“Rusiya özünə hörmət edən dövlətdirsə, Abbas Abbasovu Bakıya təhvil verməlidir”
Tarix: 30-03-2018, 08:38 | Çap et
 2013-cü il prezident seçkisi ərəfəsi “Milyarderlər ittifaqı” yaradaraq rəsmi Bakı əleyhinə fəaliyyət göstərən A.Abbasovla bağlı yeni üzə çıxmış iddialar ölkə iqtidarının səbir kasasını doldura bilər. Sabiq dövlət müşaviri Qabil Hüseynli baş nazirin keçmiş müavininin həbs edilərək Azərbaycana gətirilməsinin mümkünlüyündən danışıb.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı A.Abbasov barəsində bu iddiaları ortaya atan jurnalistin kifayət qədər peşəkar olduğunu söylədi: “Bu məlumatları mətbuatdan oxudum. Məsələni ictimailəşdirən və cəmiyyətə təqdim edən Müşfiq Ələsgərli tanıdığım ciddi jurnalistlərdən biridir. Yazdığı yazılar və dediyi sözlər daim real faktlara söykənib. Bu baxımdan onun yazdığında göstərilən faktlara inanmaya bilmirəm. Yadınıza gəlirsə, 2013-cü ilin prezident seçkiləri ərəfəsində də Abbas Abbasov hoqqabazlıq edərək, ”Milyarderlər ittifaqı" deyilən bir qurum yaratdı, müəyyən insanları ora cəlb etdi. Rüstəm İbrahimbəyovu də tovlayaraq, bu prosesə cəlb etmişdi. Amma Abbas Abbasov fiaskoya uğradı. Bu başqa cür də ola bilməzdi. Çünki Azərbaycanda prezident seçkisinin taleyini həll edən Azərbaycan xalqı və onun iradəsidir. Kənardan bu və ya buna bənzər təsirlər olsa da, bunların önündə xalqımızın iradəsi dayanır. Düşünürdüm ki, Abbas Abbasov özü üçün nəticə çıxarar, gedib başqa işlərlə məşğul olar, Azərbaycanla bağlı çirkin əməllərindən geri çəkilər. Amma görünən odur ki, Abbas Abbasov nəticə çıxarmayıb. Mənə elə gəlir ki, Azərbaycan dövləti o, vəzifədən uzaqlaşdırıldığı vaxt konkret addımlarını atmalı idi. Onun əməllərinə hüquqi qiymət verilməli idi ki, ikinci belə bir biabırçı hadisə baş verməyəydi. Abbas Abbasov bu əməllərlə məşğul olursa, onun haqqında deyilənlər öz təsdiqini taparsa, o, hökmən Azərbaycana gətirilməli, onun haqqında ölkənin qanunları çərçivəsində tədbirlər həyata keçirilməlidir. Onun tərəfdarıyam ki, Azərbaycan dövlətinə, onun zəifləməsinə, ölkədə qarşıdurmanın yaranmasına, sabitliyin pozulmasına kim xidmət edirsə, ona qarşı çox sərt tədbirlər həyata keçirilməlidir. Onlara hər hansı bir güzəşt ola bilməz".
F.Ağamalı sabiq məmurun barəsindəki iddialarla bağlı susqunluğuna da toxundu: “Yadınıza gəlirsə, bundan öncə bu və ya buna bənzər digər ittihamlar Abbas Abbasovun ünvanına səsləndiriləndə o, bunları təkzib edir, özünün dövlətə sədaqətini ifadə edirdi. Lakin altdan-altdan öz işlərini də görürdü. Hər halda, indi onun reaksiya verib-verməməsindən asılı olmayaraq, onunla bağlı faktlar dəqiq və ciddi şəkildə araşdırılmalıdır. Hüquqi müstəvidə bu məsələlər çözülməlidir. Onun etdiyi hər bir əməlin cavabı verilməlidir. Tamamilə əminəm ki, Vidadilərin, Orduxanların və onlar kimi tərbiyəsiz insanların arxasında kimlərsə dayanıbdır. Onlar maliyyələşdirilir, ayrı-ayrı faktlarla ”silahlandırılır". Bu böyük bir şəbəkədir, bu şəbəkənin dibinə qədər gedib, onu son nöqtəsinə qədər üzə çıxarıb, sərt mövqe ortaya qoyulmalıdır. Bu cür yaramazların qarşısı alınmasa, düşünürəm ki, bizə heç bir hörmət gətirməyəcək. Azərbaycan prezidenti və onun ailəsi ölkənin konstitusiyası və qanunları ilə birmənalı şəkildə müdafiə olunur, onlara qarşı təhqirlər, təhdidlər Azərbaycanda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyəti yaradır. Bununla bağlı bizlər Cinayət Məcəlləsinə dəyişikliklər də etmişik. Bu hüquqlardan tam şəkildə istifadə edilməlidir. Söyüş söyənlər və onların arxasında duranların hamısı qanunlar qarşısında cavab verməlidirlər".
Deputat A.Abbasovun ölkəyə gətirilməsinin tam mümkün olmasından da söz açdı: “Abbas Abbasov Azərbaycan qanunlarını pozursa, bu cür təxribatlarla məşğul olursa, Rusiya da özünə hörmət edən hüquqi dövlətdirsə, onu Azərbaycana təhvil verməlidir. Bunun başqa bir alternativini görmürəm. Bugünkü Rusiya üçün Abbas Abbasov o qədər də ciddi fiqur deyil. Onun Azərbaycana gətirilməsində hər hansı bir problem görmürəm”. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49 |
|
|
|
| • Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45 |
|
|
|
| • Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39 |
|
|
|
| • Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23 |
|
|
|
| • Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
| • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09 |
|
|
|
| • “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56 |
|
|
|
| • İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51 |
|
|
|
| • Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49 |
|
|
|
| • Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45 |
|
|
|
| • Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41 |
|
|
|
| • Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24 |
|
|
|
| • Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52 |
|
|
|
| • “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29 |
|
|
|
| • "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15 |
|
|
|
| • Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09 |
|
|
|
| • Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01 |
|
|
|
| • Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51 |
|
|
|
| • Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43 |
|
|
|
| • "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35 |
|
|
|
| • "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20 |
|
|
|
| • Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11 |
|
|
|
| • Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03 |
|
|
|
| • Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01 |
|
|
|
| • Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48 |
|
|
|
| • Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35 |
|
|
|
| • Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
| • Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30 |
|
|
|
| • Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25 |
|
|
|
| • "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20 |
|
|
|
| • İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17 |
|
|
|
| • Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14 |
|
|
|
| • Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12 |
|
|
|
| • AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08 |
|
|
|
| • Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04 |
|
|
|
| • NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58 |
|
|
|
| • “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17 |
|
|
|
| • İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40 |
|
|
|
| • 400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38 |
|
|
|
| • Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
| • Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05 |
|
|
|
| • Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01 |
|
|
|
| • Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55 |
|
|
|
| • "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47 |
|
|
|
| • Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44 |
|
|
|
| • Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42 |
|
|
|
| • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37 |
|
|
|
| • “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32 |
|
|
|
| • Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29 |
|
|
|
| • Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27 |
|
|
|
|