Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                     Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir .....                     BP BTC-nin operatorluğunu ötürür .....                     ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” .....                     Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub .....                     "Başı gedib, amma sənətdən getmir..." .....                     İrəvanda Rusiya vətəndaşını döydülər .....                     Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... .....                     Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı .....                     Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     Rəsulzadənin irsi və Heyətin memarlığı: .....                     Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib .....                     Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                     Media niyə süni intellektə üz tutur? .....                     "BakıKart"ın satış qiyməti .....                     Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... .....                     Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi .....                     Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib .....                     Kremlin İrəvana sərt ultimatumu .....                     Paşinyandan komandasını heyrətə gətirən həmlə .....                     ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı .....                     “TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu .....                     Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır .....                     Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb .....                 

“Ölənə qədər elmlə məşğul olacağam”
Tarix: 25-10-2016, 09:15 | Çap et
“Ölənə qədər elmlə məşğul olacağam”
ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda siyasi fəaliyyətin getdikcə sanki əhəmiyyətsiz fəaliyyət növünə çevrildiyi, müxalif siyasi liderlərin get-gedə siyasətdən kənar fəaliyyətlərə meylləndiyi, şəxsən özünün siyasətdən elmə transfer olduğu barədə deyilənlərə münasibət bildirdi.

Sərdar Cəlaloğlu qeyd etdi ki, o və bir çox həmkarları siyasətə siyasətdən nəsə qazanmaq üçün yox, siyasətə nəsə vermək üçün qoşulublar. Həyatlarını riskə qoyub müstəqillik uğrunda mübarizəyə qalxıblar və əldə etdikləri nailiyyət əslində çox nəhəng bir nailiyyətdir: “Bizim siyasi fəaliyyətimiz dövründə Azərbaycanın müstəqilliyinə nail olmuşuq. Bu, bir siyasətçi üçün çox böyük nailiyyətdir. Nə qədər indiki hakimiyyətdəkilər desələr də ki, müstəqillik sanki göydən düşüb, əslində belə deyil. Onlar üçün göydəndüşmədirsə də, bizim üçün həyatımızı riskə qoymaq bahasına əldə edilmiş nailiyyətdir.

Şəxsən mən hər gün meydanlarda mübarizə apardığım dövrlərdə də elmi yaradıcılıqla məşğul olmuşam, kitablar yazmışam. Məsələn, “İlahi siyasət”adlı kitabım, 3500 səhifəlik “Tərəqqinin metofizikası”nı mən ADP meydanlarda olan vaxtlar yazmışam. Kitab yazıramsa, bu, o demək deyil ki, siyasi fəaliyyətlə məşğul deyiləm, siyasətdən gedirəm. Mənim elmi işimlə siyasi fəaliyyəti əlaqələndirmək əsassızdır. Mən “Mahiyyət” adlı kitabımı 1994-cü ildə yazmışam. Həmin kitaba görə mənə birbaşa elmlər doktoru adı elmi dərəcəsi vermək istəyirdilər. “İlahi siyasət” kitabını 1996-cı ildə başlayıb 2010-cu ildə bitirmişəm. Bu həmin dövrlər idi ki, siyasi fəaliyyətimin ən aktiv dövrləri idi. Rəsul Quliyev bizim partiyada olan dövrlərdə partiyanın ən aktiv meydan mübarizəsi dövrləri idi. Mən hətta o dövrlərdə də kitab yazmışam, elmi araşdırmalar aparmışam. Elmi fəaliyyət, kitab yazmaq mənim üçün adi bir həyat normasıdır. Bu işlə məşğulamsa, siyasətdən getməliyəm? İndiyə qədər 6 kitabım çap olunub, amma çapa hazır 10 min səhifəyə yaxın 6 dənə də kitabım var. Maliyyə tapsam bu saat həmin kitabları da çap elətdirərəm. Allah buyurur ki, ölənə qədər elmlə məşğul ol. Mən də bir müsəlman kimi buna əməl edirəm, ölənə qədər elmlə məşğul olacağam. Mən bayram günləri də, istirahət günləri də, bir sözlə, gecə-gündüz həm oxuyuram, həm yazıram. Mən bizim bəzi alimlərimiz kimi onun-bunun kitabından köçürmürəm. Mən fundamental şəkildə, bəşəriyyətin cavab verə bilmədiyi suallarla məşğul oluram və çox ciddi nailiyyətlər əldə eləmişəm. Hansısa partiya sədrləri siyasi tədbirləri olmadığı vaxtlarda oturub televizora baxırsa, sosial şəbəkələrdə qurdalanırsa, vaxtını boşuna keçirirsə, mən elmlə məşğul oluram. Amma mən siyasi fəaliyyətimdən ekonomiya edib elmlə məşğul olmuram. Mövcud şərtlər, imkanlar daxilində tam həcmdə siyasi işlə məşğul oluram. Amma siyasi fəaliyyətin lazımi effektinin olmadığı artıq mənimlə bağlı deyil, ölkədəki vəziyyətlə bağlıdır. Elmi fəaliyyətlə məşğul oluramsa, o demək deyil ki, siyasətdən gedirəm".

ADP sədri siyasətçilərin fəaliyyətinin məhdudlaşmasının səbəblərinin olduğunu dedi. Onun sözlərinə görə, son illərdə hökumət Azərbaycanda çox ciddi şəkildə siyasi fəaliyyəti məhdudlaşdıran addımlar atıb. Birincisi, qanunvericilikdə sərt qaydalar, yüksək məbləğdə cərimələrin tətbiqi qaydaları tətbiq edilib. İkincisi, ölkədə ağır iqtisadi vəziyyətdir və bu vəziyyətdən müxalifət cinahındakı siyasətçilər ikiqat əziyyət çəkirlər.

Bir çox müxalifətçilər hətta bu üzdən, yaşamaq üçün partiyalardan uzaqlaşmağa məcbur oldular: “Müxalif partiyaların maliyyələşmə qaynaqların hökumət tam olaraq kəsib. Kim hansısa partiyaya maliyyə yardımları edirdisə, ya həbsxanaya atıldı, ya biznesdən məhrum edildi. Beynəlxalq təşkilatların Azərbaycandakı demokratik qüvvələrə münasibəti də 180 dərəcə dəyişdi son 10 ildə. Əvvəllər müxalif siyasi liderləri xaricə dəvət edirdilər, xaricdən bura gələn beynəlxalq təşkilatların və bir sıra dövlətlərin rəsmiləri müxalifətlə görüşürdü. İndi bu ənənə aradan qaldırılıb. Digər tərəfdən, demokratiyaya dəstək verən beynəlxalq təşkilatların Azərbaycanda nümayəndəlikləri bağlanıb. Yəni siz əvvəlki illərlə son illərdə müşahidə olunan vəziyyəti müqayisə etsəniz görəcəksiniz ki, beynəlxalq ictimaiyyətin əvvəlki diqqəti 180 faiz tərsinədir.

Bu da bizim işimizdə əks olunur. Müxalifətə qarşı hökumətin iqtisadi sanksiyalar tətbiq etmədiyi dövrlərdə kifayət qədər aktiv olan müxalif siyasi qüvvələr indi blokada dövründə böyük əziyyət çəkirlər. Azərbaycan müxalifəti bu gün iqtisadi blokadaya alınıb. Türkiyədə partiya var ki, büdcəsi Azərbaycanın dövlət büdcəsi qədərdir. Dünyanın normal ölkələrində partiyaların pul problemi yoxdur. Azərbaycanda isə müxalif partiyalar, müxalif siyasətçilər pulsuzluqdan elementar toplantını təşkil etməkdə çətinlik çəkir. Təşkilati, təbliğati iş pul tələb edir. Müsavat Partiyasının başqanı və bir neçə müavinləri bugünlərdə Almaniyaya səfərə getdilər. Çox güman ki, onların səfər xərclərini xaricdəki müsavatçılar öz üzərlərinə götürüblər. İndi Azərbaycanın daxilində Arif Hacılı Lənkərana müsavatçıların konfransına getmək istəsin, görüm gedə biləcək?

Bir tərəfdən maliyyə problemi, bir tərəfdən də hakimiyyət strukturlarının əngəl yaratması imkan verməyəcək. Bir partiya sədri üçün bir rayon təşkilatının konfransında iştirak etmək 200-300 manata başa gəlir. 60-70 rayonun hərəsində bir dəfə olanda böyük məbləğdə vəsait lazım olur. Həmin vəsait isə müxalif siyasətçilərdə yuxarıda qeyd etdiyim səbəblərdən yoxdur. Ona görə də bizim rayonlara da səfərimiz azalıb, siyasi tədbirlərimiz də azalıb. Eləcə də Azərbaycanda telekanallar bizim üzümüzə qapalıdır. Əvvəllər nisbətən ANS-də çıxışlarımıza az-çox imkanlar var idi, lakin son zamanlar ANS o biri telekanallardan betər olmuşdu, ona görə də yaxşı oldu bağlandı. Yəni bizim siyasi fəaliyyətimizi qura biləcəyimiz vasitələrin böyük əksəriyyəti bizim iradəmizdən asılı olmayaraq əlimizdən alınıb. Nəticədə də isə kimlərdəsə belə təsəvvür yaranır ki, Sərdar Cəlaloğlu, filankəs siyasətlə məşğul olmur, siyasətdən gedir”.

S.Cəlaloğlu vurğuladı ki, siyasətçilər olaraq onlar daha aktiv siyasi fəaliyyət, iş aparmaq istəyirlər, lakin yuxarıda sadaladığı problemlər imkan vermir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57
"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55
“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Bu gün, 07:50
Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı - Türkiyə və Rusiya da dəstəkləyir
Bu gün, 07:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru