Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                 

“Hüseyn Abdullayev 90-cı illərin axırına qədər heç kim idi” - Fəzail Ağamalı
Tarix: 21-05-2018, 08:39 | Çap et
“Hüseyn Abdullayev 90-cı illərin axırına qədər heç kim idi”
Deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı ilə budəfəki söhbətimizi zəruri edən bir neçə məsələ oldu. 1992-ci ildə Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993-1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və naziri əvəzi olan müsahibimizlə adıçəkilən nazirliyin ətrafında gedən müzakirələrdən danışmağa, təbii ki, ehtiyac var idi. Həmçinin, deputatdan keçmiş həmkarı Hüseyn Abdullayevlə bağlı suallara da cavab almaq istədik. Təbii ki, digər aktual mövzulara da toxunduq.

- Fəzail bəy, bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbərliyinin fəaliyyəti ciddi şəkildə tənqid olunur, ciddi ittihamlar səslənir. Hətta parlament müzakirələrində də ağır ittihamları eşitdik. Siz bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanın dövlətçiliyində elə bir ciddi qaydalara əməl olunmalıdır ki, hər bir məmur fəaliyyətində böyük məsuliyyət hiss etsin. Bu məsuliyyət hissi onun başının üzərində “Domokl qılıncı” kimi asılsın ki, bu və ya digər xoşagəlməz vəziyyətlər yaranmasın. Mən vaxtilə bir müsahibəmdə də demişdim, indi də o fikirdəyəm ki, istənilən məmur ölkə prezidenti tərəfindən yüksək vəzifəyə, etimada layiq görülərkən işdən çıxdığı günü nəzərə almalıdır. Yəni işə başladığı andan son günə qədər fəaliyyətini elə qurmalıdır ki, vəzifədən gedəndən sonra onun haqqında xoşagəlməz sözlər yaranmasın. Buna çox gözəl bir nümunə var: uzun illər ölkənin boyu baş naziri işləmiş Artur Rasi-zadə nümunəsi. Baxın, görün onun ünvanına başqa sözlə deyilirmi? Mən hər zaman çox böyük hörmət bəslədiyim o kişini müdafiə edirdim. Yaşını önə çəkirdilər. Ancaq onun dövlətə sədaqətini, təmizliyini, iddiasız olduğunu hər kəs etiraf edir. İndi artıq istirahətdədir. Mən ona can sağlığı arzulayıram ki, bundan sonra çox gözəl günlər yaşasın.

Nümunə var, hər kəs belə olmalıdır. Səlim Müslümovla bağlı mən hər hansı mənfi fikir söyləmək istəmirəm. Mən onu uzun illər boyu tanımışam, biz İqtisad Universitetində bir yerdə çalışmışıq. Onu bir alim, yaxşı insan kimi də, dövlətə sədaqətli şəxs kimi tanımışam. Bilmirəm yanılmışam, səhv etmişəm, etməmişəm. Allahdan arzulayardım ki, səhv etməyim. İndi qəzetlər yazır, deyilir. Baxaq, görək orda Səlim Müslümovun nə dərəcədə günahı var, ya yoxdur. Ancaq sizə deyim, mən 3 ilə yaxın o sistemdə çalışmışam, birinci müavin olaraq, sonra 10 ay nazir vəzifəsini icra etmişəm. Deyim ki, orda bütün xoşagəlməz vəziyyəti aradan qaldırmaq üçün sistemli islahatlar aparılmalıdır, pensiya təyinatı tam elektronlaşdırılmalıdır, həkim-ekspert komissiyasının fəaliyyəti tam elektronlaşdırılmalıdır. Orada həkimlə, məmurla vətəndaş arasında təmasların səviyyəsi sıfra endirilməlidir. Bundan sonra, məncə, orada korrupsiya, rüşvət hallarına son qoymaq olar, yoxsa mümkün deyil. İstənilən nazir ideal bir insan olsa da, sistem dəyişilməyibsə, o sistemdə təmizlikdən söhbət gedə bilməz, mənim fikrim budur.

- Seçkidən sonra həmkarlarınızdan bir neçəsi vəzifələrə təyin olundular. Bəs, keçmiş məmur kimi hansısa bir post tutmaq, yaxud elə vaxtilə çalışdığınız qurumun rəhbərliyində olmaq sizin ürəyinizdən keçdimi?

- Mən dövlətin əsgəriyəm. Həqiqətən, bunu çox səmimi şəkildə etiraf edirəm ki, bu gün dövlətin, çox sevdiyim, pərəstiş etdiyim cənab prezidentimizin istənilən tapşırıqlarına, mənə həvalə etmiş olduğu bütün istiqamətlərə varlığımla, bir əsgər kimi hazıram, buna heç kəsin şübhəsi olmasın. Çünki mən bütün ruhumla, varlığımla ulu öndərimiz Heydər Əliyevin ideyalarına, onun dövlətçilik prinsiplərinə və prezidentimizə çox bağlı bir insanam. Bu, birmənalıdır. Ancaq açığını deyim ki, mən bu haqda düşünməmişəm. Ağlıma da gəlməyib ki, hansısa mərhələdə hansısa vəzifəyə gedə bilərəm, yaxud hansısa vəzifəyə irəli çəkilməliyəm, icra strukturlarında işləməliyəm. İndi mən sual edirəm, məgər bu gün mən dövlətçiliyə Milli Məclis səviyyəsində xidmət etmirəmmi, bu da ciddi bir vəzifə deyilmi? Və müstəqil olaraq, dövlətimizi sevərək, prezidentimizə, onun söykənmiş olduğu dəyərlərə sədaqətlə xidmət edərək millətimin yanındayamsa və çatışmazlıqları yeri gəldikcə önə çəkirəmsə, söylədiyim fikirlərimdə kifayət qədər səmimiyəmsə, qərəzdən uzağamsa, məgər bu gün cəmiyyətdə bu xidmətlərə ehtiyac yoxdurmu?

Düşünürəm ki, kifayət qədər ehtiyac var. Ona görə də bu gün millət vəkili kimi mən fəaliyyətimi çox yüksək qiymətləndirirəm. Minnətdaram ki, xalqımız mənə etimad göstərib, beş dəfə məni Milli Məclisə deputat seçib. Minnətdaram ki, atmış olduğum addımlar, göstərdiyim fəaliyyət cənab prezident tərəfindən yüksək qiymətləndirilib, mənə “Şöhrət” ordeni verilib. Bu da mənə böyük etimad, böyük inam, qiymət, dəyərdir. Düşünürəm ki, Milli Məclis də - siz də uzun illərdir dəyərli jurnalist olaraq orada çalışırsınız - böyük siyasi məkandır, orada dövlətə xidmət etmək üçün imkanlar var. Mən bu imkanlardan istifadə edə, dövlətimə xidmət edə bilirəmsə, söykəndiyim dəyərlərə xidmət edirəmsə, ona sadiqəmsə, mən doğrudan da, konyukturadan uzaq çıxmasın, özümü çox məmnun, çox xoşbəxt hiss edirəm.

- Fəzail bəy, uzun illərin parlament fəaliyyətindən danışmışkən, heç bu aralar həbsdə olan keçmiş həmkarınız Hüseyn Abdullayevə sovqat göndərmək barədə düşünmüsünüzmü?

- Yox. Allahdan arzu edirəm ki, ona ağıl versin. İnsanın, onun ən böyük faciəsi ondadır ki, o, çaşır, hansısa səbəbdən ağlını itirir. Onun haqqında danışmaq mənə heç də xoş deyil. Amma indi sual verirsiniz, xüsusi olaraq sizin şəxsiyyətinizə hörmət olaraq demək istəyirəm ki, Hüseyn Abdullayev 90-cı illərin axırına qədər heç kim idi. O, ulu öndərin himayəsi nəticəsində böyük varidata sahib oldu, böyük maliyyə imkanları əldə etdi. Görünür, həmin maliyyə imkanları onu yolundan çıxartdı, əlinə keçən maliyyə imkanlarının əsirinə çevrildi. O, maliyyə imkanlarını idarə etmədi, əksinə, böyük maliyyə, böyük pul onu artıq özünün köləsinə çevirdi. Nəticədə o, bu pulu, bu imkanları ona verən dövlətin üzərinə getdi. Dövlətin üzərinə getdiyi üçün öz cavabını almalı idi. O, mənim timsalında cavabını da aldı. Ancaq biz səmimi ayrıldıq. Yəni məndən üzr istədi, mən də onu bağışladım. Əl tutduq, görüşdük və bununla da bitdi. Düşündük ki, oldu da, yəqin öz səhvini başa düşdü. Əgər doğrudan da mətbuatın yazdığı kimi o, Avropada dövlətin ona vermiş olduğu imkanlardan istifadə edib, dövlətin əleyhinə, antiazərbaycan qüvvələrin içərisində yer alırsa, bu, artıq onun faciəsidir. Bu faciəni yaşamağı mən heç kimə arzulamıram. Ancaq bu faciəni kimsə yaşayırsa, artıq o, taleyi ilə barışmalıdır.

- Lakin təcridxanadan mediaya yolladığı mesajlara görə, ittihamları qəbul etmir...

- Ola bilər. Bu da istintaq nəticəsində üzə çıxacaq. Lakin məndə də olan məlumatlara görə, Hüseyn Abdullayev Avropada Azərbaycan dövlətinə qarşı sərt mövqe nümayiş etdirib, barışmaz mövqe ortaya qoyub. Açıqlamaları, sosial şəbəkələrdə yazdıqları yetərlidir ki, onun nə düşündüyünü, nə dediyini biləsən, nəticə çıxarasan. Yəni burda boynuna almaya bilər. Ancaq axı, biz Hüseyn Abdullayevin sosial şəbəkələrdə yazdıqlarının şahidi olmuşuq. Yazıları o yazıb, kimsə onun əvəzindən yazmayıb. İndi onlara cavab ver də! Lütfən cavab ver, yazmısan, indi cavab ver! Eyni zamanda, nə siz bilmirsiniz, nə də mən, istintaq hansı sirlərə malikdir. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları kifayət qədər peşəkardır, yetərincə öz işlərini bilən insanlardırlar. Onlar heç nə olmadan Hüseyn Abdullayevi Türkiyədən Azərbaycana götürüb gəlməzdilər. Burada nə isə var. Nə isə varsa, deməli, bu məsələ araşdırılmalıdır. Sonda hər şey hüquqi müstəvidə öz həllini tapmalıdır.

- Bu günlərdə məlum oldu ki, son dörd ayda Gürcüstan təkcə turizmdən 800 milyon dollar gəlir götürüb. Azərbaycanın turizm potensialından çox danışırıq, hələ ki, ortada ciddi göstəricimiz yoxdur. Sizcə, niyə?

- Siz çox ciddi bir məsələyə toxundunuz. Təbii ki, Azərbaycan turizmin imkanları baxımından böyük potensiala malikdir. Ölkə prezidentinin də iradəsi ortalıqdadır. O, turizmin inkişafını Azərbaycanın prioritet vəzifələrindən biri kimi hər zaman önə çəkib və bununla bağlı dövlət siyasətini birmənalı şəkildə ifadə edib. Məncə, onun ciddi səyləri nəticəsində bu gün ölkəmizdə turizm inkişaf etməkdədir. Lakin əlbəttə, turizmin inkişafı üçün bu faktor kifayət etmir. Ölkə prezidentinin qarşıya qoyduğu hədəflərə nail olunması üçün böyük dəstək lazımdır. Həmçinin, dövlət qurumlarının ciddi iradəsi ortada olmalıdır. Eyni zamanda turizmin inkişafı üçün bununla məşğul olan müvafiq qurumun fəaliyyəti əlbəttə, kifayət etmir. Turizmin inkişafı üçün bütün cəmiyyət, bütün qurumlar hazır olmalıdır. Bu sahəyə az və ya çox dərəcədə əlaqəsi olan qurumlar - miqrasiyadan, gömrükdən, hava limanından başlayaraq, bütün yol infrastrukturundan keçərək yüksək səviyyəli otellərin olması, yüksək səviyyəli istirahət mərkəzlərinin olması, orada yüksək səviyyəli servis mədəniyyətinin olması heç şübhəsiz ki, turizmin inkişafı üçün son dərəcədə ciddi əhəmiyyət kəsb edir. Etiraf etmək lazımdır ki, Azərbaycanın turizm sahəsindəki uğurları getdikcə genişlənir. Turizm bir çox ölkələr üçün, təkcə Gürcüstan üçün deyil, Türkiyə, Yunanıstan, İtaliya, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri üçün böyük gəlir mənbəyidir. Nədən biz bu gəlir mənbəyindən faydalanmayaq? Mənə elə gəlir ki, biz turizmi daha geniş şəkildə inkişaf etdirmək üçün artıq yeni bir mərhələyə qədəm qoymuşuq. Ölkə prezidenti 2018-ci ilin aprelində yenidən xalqın iradəsinə söykənərək prezident seçildikdən sonra yeni bir mərhələyə qədəm qoyulduğunun anonsunu verdi və bununla bağlı artıq ciddi addımlar atılmaqdadır. Baxın, miqrasiyanın, Azərbaycanın qapısındakı ciddi bir qurumun rəhbərliyi dəyişildi, oradakı mövcud nöqsanların üzərinə gedildi, onların aradan qaldırılması ciddi şəkildə önə çəkildi. Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik edildi. Mən güman edirəm ki, Səfər müəllim peşəkar bir gömrük işçisi kimi prezident tərəfindən qarşısına qoyulan vəzifələri yerinə yetirəcək, mənim buna qətiyyən şübhəm yoxdur. Tamamilə əminəm ki, həm Miqrasiya, həm də Gömrük Komitəsindəki köhnə yanaşmaların üstündən çalın-çarpaz xətlər çəkiləcək. Azərbaycanın qanunları çərçivəsində elə bir mühit yaradılacaq ki, Azərbaycana gələn bir dəfə gəlməklə kifayətlənməyəcək, həm də özünün ətrafına, yaxınlarına və sosial şəbəkələrdə belə, ölkəmizin təbliğatçısına çevriləcək, bu da Azərbaycanda turizmin inkişafında mühüm rol oynayacaq. Ölkə prezidenti Mədəniyyət və Turizim Nazirliyində dəyişiklik etdi və Turizm Agentliyi kimi yeni bir idarəçilik sistemi təsis olundu. Əlbəttə, mən Mədəniyyət və Turizm Nazirliyinin indiyəqədərki fəaliyyətinə müsbət yanaşıram. Əbülfəs Qarayev dövlətə sədaqətli bir insan kimi, ciddi bir dövlət adamı kimi, üzərinə düşən vəzifəni bu günə qədər öz imkanları daxilində yerinə yetirməyə çalışıb. Lakin görünür ki, ölkə prezidenti turizmi inkişaf etdirmək üçün Turizm Agentliyini yaradaraq, turizmi Mədəniyyət Nazirliyindən ayıraraq, xüsusi bir quruma çevirməklə bunun önəmini bir daha diqqətə çatdırıb. Mən çox arzulayardım ki, bununla bağlı Turizm Agentliyi dünyanın və elə qardaş Türkiyənin, eyni zamanda, Gürcüstanın müsbət ənənələrindən, müsbət təcrübəsindən bəhrələnsin, Azərbaycanda turizminin inkişafı üçün geniş imkanlar yaradılsın. Əminəm ki, yaxın illərdə biz bunun şahidi olacağıq. Bütövlükdə turizm infrastrukturuna yeni yanaşmalara ehtiyac var.
“YM”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru