2017-ci ilin dövlət büdcəsinin müzakirələri başlayır - Sabahdan
Tarix: 5-12-2016, 10:09 |
Çap et
Sabahdan başlayaraq üç gün ardıcıl olaraq Milli Məclisin plenar iclası keçiriləcək.
"Report"un xəbərinə görə, iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək.
Büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.
Müzakirələr dekabrın 8-də başa çatacaq.