Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                 

“Sosial şəbəkələrdə təhqir edənlər qanun qarşısında cavab verəcəklər” - deputat
Tarix: 5-04-2018, 09:27 | Çap et
“Sosial şəbəkələrdə təhqir edənlər qanun qarşısında cavab verəcəklər”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakl (QDİƏT PA) nümaəyəndə heyətinin rəhbəri Eldar Quliyev qarşıdan gələn seçkilərlə bağlı Modern.az saytına müsahibə verib.

- Eldar müəllim, seçkilərə çox az zaman qalıb. Ölkədə seçkiöncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

- Mən mütəmadi olaraq seçicilərlə görüşürəm, təbliğat işində aktiv iştirak edirəm. Özü də yalnız təmsl olunduğum Sabunçu rayonunda deyil, Yeni Azərbaycan Partiyası ilə birlikdə Bakının digər rayonlarında da təbliğat işlərinə qatılıram. Belə görüşlərdən biri bu gün Xəzər rayonunda olacaq.

Müşahidələrimə əsasən onu deyə bilərəm ki, Azərbaycanda seçkilərə möhtəşəm hazırlıq gedir. Xalqımız hər zaman bütün seçkilərdə, istər parlament, istər prezident, istərsə də bələdiyyə seçkiləri olsun, aktiv iştirak edib. Seçkiöncəsi hazırlıq, insanların prosesə yanaşma tərzi, münasibəti onu deməyə əsas verir ki, bu dəfə də Azərbaycan seçiciləri böyük aktivlik nümayiş etdirəcəklər. Seçkilərlə bağlı insanlara bütün şərait yaradılıb. Sərbəst toplaşmaqdan tutmuş öz fikrini ifadə etməyə qədər qanunvericilik çərçivəsində heç bir qadağa yoxdur. Müxalifət bir müddət öncə mitinq keçirdi. Baxmayaraq ki, onların aksiyasına qoşulanlar çox az saydadır, sadəcə onu demək istəyirəm ki, seçkilər üçün insanlara bütün şərait yaradılıb.
Baxın, bu gün seçkilərdə öz namizədi ilə iştirak edən müxalifət də var, seçkiləri boykot edən qüvvələr də var. Demokratik cəmiyyətlərdə seçkilərə münasibətdə fərqlilik normal haldır. Bir qrup namizədliyini verir, bir qrup boykot edir, bir qrup mitinq keçirir və s. Bütün bunlar demokratiyanın təzahürüdür. Hüquqi dövlət qurmuşuqsa, burada iqtidar da olmalıdır, müxalifət də...

Onu da qeyd edim ki, seçkilərdə xeyli sayda xarici müşahidəçi gözləyirik.

- Siz Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbərisiniz. Həmin qurum da müşahidəçiləri ilə Azərbaycanda keçiriləcək seçkilərdə iştirak edəcəkmi?

- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasınınınm xətti ilə yeddi ölkədən nümayəndə gələcək. Biz müşahidəçi kimi onları dəvət etmişik. Onlar da razılıq veriblər.

- Bilmək olarmı ki, onlar hansı dairələrdə müşahidə aparacaqlar?

- Bu, bizim işimiz deyil. Onların öz seçimidir. Harda müşahidə aparmaq istəsələr, yəqin ki, Mərkəzi Seçki Komissiyası onlara şərait yaradacaq.

- Prezidentliyə namizədlərin çıxışlarına baxmısınızmı və qənaətiniz necədir?

- Əlbəttə, həm televiziyada, həm də mətbuada onların çıxışlarını mütəmadi olaraq izləyirəm. Hər kəs özünü daha çox göstərməyə çalışır. Normaldır. Hadisələrin gedişindən, yaradılan şəraitdən onu demək olar ki, seçkilərdə qanun pozuntuları olmayacaq. Yaradılan şərait bunu deməyə əsas verir.

- İnsanların seçkiöncəsi əhval-ruhiyyəsi və ümumiyyətlə seçkilərə münasibət necədir?

- Mən bunu yüksək dəyərləndirirəm. Sosioloji sorğular, aparılan monitorinqlərə əsasən onu deyə bilərəm ki, hazırkı prezident İlham Əliyevin reytinqi çox yüksəkdir. Bu da onun gördüyü işlərlə bağlıdır. Ancaq hər şey seçki qutuları açılandan sonra bilinəcək.
Onu da bilmək lazımdır ki, bütün namizədlərə eyni şərait yaradılıb.

- Eldar müəllim, seçkiərəfəsi dövr həm də sosial şəbəkələrdə bəzilərinin görünməmiş təhqirlərə əl atması ilə yadda qaldı. Siczə, bu, hardan qaynaqlana bilər?

- Bunu çox pis qiymətləndirirəm. Əgər milli-mənəvi dəyərlərdən danışırıqsa, o söyüş-təhqirlər Azərbaycana, azərbaycanlıya xas olan yanaşma, xarakter deyil. Sosial şəbəkədə yazılanlara uşaq da, böyük də, qadın da, düşmən də, dost da, hər kəs baxır. Özümüz barədə niyə mənfi rəy yaratmalıyıq? Demokratik cəmiyyət o demək deyil ki, insanları təhqir edəsən və bunu fikir azadlığı kimi qələmə verəsən. Belə söyüşlər insanlığa yaraşmayan hərəkətlərdir. Azərbaycan Prezidentini xalq seçir. Bu seçimiə qarşı təhqir elə xalqı təhqir etmək deməkdir. Kimsə öz xalqını təhqir edirsə, demək ki, o, həmin xalqın nümayəndəsi deyil, bir ünsürdür. Onların adını çəkib bu müsahibəni çirkləndirmək istəmirəm. Sadəcə, onların hərəkətlərinə diqqət edəndən sonra belə bir nəticəyə gəlirsən ki, onlar böyük tərbiyəsizlərdir. Mən bu məqamda sosial şəbəkələrdə də təqsir görürəm. Kimisə bu müsəvidə təhqir etdirməyə şərait yaratmaq elə o təhqirə şərik olmaq deməkdir.

İstənilən halda bu kimi hallar yolverilməzdir və xalqımıza qarşı həqarətdir. Barəmizdə dünya səviyyəsində çox pis fikir formalaşdırırlar. Bizim xalq bəyəm bunlaramı layiqdir? Bizim xalq bəyəm belə düşüncə sahibidirmi?

Vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq kimsəyə bu şəkildə danışmaq haqqı verilmir. Mədəniyyətimizi necə qoruyub saxlamalıyıq? Ayıb deyilmi? Hesab edirəm ki, bu şəkildə əxlaq nümayiş etdirənlər müəyyən mərkəzlərdən idarə olunurlar və bu şəkildə istiqamətləndirirlər. Üzümü onlara tuturam, Sizin ailəniz, ananız, bacınız yoxdurmu? Bu iyrənc söyüşləriniz heç zaman unudulmayacaq və ömrünüz boyu bir kabus kimi sizi izləyəcək. Onda övladlarınıza nə cavab verəcəksiniz? Əslində belə ünsürlərə heç mənfi qiymət də vermək olmur. Çünki bunların dəyəri yoxdur. Bu iyrənclik hüquqdan da, insanlıqdan da, mədəniyyətdən də kənardır.

Bilirsniz, bir cəmiyyətdə hər kəs eyni düşünə bilməz, hər kəs hər şeydən razı qala bilməz. Bu, normaldır və elə demokratik təsisatların əsas prinsiplərindən də biri budur. Baxın, Amerikada, Almaniyada, İngiltərədə, Rusiyada narazılar yoxdur? Təbii ki, var. Amma bu narazılığı ölkə rəhbərliyinə qarşı təhqirlə ifadə etmək yolverilməzdir. Sən gedib xarici ölkələrdəki Azərbaycan səfirlikləri qarşısında etiraz aksiyası keçirirsən, bu, necə ola bilər? Demək ki, sənin kimliyin şübhəlidir. Axı ermənilər bundan istifadə edib dünya səviyyəsində bizim barəmizdə çox mənfi rəy yaradırlar. Demək ki, bu vəziyyəti yaradan elə ermənilərdir. Ermənilərə bu əsası verənlər Azərbaycan xalqına ermənilərdən də çox düşməndirlər. Bu, sadə məntiqdir. Bunun ən yaxşı adı tərbiyəsizlikdir.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edirik. Onların yubiley ilində xalqımız haqda beynəlxalq ictimaiyyətdə bu şəkildə rəy formalaşdırması həm də yubileyimizə qarşı yönəlmiş hərəkətdir. Biz bu gün Azərbaycanın Şərqdə ilk demokratik dövlət olduğunu bəyan edirik, bu dövlətin dünya səviyyəsində bir çox ilklərə imza atdığını deyirik, adlarını çəkmək istəmədiyim bu qara ləkələr öz addımları ilə bütün bunların üstünə kölgə salmaq istəyirlər. O başqa məsələ ki, bu tərbiyəsizlərin hərəkətləri yalnız özlərinə zərbə vuracaq. Yerdə qalan məsələlərə təsir etməyəcək.

Milli, mənəvi dəyərlər insani münasibət, böyüklərə sayğı, uşaqlara qayğı deməkdir. O təhqir müəlliflərinin əməlləri həyat durduqca unudulmayacaq.

Üzümü onlara tutub deyirəm ki, bu iyrəncliyə son qoysunlar. Sosial şəbəkələri yaradanlar da insanların təhqir olmasına yol verməsinlər. Mütləq tədbirlər görülməlidir. Onların özünə qarşı belə təhqirlərə sosial şəbəkələrdə yer verilərmi? Təbii ki, yox.
Bütün bunlar seçki əhval-ruhiyyəsinə heç bir təsir göstərməyəcək. Hər kəs öz əməlinin nəticəsinə uyğun hüquq qarşısında gec-tez cavab verəcək.

Əminəm ki, seçicilər Azərbaycanın gələcəyinə, ölkəmizi firəvanlığa aparan namizədə səs verəcəklər. Hesab edirəm ki, artıq xalqımız seçkilərlə bağlı öz seçimini edib.

Tam qətiyytlə bildirirəm ki, gələcəyimiz İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycanda olan sabitlik hansı dövlətdə var? Amerika, Rusiya, İran, Türkiyə, başqa ölkələrə baxın. Bu sabitlik Heydər Əliyev siyasətinin bəhrəsidir. Bu sabitlik İlham Əliyev zəhmətinin nəticəsidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru