İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... .....                     Vuçic nəhayət ki bunu edəcək... .....                     Batmaqda olan gəminin YOLÇULARI .....                     Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Qarabağ separatçıları... .....                     Müştərilər beləcə qəpik-qəpik SOYULUR... .....                     Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? .....                     Lənkəranskinin qan düşməni idi .....                     Avropa Parlamentindən Ermənistanı şok edən .....                     Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb .....                     Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                 

Müsavat Partiyasında növbəti saxta vəsiqə qalmaqalı
Tarix: 14-02-2019, 09:41 | Çap et
Müsavat Partiyasında növbəti saxta vəsiqə qalmaqalı
Son günlər Müsavat Partiyasında saxta vəsiqə qalmaqalı böyüyür. Bunun yaranma səbəblərindən biri partiya funksioneri Səxavət Soltanlının paylaşdığı status olub. “Yeni Müsavat” sözügedən statusu təqdim edir: “Əziz dostlar, hakimiyyətin tapşırığı ilə Müsavat Partiyasına qarşı ”saxta sənəd satma" ittihamı ilə yeni bir kampaniya başladılıb. Bəziləri səmimi, bəziləri də məkrli məqsədlə bu “ittihamlara” cavab verməyimizi istəyirlər. Əzizlərim, ortada münasibət bildiriləsi bir dənə də olsa ciddi fakt olmadığı halda nəyə cavab verək?

Şəxsən sən oxucu, öldürmədiyin şəxsi harada basdırdığını deyə bilərsənmi? Bəli Müsavat Partiyasının, rəhbərlərinin adından saxta sənəd düzəldənlər var, biz onların kimlər tərəfindən verilməsinin müəyyənləşməsində ən çox maraqlıyıq. Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, tapın bu cinayətkarları!

Hər zaman belə müzakirələrdə “Ortaya fakt qoyun” deyirik.

Elə “faktlar” qoyurlar ki, adam müzakirəyə çıxarmağa, adı hallanan şəxsə “sizin adınızdan istifadə etməklə saxta sənəd düzəldiblər” deyə müraciət etməyə də ehtiyac duymur. Saxta sənəd haqqında fakt istəyirsən, götürüb ortaya saxta fakt qoyurlar.

İndi sizin diqqətinizə belə bir saxta sənədi təqdim edəcəm.

Guya Yadigar Sadıqlıya məxsus olduğu deyilən, Yadigar bəyin hansı təşkilatın sədri olduğunu bilməyən biriləri tərəfindən primitiv formada onun adından istifadə etməklə saxta sənəd düzəldir.

Kimsə Müsavat adından saxta sənəd düzəldirsə, buna görə Müsavat Partiyası və ya adından saxta sənədə saxta imza atan Yadigar Sadıqlı günahkarmı olur, “arayış alverçisi”mi olur? Yadigar Sadıqlının ümumiyyətlə Salyana aidiyyəti yoxdur, o, Lənkəran təşkilatının sədri olub, Lənkaranda doğulub, orda işləyib, indi də orda yaşayır.

Üzünə baxan kimi bu sənədin də saxta olduğu, Müsavat Partiyasına aidiyyəti olmadığı, Yadigar Sadıqlının da bundan xəbəri olmadığı aşkar görünür.

Belə saxtakarlara, işbazlara görə Müsavat Partiyası kimi ləyaqətlə mübarizə aparan partiyanın adını hallandırmaq olarmı?

Bu “fakt”lara görə bizdən cavab vermək tələb edilə bilərmi?

Və ən sonda, kimsə bizim tərəfimizdən, Müsavat Partiyası tərəfindən hansısa bir sənədi pul müqabilində (qədər önəmli deyil) kiməsə verməsi ilə bağlı ortaya ciddi bir fakt qoysa, hamınızdan üzr istəyəcək, Müsavat başqanının müavini vəzifəsindən və seçkili orqan olan partiyanın Divanından da istefa verəcəyimi bəyan edirəm!

Fakt qoyun ortaya, daha belə saxta fakt yox".

Bu status Müsavat Partiyası daxilində, eləcə də sosial şəbəkədə ciddi müzakirələrə, qovğaya səbəb olub. İlkin reaksiyalardan birini elə partiyanın divan üzvü Yadigar Sadıqlı bildirib. Onun mövzu ilə bağlı yazdıqlarını təqdim edirik: “Dünən mənim iştirak etmədiyim Divan iclasında məlum olub ki, partiya rəhbərliyinin əlində belə bir sənəd var. Mənim Salyan (!) təşkilatının sədri kimi göstərildiyim, guya imzaladığım saxta xasiyyətnamə. Və aylardır bu sənəd partiya rəhbərliyində ola-ola mənə heç bir məlumat verilməyib. Elman Fəttahın bununla bağlı iradına da düz-əməlli cavab səslənməyib. Gecə saatlarında isə Müsavat üzvlərinin qapalı qrupunda gələcək qurultayda başqanlığa namizəd olacağımı açıqladıqdan sonra başqan müavini Səxavət Soltanlı yenə mənə demədən, adım keçən sənədi yenə də mənimlə məsləhətləşmədən paylaşıb. Zatən məsləhətləşsəydi, etiraz etməyəcəkdim. Şükür, cəmiyyətdə qazandığımız imic var, belə şeylər bizə yapışmaz. Amma yenə də etika, yoldaşlıq xəbər verməyi tələb edirdi.
Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə, elə burada da Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyiəm.Kim göndərib və nə vaxt göndərib. Və cavabın şifahi deyil, skrinşotla verilməsini tələb edirəm".

Müzakirələr zamanı Y.Sadıqlı ona sual ünvanlayan bəzi partiyadaşlarına cavab olaraq deyib: “Mənim adım keçən və guya aylarla əllərində olan sənəd barədə mənə heç bir məlumat verilməməsini, qəfildən sosial şəbəkədə paylaşılmasını izah edə bilərsiniz?” O, bununla da bu paylaşımın səmimi məqsədlərdən xəbər vermədiyinə işarə vurub.

Partiya başqanının müavini Tofiq Yaqublu isə müzakirələrdə bildirib ki, “bu saxta sənəd ələ keçən kimi Yadıgar bəyə dərhal məlumat verilməliydi”.

S.Soltanlı isə yaranmış fikir ayrılıqlarına belə münasibət bildirib: “İsterikanı anlamadım. Müsavata qarşı iflasa uğrayan şər kampaniyasını yenidən dirçəltmək cəhdinə cavab olaraq yazmışam ki, belə saxta sənədlər müxtəlif Müsavat yetkililərinin o cümlədən Yadigar Sadıqlının da adından düzəldilir, və saxta olması qəti şübhə doğurmayan bir nümunəni paylaşmışam. Burada sizi narahat edən nədir?

Eyni zamanda işbazların Yadigar Sadıqlının adından hazırladığı, guya Müsavat Partiyasına aid olan saxta sənədi ictimailəşdirməyimin Yadigar Sadıqlının başqanlığa namizəd olacağını elan etməsi ilə əlaqələndirmək riyakarlıqdır. Əvvəla, bu saxta sənəd Yadigar Sadıqlıya qarşı kompromat deyil. İkincisi, Yadigar Sadıqlı mən bu saxta sənəd haqqında Divan üzvlərinə (13 nəfərin iştirak etdiyi iclasda) məlumat verdikdən, bəzi Divan üzvlərinə və Elman Fəttaha bu saxta sənədi göstərdikdən, onun vasitəsi ilə bu haqda məlumat Yadigar Sadıqlıya çatdırıldıqdan sonra o qurultayda başqanlığa namizəd olacağını elan edib".

S.Soltanlı eyni zamanda bildirib ki, “Adam nə qədər savadsız və utanmaz olmalıdır ki, iddia eləsin ki, hansısa təşkilat öz üzvünə ”saxta vəsiqə", “saxta arayış” nə bilim saxta nəsə versin?". O, bu fikirlərini möhkəmləndirmək üçün aşağıdakıları qeyd edib: “Verirsə, elə həqiqi vəsiqə, həqiqi arayış verər də. Ay savadsız və bizə qarşı istifadə olunanlar, hansısa təşkilatın adından saxta sənəd varsa, bu o deməkdir ki, bu sənəd hansısa başqa fırıldaqçılar tərəfindən hazırlanıb. Bəli, Müsavat Partiyasının sənədlərinə oxşar sənəd düzəldənlər var və biz də bu saxtakarların tapılmasında, cəzalanmasında maraqlıyıq.

Əlində partiyanın möhürü, blankı olan bir şəxs niyə saxta sənəd versin? Niyə boş yerə oksigen israf edirsiz? 50, 100, 1000, 10000 min manat qarşılığında şəxsiyyətini, əqidəsini, əqidədaşlarını satanlar bizlərin düşünmədən nələrdən imtina etdiklərimizi heç düşünə bilirlərmi?

Bələdiyyə, parlament seçkilərində Müsavat Partiyasının siyahısı ilə seçkilərdə iştirak etməməyə görə şəxsən mənə təklif edilən pulun və başqa maddi şeylərin qarşısında bizə şər atanlar çox şeylərin satardılar.

Biz həmin təklif göndərənlərə düşünmədən layiq olduqları formada cavab vermişik.

Bir imza vərəqinə görə mən də daxil olmaqla namizədlərimizə təklif edilənlərdən xəbəriniz olsa da sizdə utanan sifət görmürəm.

Biri bizə Müsavatın sənədinə oxşar saxta sənəd göstərir, araşdırmasız görünür ki, saxta sənəddir, deyir “fakt demirdiz, bu da fakt”.

Bu adamlara ona görə vaxt ayırıram ki, cavab verilməyəndə, həqiqətlər deyilməyəndə ən absurd yalan da ayaq tutub yeriyir.

Bundan əvvəlki kampaniyaları kimi bu da suya düşüb".

“Yeni Müsavat” mövzu ilə bağlı tərəflərlə danışmağa cəhd göstərsə də, buna nail olmayıb. Y.Sadıqlı bu barədə mediaya açıqlama verməyəcəyini bildirib. Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, ötən illərdə də Müsavat Partiyasına qarşı saxta vəsiqə ittihamları olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Dünən, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Dünən, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Dünən, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Dünən, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Dünən, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Dünən, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Dünən, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Dünən, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Dünən, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Dünən, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Dünən, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Dünən, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Dünən, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Dünən, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Dünən, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Dünən, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Dünən, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Dünən, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Dünən, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Dünən, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Dünən, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Dünən, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Dünən, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Dünən, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Dünən, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Dünən, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Dünən, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Dünən, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
26-06-2026, 19:36
Karapetyanın adamı həbs edildi
26-06-2026, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
26-06-2026, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
26-06-2026, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
26-06-2026, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
26-06-2026, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru