Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                     Keçmiş Bakı meri haqda ilginc iddialar... .....                     Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                     Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir .....                     BP BTC-nin operatorluğunu ötürür .....                 

"İranın dostluq mesajlarının heç də səmimi olmadığı aydındır" - deputat
Tarix: 19-09-2016, 08:03 | Çap et
"İranın dostluq mesajlarının heç də səmimi olmadığı aydındır"
Gələn həftə Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum keçiriləcək. Ölkə üçün əsas siyasi hadisələrdən olan ümumxalq səsverməsi barədə qərara, referenduma çıxarılan məsələlərə münasibət birmənalı olmadığından son günlər müxalifətin davamlı etiraz aksiyalarının da şahidiyik.

Referendumdan sonrakı Azərbaycanla bağlı fərqli yanaşmalar var və budəfəki müsahibimizin də baxışları orijinallığı ilə seçilir. Böyük Quruluş Partiyasının (BQB) başqanı, deputat Fazil Mustafa ilə söhbətdə referendumla yanaşı, ölkə gündəmindəki bir çox məsələlər barədə danışdıq. Həmçinin ünvanına səsləndirilən ittihamlara da deputatın münasibətini öyrəndik.

- Fazil bəy, referendum əleyhinə aksiyaları izləyirsinizmi? Bir zaman təmsil olunduğunuz düşərgənin keçirdiyi mitinqlər barədə fikriniz necədir?

- Hüquqi aspektdən yanaşanda referendum ərəfəsində bu cür tədbirlərin keçirilməsi və hakimiyyət orqanları tərəfindən buna şərait yaradılması doğru addımdır və mitinqlərin keçirilməsinə demokratiyanın adi bir prosedurası kimi yanaşılmalıdır. Konstitusion hüquqlar da işlənmədikcə korroziyaya uğrayır, ona görə də müxtəlif partiya və siyasi qüvvələrin öz görüşlərini bu formada ifadə etməsi demokratiyanın təzahürüdür. Siyasi baxımdan isə, sosial şəbəkələrdə insanlarla daha uyğun mühitdə ünsiyyət imkanının mitinqlərdən səmərəli olduğu mübahisə olunmaz bir gerçəkdir.

Fikrimcə, sözü və qabiliyyəti olan insanlar öz düşüncələrini sosial şəbəkələr vasitəsilə daha rahat və aydın çatdırmaq imkanı əvəzinə, insanları daha məhdud sayda bu aksiyaya cəlb edərək say yarışı keçirməklə məşğul olurlarsa, bunun müsbət nəticəsi barədə danışmaq çətindir. Hər halda metod yeniliyi, fikir və yanaşma orijinallığı olmadığı müddətdə bu cür opponentliyin iqtidara hansısa narahatçılıq yaradacağını təsəvvür etmək mümkünsüzdür.

- YAP-çı deputat Siyavuş Novruzov hesab edir ki, AXCP rəhbərliyi xaricdən aldığı təlimat əsasında mitinqlər keçirir və məqsəd ölkədə sabitliyi pozmaqdır. Bu ittihamlarla razılaşırsınızmı?

- Kifayət qədər indormasiya resurslarına əli çatan hakim partiyanın təmsilçisinin bu kimi açıqlamalarına hər halda diqqətlə yanaşılmalıdır. Mümkündür ki, əllərində hansısa mənbələrdən alınan ciddi məlumatlar olsun və nəticədə də belə bir fikir səsləndirsinlər. Açığı, belə bir məlumata sahib deyiləm, ancaq ölkədə sabitliyin pozulmasına yönəlik bütün addımların qarşısının alınması indiki həssas dövrdə olduqca vacibdir.

- BQP-nin və şəxsən sizin referendumdan sonrakı dönəmlə bağlı gözləntiləriniz nədən ibarətdir? Bir sıra ekspertlər islahatları qaçılmaz sayır, ancaq belə yanaşma da var ki, ciddi islahatlara gedilməsi real görünmür. Siz necə düşünürsünüz?

- Bir neçə il öncə islahatlar barədə daha çox danışırdıq, indi isə mətnlərimizin içində daha çox ölkənin təhlükəsizliyi məsələsi yer alır. Bu səbəbsiz deyil, çünki islahatlar üçün iki şərt vacibdir. Birinci, cəmiyyətin israrlı tələbi, ikincisi isə dövrün şərtlərindən doğan zərurətlər. Cəmiyyətdən belə israrlı tələblər gəlmirsə, gözlər ikinci şərtə dikilir. Burada isə aydın olur ki, indiki şərtlərdə əsas hədəf hər bir ölkənin başını qorumasıdır. Yəni təhlüksizliyini riskə soxmamaqdır. Ciddi islahatlar isə həmişə risklərlə müşayiət olunur. Güman etmirəm ki, iqtidar dünyanın bu qarışıq vaxtında ciddi sistem islahatlarına getsin. Çünki referenduma çıxarılan məsələlərin də mahiyyətindən göründüyü kimi, əsas motiv ölkənin xarici təhlükələrdən qorunması üçün zəruri olan boşluqların doldurulmasıdır. Daha güclü icra hakimiyyətinin formalaşmasıdır. Fikrimcə, əhalinin sosial vəziyyətini yaxşılığa doğru dəyişəcək real islahatlar aparmaq vacibdir, əks halda, sosial narazılığın genişlənməsi ölkə üçün xarici təhdidlərdən daha ciddi təhlükəyə çevrilə bilər. Xüsusilə də son iki devalvasiyadan sonra gəlir səviyyəsi xeyli aşağı düşmüş insanların problemlərinin həllinə çevik müdaxilə olmalıdır.

- Fazil bəy, bir neçə gün öncə sizin Həcc və Kərbəla ziyarətləri barədə dedikləriniz birmənalı qarşılanmadı. Ancaq sonradan məlum oldu ki, əslində İran rəsmilərinə aid edilən açıqlama təhrif olunub. Sizin vaxtaşırı dini mövzularda səsləndirdiyiniz fikirlər xeyli müzakirələrə səbəb olur. Bu mövzuya həssas münasibətinizin səbəbi nədir?

- Hər dəfə bir açıqlama verirlər, reaksiyaları görən kimi, bunu söyləmədilərini bəyan edirlər. Halbuki, bu məsələ dəfələrlə ən yüksək dini məqamlarca diqqət mərkəzinə gətirilib və səmimi inanclı insanlara yanlış istiqamət verilib. Bizdən soruşanda ki, bunun adı nədir, demişik ki, hoqqabazlıqdır.

Çünki Quranda Kəbəyə alternativ ibadət yeri nəzərdə tutulmayıb. Digər tərəfdən isə hər hansı bir ad altında İran vətandaşlarının Həcc ziyarəti zamanı təhlükəsizliyinin təmin olunmamasının yanlışlığına da diqqət çəkmişik. Ümumilikdə isə bu cür açıqlamaların mübahisə doğurması təəccüblə qarşılanmamalıdır, çünki burada məqsədlər arasında ziddiyyətlər var. Biz İslam adı ilə cəhalətin, xurafatın, məzhəbçiliyin, camaatçılığın, təriqətçiliyin Azərbaycan üçün təhlükəsinə diqqət çəkirik və xalqımızın aydınlanması üçün doğruları söyləməyə çalışırıq. Onlar isə bu cəhalətin qalması üçün əllərindən gələni edirlər.

Bunu İranda, Səudiyyə Ərəbistanında, Türkiyədə özləri üçün edirlərsə, bizə elə bir dəxli yoxdur. O məqamlar ki, bizim dövlətə və millətə qarşı mənfi təsirləri əks etdirir, o zaman öz mövqeyimizi ortaya qoymaqdan çəkinmirik. Əgər deyirəmsə ki, İslam əxlaq dinidir, orada siğə yoxdur, siğə əxlaqsızlıqdır, yaxud deyirəm ki, zəncirlə başınızı yarmayın, ələm fırıldağına uymayın, Qarabağı qoyub yalançı çağırışlara Suriyaya cihada getməyin, bunlara bir vicdan borcunu yerinə yetirmək kimi baxıram, indi kimsə buna əsəbləşəcəksə, biz öz missiyamızdan əl çəkməməliyik ki?

- Azərbaycandakı nurçularla bağlı səslənən iddialara siz də adınızın hallandırılması səbəbindən reaksiya vermişdiniz. Bu mövzu bağlanmış sayıla bilərmi, yoxsa növbəti mərhələdə də sizə qarşı istifadə oluna bilər? Ümumiyyətlə, Azərbaycan bu təhlükə ilə üz-üzə qala bilərmi?

- İndiyə qədər mənim adımı nədə hallandırmırlar ki? Sonda bu cür böhtanların və böhtançıların fiaskoya uğradığını məgər görmürsünüz? Hələ də anlamaq iqtidarında deyillər ki, hər bir məsələyə, problemə, predmetə öz orijinal baxışı olan bir insanı heç bir qəlibin içinə soxmaq, sığışdırmaq mümkün deyil. Uzun illərdir siyasətlə məşğul oluram, düşündüklərimi açıq söyləyirəm, inandıqlarımı israrla müdafiə edirəm, hətta topluma, cəmiyyətə tərs düşən görüşlərimi belə çəkinmədən ortaya qoyuram, indi bu nadanların yerinə kim olsa, oturub düşünər ki, bu adam necə rahatlıqla bu cür addımları ata bilir? Bu cəmiyyətin dürüst, səmimi insanları bizim kimliyimizi yaxşı bilir, bilir ki, biz siyasətdə də, elmdə də, inancda da, idmanda da, insan münasibətlərində də heç vaxt əxlaqdan kənara çıxmırıq.

Mən söyləyəndə ki, Türkiyədə kim çevriliş edibsə, bu qardaş ölkəmizə xəyanətdir, onları sərt cəzalandırmaq lazımdır, ancaq bu dalğada Türkiyə adına açılan hansısa məktəbi Azərbaycanda, Qırğızıstanda, Qazaxıstanda bağlamaq strateji baxımdan yanlışdır, çünki türk məktəblərinin bağlanmasından yaranan boşluğu Qum düşüncəsi ilə yaşayanlar dolduracaqlar, qoy Türkiyə hökuməti bu məktəblərə etibarlı adamlarını təyin edib, onları sıradan çıxarmağa qoymasın, o zaman bütün İranyönlü saytlar başlayırlar məni nurçu elan etməyə.

Bizdəki türk vücudu ilə düşünən farslar da bunu tirajlamaqla belə bir imic yaratmağa çalışırlar. O zaman meydana çıxıb söyləyirəm ki, ləyaqətiniz varsa bir fakt ortaya qoyun, bu cür böhtanlar bizə keçməz, deyirlər ki, çox sərt reaksiya verirsən. Azərbaycanda Turan Yazqanın açdığı məktəbləri, Anadolu, Atatürk litseylərini, Dəyanət Vaqfının, o cümlədən keçmiş “Çağ” öyrətimin yaratdığı məktəbləri qorumaq strateji cəhətdən vacibdir, bizə Türkiyə tərəfdən hansısa təhlükə ola bilməz, bunun tirajlanması qardaş ölkə ilə bağlı həmişə şübhəli yanaşmalara rəvac verə bilər və əsil real təhlükələrdən diqqətimizi yayındırar. Açıq mətnlə söylədiyimiz budur, əsas odur ki, səmimiyyətlə söylədiklərimiz diqqətə alınsın və yanlış qərarlar verilməsin.

- Son zamanlar Azərbaycan yenə də bütün cinahlardan təzyiqlərlə üz-üzədir. Şimalda, Rusiyada separatçıları bir araya gətirməyə hazırlaşırlar, cənubda, İranda separatçılara öz bayrağı ilə idman yarışına qatılmaq şansı tanınır. Erməni təcavüzünə qarşı açıq mövqe əvəzinə, işğalçıya stimul verilir. Nə baş verir? Bizi növbəti təhdidlərmi gözləyir?

- İstər Rusiya, istər də İran bizim güclü qonşularımızdır və onlarla dostluq münasibətlərinin qorunmasına hər zaman maraq göstərməliyik. Bununla belə, oradan gələn müəyyən sürprizlərə də immunitetimizi itirməməliyik. Hər kəs bizi öz nəzarəti altında görmək istəyir, biz isə mümkün olduğu qədər müstəqil siyasət yürütməkdən çəkinmirik, o zaman bizim barəmizdə mütləq buxovlayıcı bir şeylər düşünəcəklər. Xüsusilə İranda erməni separatçılarının bu kimi addımlarına imkan tanınması bu ölkənin bizə qarşı dostluq mesajlarının heç də səmimi olmadığını ortaya qoyur. Bu barədə Böyük Quruluş Partiyası olaraq öz sərt mövqeyimizi bildirmişik, ümid edirəm ki, İran rəsmiləri bu kimi yanlış addımlarla münasibətlərimizin korlanmasına rəvac verməyəcəklər.

- Milli Məclisin payız sessiyasının ilk iclasında hansı aktual məsələləri qaldıracaqsınız?

- İlk olaraq devalvasiyanın yaratdığı problemlərdən danışmağı düşünürəm. Həqiqətən əhalinin yoxsullaşmasının ciddi fəsadlar yarada biləcəyini hökumət ciddi müzakirə edib, çıxış yollarını tapmalıdır. Ardınca məşğulluq məsələsinin həllində konkret işlər görülməsini aktual məsələ olaraq gündəmə gətirəcəyəm. Qarabala bağlı Rusiyanın təklif etdiyi variantların Milli Məclisdə qapalı müzakirəsinin aparılması təklifi ilə çıxış etmək niyyətindəyəm. Digər vacib məsələləri də həmişəki kimi səsləndirməyi düşünürəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Bu gün, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Bu gün, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Bu gün, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Bu gün, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Bu gün, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Bu gün, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Bu gün, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Bu gün, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Bu gün, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Bu gün, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Bu gün, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Bu gün, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Bu gün, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Bu gün, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Bu gün, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Bu gün, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Bu gün, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Bu gün, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Bu gün, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Bu gün, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Bu gün, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru