ATƏT DTİHB həmişə Azərbaycana əvvəlcədən hazırlanmış qərəzli hesabatla gəlir
Tarix: 13-04-2018, 09:14 | Çap et
 "Biz dəfələrlə şahidi olmuşuq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçirilən seçkilərlə bağlı mənfi mövqe ortaya qoyub və bir çox hallarda Azərbaycanda seçkiləri müşahidə etmək üçün gələrkən artıq hazır hesabatları olub".
Bunu Trend-ə ATƏT DTİHB-nin müşahidə missiyasının bu gün Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransında səsləndirdiyi qərəzli fikirlərə münasibət bildirən politoloq, Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Xatırladaq ki, seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.
E.Nəsirov bildirib ki, ATƏT DTİHB yenə də əvvəlki mövqeyindən əl çəkmədi: “Çox istərdik ki, bu dəfə ATƏT DTİHB nəhayət Azərbaycanda keçirilən seçkilərlə bağlı ədalətli, obyektiv, reallığı əks etdirən bir yanaşma ortaya qoysun. Ancaq çox təəssüf ki, bu dəfə də onların mövqeyində fərqli, obyektiv bir yanaşma diqqəti cəlb etmədi. Yenə də onlar öncədən hazırlanmış bir hesabatla Azərbaycana gəldilər və seçkilərlə bağlı heç bir müsbət məsələni qeydə almaq istəmədilər”.
Deputat vurğulayıb ki, Azərbaycanda seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyib: “Onların içərisində AŞ PA-dan, MDB-dən və digər çoxsaylı qurumlardan, eləcə də ayrı-ayrı dövlətlərin parlamentlərindən gələn müşahidəçilər birmənalı şəkildə Azərbaycanda keçirilən prezident seçkilərini demokratik inkişaf yolunda növbəti addım kimi dəyərləndirir, seçkilərin şəffaf və obyektiv keçirildiyini vurğulayırlar, amma yenə də ATƏT DTİHB timsalında fərqli yanaşmanın şahidi oluruq. Belə çıxır ki, ATƏT DTİHB yenə də sifariş yerinə yetirir, yenə də hazır bir hesabatla gəlir. Biz gözləyirdik ki, onlar seçkiləri müşahidə etməyə gəlməyəcəklər, gəlsələr də, belə qərəzli hesabatla gələcəklər. Proqnozlar özünü doğrultdu”.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.
Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Bu gün, 10:28 |
|
|
|
| • Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Bu gün, 10:25 |
|
|
|
| • "Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Bu gün, 10:19 |
|
|
|
| • Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Bu gün, 10:10 |
|
|
|
| • Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
| • “Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
| • Ukraynadan Rusiyaya irimiqyaslı hücum: - Moskva və daha yeddi vilayət bombrdman edildi
Bu gün, 09:53 |
|
|
|
| • Sənəd təsdiqlənsə də... - Proses Moldovanın özünün mövqeyinə zidd gedəcək
Bu gün, 09:52 |
|
|
|
| • Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi - KİV
Bu gün, 09:49 |
|
|
|
| • Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Bu gün, 09:21 |
|
|
|
| • Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Bu gün, 08:48 |
|
|
|
| • Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Bu gün, 08:05 |
|
|
|
| • Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Bu gün, 07:50 |
|
|
|
| • KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Bu gün, 07:41 |
|
|
|
| • Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Bu gün, 07:29 |
|
|
|
| • Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Bu gün, 07:23 |
|
|
|
| • Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Bu gün, 07:18 |
|
|
|
| • “44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Bu gün, 07:04 |
|
|
|
| • Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Bu gün, 07:02 |
|
|
|
| • Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Bu gün, 06:54 |
|
|
|
| • Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Bu gün, 06:53 |
|
|
|
| • Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Bu gün, 06:41 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Bu gün, 06:35 |
|
|
|
| • Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Bu gün, 06:18 |
|
|
|
| • İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Bu gün, 06:13 |
|
|
|
| • Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02 |
|
|
|
| • "Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56 |
|
|
|
| • 5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51 |
|
|
|
| • Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar - NYT
Bu gün, 05:45 |
|
|
|
| • “5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Dünən, 20:05 |
|
|
|
| • Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Dünən, 20:00 |
|
|
|
| • Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:07 |
|
|
|
| • Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Dünən, 16:02 |
|
|
|
| • UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Dünən, 15:56 |
|
|
|
| • Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:53 |
|
|
|
| • Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Dünən, 14:22 |
|
|
|
| • Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Dünən, 14:13 |
|
|
|
| • İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Dünən, 14:09 |
|
|
|
| • “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Dünən, 13:50 |
|
|
|
| • İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Dünən, 13:45 |
|
|
|
| • Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Dünən, 13:01 |
|
|
|
| • Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Dünən, 12:54 |
|
|
|
| • İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Dünən, 12:52 |
|
|
|
| • Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Dünən, 12:51 |
|
|
|
| • Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Dünən, 12:18 |
|
|
|
| • Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Dünən, 12:15 |
|
|
|
| • Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Dünən, 12:08 |
|
|
|
| • Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:56 |
|
|
|
| • "İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Dünən, 11:44 |
|
|
|
| • Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Dünən, 11:38 |
|
|
|
|