Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: .....                     Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: .....                     "Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" .....                     Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub .....                     Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” .....                     “Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” .....                     Ukraynadan Rusiyaya irimiqyaslı hücum: .....                     Sənəd təsdiqlənsə də... .....                     Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi .....                     Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... .....                     Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı .....                     Avropada kabus ssenari: .....                     Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... .....                     KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... .....                     Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib .....                     Gülnarə Kərimovadan müsadirə edilən pullar... .....                     Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... .....                     “44 günlük müharibədə Bakıya kömək edənlər…” .....                     Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB .....                     Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək .....                     Masallıda “TORPAQ TERRORU” .....                     Kəndlinin tək gəlir yeri də əlindən alınır .....                     Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib .....                     Bərdədə başçı vətəndaşa qarşı... .....                     İcra başçısının buradan XƏBƏRİ VARMI? .....                     Ağsuda kəndlilər ÇƏTİN DURUMDA .....                     "Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" .....                     5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” .....                     Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar .....                     “5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” .....                     Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: .....                     Əli Xameneini necə xilas etməyə çalışıblar .....                     Moskva erməniləri HƏDƏLƏDİ .....                     UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur .....                     Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu .....                     Şirkət nümayəndəsi vəfat edib .....                     Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? .....                     İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir .....                     “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                     İran və Ermənistan Zəngəzurda YOL TİKİR .....                 

"Ona görə də dövlət başçısı ordumuz haqda fikirlərini cəsarətlə, qürurla dilə gətirir" - deputat
Tarix: 7-04-2018, 10:20 | Çap et
"Ona görə də dövlət başçısı ordumuz haqda fikirlərini cəsarətlə, qürurla dilə gətirir"
"Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir”. Bu fikirləri Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana geniş müsahibəsində bildirib. Ali Baş Komandan qeyd edib ki, Azərbaycan silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırıb: "Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib. Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq. Silahların alınması məsələsinə gəldikdə, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək”. Ali Baş Komandan həmçinin, 10 il əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradıldığını qeyd edib: "Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir”.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, bu gün Azərbaycan dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü və təhlükəsizliyi təmin etmək üçün çox güclü orduya malikdir: "Ordumuz günbəgün özünü döyüş qabiliyyətini artırır. Silahlı Qüvvələrin təchizat məsələsi çox yüksək səviyyədədir. Diqqət yetirsək, hətta uzun illər dövlətçilik tarixi olan bəzi böyük dövlətlərin müdafiə sənayesi yoxdur. Ancaq Azərbaycan ötən illər ərzində özünün hərbi sənayesini yaratdı. Bu gün Azərbaycanda müxtəlif adda yüzlərlə hərbi məhsul istehsal edilir. Yəni, Azərbaycan ordusu üçün lazım olan silah-sursat və digər vasitələr ölkə daxilində istehsal olunur və bu da çox vacib şərtlərdən biridir”.

E.Məmmədov qeyd etdi ki, bu gün hər bir vətəndaş Azərbaycan Silahlı Qüvvələri ilə fəxr edir, qürur duyur: "Hətta ölkəmizi sevməyən təşkilatların hesabatlarında belə, Azərbaycan ordusu ən yaxşı silahlı qüvvələrdən biri kimi qeyd edilir. Azərbaycan dövləti, ordumuz güclüdür. Biz öz ordumuzla fəxr edirik. Azərbaycan Silahlı Qüvvələri həm dövlətçiliyimizi, həm təhlükəsizliyimizi təmin etməyə, həm də Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ona görə də dövlət başçısı ordumuz haqda fikirlərini cəsarətlə, qürurla dilə gətirir”.

Hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri dünyada özünəməxsus yer tutub: "Bunu deməyə bir neçə əsas var. İlk olaraq onu qeyd edim ki, Azərbaycanda bu gün müasir ordu formalaşdırılır. Eyni zamanda, ordumuz müasir silahlarla təmin olunur və bu silahlar dünyanın aparıcı dövlətlərinin istehsalıdır. Həmçinin, Azərbaycan ordusunun kadr potensialı artıq peşəkar mütəxəssislərdən ibarətdir. Manqa komandiri, ona bərabər və digər hərbi mütəxəssislər müddətdən artıq xidmət edən şəxslərdir. Bu mütəxəssislər birbaşa hərbi hissələrə gəlməyiblər və müəyyən olunmuş tədris prosesini keçdikdən sonra seçilərək hərbi mütəxəssis kimi xidmət keçirlər. Bu gün bir yer üçün 15 nəfər müraciət edir və seçim ciddi şəkildə aparılır. Bizim zabitlər və digər hərbiçilər başqa ölkələrdə kurs keçirlər, akademiyalarda təhsil alırlar. Yəni Azərbaycan Silahlı Qüvvələri ölkə daxilində formalaşsa da, eyni zamanda dünyadakı qabaqcıl təcrübədən də istifadə edirik. Bizim büdcədən orduya ayrılan maliyyə vəsaiti Ermənistanın dövlət büdcəsinə bərabərdir. Ali Baş Komandanın şəxsi nəzarəti və diqqəti sayəsində bu gün ölkəmizin ordusu tam şəkildə təchiz olunur”.

Ş.Ramaldanov qeyd etdi ki, Azərbaycan ordusu çoxsaylı təlimlərə cəlb edilib: "İl başlar-başlamaz artıq böyük hərbi təlimlər baş tutub. Bu təlimlər ermənilərin narahatlığına səbəb olub və hətta beynəlxalq qurumlara müraciət ediblər ki, Azərbaycan tərəfinin hərbi təlimləri Qarabağ danışıqlarına təzyiqdir. Onu qeyd edim ki, ordumuz nəinki ölkə daxilində, eləcə də beynəlxalq təlimlərdə də iştirak edir. Buna misal kimi, ötən il baş tutan Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimlərini göstərmək olar. Dövlət başçısının müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələrinə yüksək qiymət vermək üçün çox böyük əsaslar var. Bu əsaslar da qeyd etdiyim amillərə söykənir. Ali Baş Komandanın "əgər Ermənistan və Azərbaycan təkbətək qalsa, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə qadirdir” fikri, Silahlı Qüvvələrə inamın göstəricisidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Bu gün, 10:28
Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Bu gün, 10:25
"Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Bu gün, 10:10
Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Bu gün, 09:59
“Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” - ŞƏRH
Bu gün, 09:56
Ukraynadan Rusiyaya irimiqyaslı hücum: - Moskva və daha yeddi vilayət bombrdman edildi
Bu gün, 09:53
Sənəd təsdiqlənsə də... - Proses Moldovanın özünün mövqeyinə zidd gedəcək
Bu gün, 09:52
Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi - KİV
Bu gün, 09:49
Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Bu gün, 09:21
Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Bu gün, 08:48
Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Bu gün, 08:05
Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Bu gün, 07:50
KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Bu gün, 07:41
Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Bu gün, 07:29
Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Bu gün, 07:23
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Bu gün, 07:18
“44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Bu gün, 07:04
Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Bu gün, 07:02
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Bu gün, 06:54
Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Bu gün, 06:53
Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Bu gün, 06:41
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Bu gün, 06:35
Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Bu gün, 06:18
İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Bu gün, 06:13
Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02
"Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51
Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar - NYT
Bu gün, 05:45
“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Dünən, 20:05
Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Dünən, 20:00
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Dünən, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Dünən, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Dünən, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Dünən, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Dünən, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Dünən, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Dünən, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Dünən, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Dünən, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Dünən, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Dünən, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Dünən, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Dünən, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Dünən, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Dünən, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Dünən, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru