siyasi islahatlar olmalıdır. Çünki digər geriləmələrin daimiliyini siyasi sistem müəyyən edir. Orada dəyişim olmasa, transformasiya aldadıcı ola bilər. Siyasi dəyişikliklər isə bir neçə addımda görünə bilər. Misal üçün, dialoq, Seçki Məcəlləsinin dəyişikliyi, seçkidə siyasi iradəni nümayiş edəcək mövqe və sair. İnanmaq istəyirəm ki, atılan addımların ardınca bu addımlar da olacaq".

AĞ Partiyanın sədri Tural Abbaslı da bildirdi ki, iqtidarın siyasətini nisbətən dəyişmək xətti tutduğu görünür. Bu dəyişim cəhdləri hələlik özünü ancaq əhali ilə birbaşa təmasda və əhalinin sosial problemlərinin həllində göstərir: “Biz bir müxalifət partiyası olaraq təbii ki, bu yöndə olan müsbət addımları təqdirəlayiq hesab edirik. Eyni zamanda bu tədbirlərin qısa bir müddətə hesablanmış kiçik siyasi addımlar deyil, köklü sosial, iqtisadi, siyasi islahatların başlanğıcı olmasını arzulayırıq. Təəssüf ki, sosial, iqtisadi sahədə edilən nisbi açılımlar hələlik siyasi səhnədə özünü göstərmir. İstər siyasi məhbuslar, istər azad mətbuat, istər sərbəst toplaşma azadlığı, istərsə də siyasi partiyaların fəaliyyətlərini stimullaşdıracaq addımlara, islahatlara ehtiyac var. Bütün bu sadaladığım sahələrdə müsbətə doğru açılımlar və islahatlar olmasa, digər sosial, iqtisadi açılımların faydası az olar. Əgər hakimiyyət bu və ya digər səbəbdən islahatlara qərar veribsə, bu, tam və köklü edilməlidir, siyasi sahəni də əhatə etməlidir. Təbii ki, burada hakimiyyətlə müxalifət arasında normal, sivil ölkələrdə olduğu kimi dialoq qurulmalıdır. Siyasi münasibətlər sistemində dəyişikliklər edilməli və partiyaların ölkə həyatındakı rolu artırılmalıdır. Sözün həqiqi mənasında çoxpartiyalı sistemin mövcudluğu təmin olunmalıdır”.

AMİP katibi Əli Orucov da qeyd etdi ki, İlham Əliyev bir sıra sosial-iqtisadi problemlərin çözülməsi ilə bağlı əməli addımlar atmaqdadır. AMİP bunu təqdir etməklə bahəm, prosesin davamlı olmasını, siyasi sferanı da əhatə etməsini istəyir: “Nəzərə almaq lazımdır ki, iqtidarın vəzifəsi xalqa xidmət etmək, ona layiqli həyat şəraiti təmin etmək, dövləti normal idarə etməkdir. Bunu ölkə rəhbəri də açıq bəyan edir. Mən prezidentin son dönəmlərdəki fəaliyyətini kölgəyə salmaq niyyətində olmasam da, hesab edirəm ki, siyasi sistemdə də islahatlar olandan sonra bunları köklü islahatlar kimi qiymətləndirmək daha düzgün olacaq. Çünki ölkədə həm də siyasi və idarəetmədə, siyasi institutlarda ciddi problemlər qalmaqdadır. Bunlar bir-birini tamamlamasa, paralel getməsə, sosial-iqtisadi sahədə də arzu edilən ciddi uğurlar qazanmaq mümkün olmaz. Ölkədə siyasi dialoq, qarşılıqlı hörmət və etimad mühiti yaradılmalıdır. Başladılan islahatları davamlı, daha dərin qatlara aparmaq, eləcə də hakimiyyət daxilindəki bəzi mürtəce qüvvələrin müqavimətini dəf etmək üçün mütərəqqi qüvvələrə, konstruktiv müxalifət düşərgəsinin yardımına ehtiyac duyulacaq. Bu zərurətdir. Ona görə də iqtidar-müxalifət dialoqu qaçılmazdır. Əslinə qalsa, iqtidar-müxalifət dialoqu mütəmadi olmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru