"Avroviziya"dan kuryerliyə .....                     Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                     Keçmiş Bakı meri haqda ilginc iddialar... .....                     Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                     Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir .....                 

“Səfirlərdən əmr gözləyirlər”
Tarix: 8-09-2016, 09:19 | Çap et
“Səfirlərdən əmr gözləyirlər”
Azərbaycanda sivil siyasi mübarizə aparmaq gücündə olmayan, xalqın etibarını itirdiyinə görə bütün seçkilərdə biabırçı şəkildə məğlub olan radikal müxalifət yenidən "ənənəvi” taktikaya üstünlük verib. Belə ki, ictimai rəyə təsir etmək gücündə olmayan, sosial bazası dağılmış partiyalar və onların "liderləri” referendum öncəsi yenidən ölkədaxili vəziyyəti gərginləşdirməyə, daxili sabitliyi pozmağa cəhd edirlər. Mediada yayılan məlumatlardan belə məlum olur ki, bu işdə onlara xarici ölkələrin Azərbaycandakı səfirliklərindən bir neçəsi də yardım göstərməkdədir. Xüsusən də ABŞ, Böyük Britaniya və Fransanın ölkəmizdəki səfirləri, eləcə də Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, Milli Şura sədri Cəmil Həsənli, jurnalist Xədicə İsmayıl, "Ümid” partiyasının funksionerləri Ənvər Ağazadə və Elmar Abbaszadə, REAL təşkilatının fəalları Rəsul Cəfərov, Azər Qasımlı və Erkin Qədirli, NİDA fəalı Turqut Qəmbər və başqaları ilə müxtəlif vaxtlarda görüşlər keçiriblər. Məhz bu qapalı görüşlərdən, məsləhət-məşvərətlərdən sonra əvvəlcə AXCP və Milli Şura, ardınca isə Müsavat Partiyası mitinq təyin edib, əhalini siyasi hakimiyyətə qarşı çıxmağa, etiraz etməyə səsləyib.

Budəfəki mitinqlərin də digərləri kimi əhəmiyyətsiz olacağı, vətəndaş cəmiyyəti, ölkə əhalisi tərəfindən dəstəklənməyəcəyi gün kimi aydındır. Lakin burada diqqət çəkən başqa bir məqam var. Görəsən niyə bizim müxalifət partiyaları hər hansı bir aksiya təyin edərkən həmişə xarici ölkə səfirləri ilə görüşürlər. Mövzu ilə əlaqədar fikirlərini "Kaspi”yə bölüşən Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, millət vəkili Elşən Musayev Azərbaycanın radikal müxalifətinin bu gün də hər zamankı ampluasında olduğunu təəssüflə qeyd edib. Bildirib ki, onlar yenə hansısa səfirlikdə quyruq bulayıb, çətir tutub, yedək funksiyasını icra edirlər: "Ayıbdır, gerçəkdən! Ayıbdır ki, xalqla son 10 il ərzində 10 dəqiqəlik təmas qurmayasan, amma səsin həftə səkkiz-mən doqquz Amerika, Fransa, Böyük Britaniya səfirliklərindən gəlsin. Ayıbdır ki, bu millətin sözü, fikri, qayğısı sənin üçün heç ola, amma oturub hansısa missionerdən mitinq təlimatı gözləyəsən”.

Deputat deyib ki, ölkənin yaxın dönəm üçün ən böyük siyasi hadisəsi - 26 sentyabrda keçiriləcək Referendum olsa da, özünü ana müxalifət adlandıran kəsim heç təşviqat qrupu belə yaratmağa cəhd göstərməyib, MSK-dan Müsavat Partiyası kimi yalandan da olsa sənədlər belə götürməyib: "Çünki, bu radikallar öz kəramətlərinə bələd idilər, bilirdilər ki 40 min deyil, heç 400 seçici səsi də yığa bilməzlər. Yaxşı bəs indi nə oldu? Mitinq qərarı haradan çıxdı? Həm də belə qəfil və səfirliklərdəki, Avropa İttifaqının Bakı ofisindəki gəzintilərdən dərhal sonra... Demək ki, təlimat, maliyyə dəstəyi alıblar. Hər halda Əli Kərimli kimi anti-milli ünsür, siyasət buqələmunu mitinq qərarı veribsə, bu qərar "ağaları belə istəyib” anlamına gəlməlidir. Ya da olsun Cəmil Həsənli və Arif Hacılı kimi yedəklər. Hamısı eyni astarın tərs üzüdür. Hamısı milli maraqları satmaq, iğtişaş yaratmaq üçün əmr növbəsi gözləyirlər”.

Millət vəkili Sahib Alıyev də mövzuya münasibət açıqlayarkən bildirib ki, 5-ci kolon təmsilçilərinin avqustun ikinci yarısında Amerika, Böyük Britaniya və Fransa səfirliklərinə çağırılmalarının, onlarla görüşə üstünlük verilməsinin səbəbi hər kəsə gün kimi aydındır. Onun sözlərinə görə, bu şəxslər Azərbaycandakı "hizmətçilər”, yəni xidmətçilərdir və hər bir əmri yerinə yetirməyə hazırdırlar: "Həmin ölkələrdəki bəlli çevrələrin bizdən nə istədikləri sirr deyil. Ölkəmizin ən yaxşı halda Ukraynaya çevrilməsini arzulayırlar. İstəkləri budur ki, təkcə açıq və gizli dəstək verdikləri Ermənistanla deyil, bütün qonşularla, özəlliklə də Rusiya ilə düşmən olaq, regionda hamı bir-birinə dəysin. Həmçinin, Yaxın Şərqdəki xaos bura da sıçrasın, necə ki, Türkiyəyə sıçradırlar. Guya müttəfiqlik etdikləri Türkiyəyə qarşı hansı addımlar atdıqlarını, nələrə getdiklərini görmürükmü? Türk xalqı sinəsini sipər edib ayağa qalxmasa idi, bu ölkənin başına nələr gətirməyəcəkdi həmin "müttəfiq” olanlar? İndi də bizdəki xidmətçilərini səfirliklərə dəvət edib təlimatlandırır, burada da qarışıqlıq yaratmağa çalışırlar. Ancaq alınmayacaq və alınmayacağını özləri də yaxşı bilirlər. Bilirsiniz nədən? Xidmətçilərlə görüşün necə keçirildiyinə diqqət yetirsəniz bəlli olacaq. Demək, Böyük Britaniya səfiri avqustun 25-də parçalanmış Müsavat Partiyasının başqanı Arif Hacılıyla görüşür. O, səfirliyi tərk etdikdən sonra isə İsa Qəmbərin oğulu Turqut Qəmbər ora dəvət edilir. Avqustun 23-də Əli Kərimli və Cəmil Həsənli Amerika səfirliyinə birgə gedirlər. Sabahı günü isə Cəmil Həsənli ora tək çağırılır. Fikir verin, guya bir yerdə olduqları zənn edilənlərlə belə, həm də ayrı-ayrılıqda görüşürlər. Sual olunur niyə? Ona görə ki, xidmətçilərinin başıpozuqluğunu, bir-birilərinə maliyyə fırıldağı gəldiklərini, aralarında "hoca əfəndi”nin olmadığını yaxşı bilirlər. Beləliklə də, "hoca əfəndiliyi” öz üzərlərinə götürərək, xidmətçiləri hərəkətə gətirməyin indi də bu yolunu sınaqdan keçirirlər. Bunların əməkdaşlıq modeli belədir: Pozuculuq fəaliyyətinin effektliliyini artırmaq üçün indi bir neçə səfirlik birləşib "hoca əfəndi” rolunda çıxış edir, səfirlər də "imam” funksiyasını yerinə yetirirlər. Xidmətçilər də ki, hər kəsə bəllidir. Bir daha adlarını deməyə ehtiyac varmı?”.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə hesab edir ki, xarici ölkə səfirlərinin Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, həmçinin müxalifətin radikal qanadı ilə gizli görüşlər keçirməsi, onları təlimatlandırması yolverilməzdir, beynəlxalq konvensiyalara ziddir: "Bu, ciddi qanun pozuntusudur. Xarici ölkə diplomatlarının missiyası mövcud olduqları ölkələrdə müxalifətlə əlaqə yaradıb onlara təşkilati, ideoloji və maddi baxımdan köməklik göstərmək deyil. Xarici diplomatların fəaliyyət göstərdikləri ölkələrdə müxalifətin arxasında dayanması, onların himayədarına çevrilməsi diplomatik qaydalara, beynəlxalq konvensiyalara ziddir. Hətta ölkə vətəndaşları da xarici dövlətlərin səfirliklərinə müraciət edir, onların himayəsi altına fəaliyyət göstərirlərsə, həmin şəxslər də Azərbaycan qanunlarını kobud şəkildə pozurlar. Əslində bu, Azərbaycanın dövlət maraqlarının xarici səfirliklərə satılması deməkdir. Çünki, hər bir dövlətin özünün maraqları var. Ayrı-ayrı ölkələrdə bu maraqlar ciddi xarakter daşıya bilir. Nəzərə almaq gərəkdir ki, bu gün Azərbaycan beynəlxalq güclərin maraqlarının və mənafelərinin toqquşduğu ən ciddi ölkələrdən biridir. Radikal müxalifət təmsilçilərinin həmin gücləri təmsil edən ölkələrin səfirləri ilə görüşməsi mahiyyət etibarilə bu dövlətlərin strateji maraqlarına xidmət edir. Bu da birmənalı şəkildə Azərbaycanın milli maraqlarına ziddir. Ona görə də radikal müxalifət liderlərinin xarici ölkə səfirləri ilə əməkdaşlıq etməsi Azərbaycanda ciddi qanun pozuntusu kimi qeydə alınmalıdır. Buna son qoymaq üçün ciddi addımlar atılmalıdır”.

Millət vəkili deyib ki, radikal müxalifəti canlandıran, yaşadan, qidalandıran bir sıra dövlətlərin xüsusi-xidmət orqanlarıdır. Deputatın sözlərinə görə, həmin xüsusi-xidmət orqanları mənsub olduqları ölkələrin maraqlarını yerinə yetirmək üçün Azərbaycanda zəif hakimiyyətin olmasında maraqlıdırlar: "Lakin onların bu planı baş tutmayacaq. Çünki, Azərbaycanda bunun üçün zəmin, şərait yoxdur. Əvvəla ona görə ki, radikal müxalifətin Azərbaycan cəmiyyətində nüfuzu, ictimai rəyə təsir imkanı yoxdur. Əksinə olaraq, iqtidarla xalq arasında möhkəm bağlılıq var, Azərbaycan prezidenti, onun həyata keçirdiyi daxili və xarici siyasət ölkə əhalisinin mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Ona görə də həm xaricdəki, həm də daxildəki anti-Azərbaycan, antimilli qüvvələrin nəyəsə nail olması qeyri-mümkündür. Azərbaycan demokratik bir ölkədir. Azərbaycan Konstitusiyasına görə, ölkənin hər bir vətəndaşı, eləcə də hər bir siyasi partiya bu və ya digər məsələyə öz münasibətini açıqlamaq, etirazını çatdırmaq hüququna malikdir. Bu baxımdan, əgər radikal müxalifət hər hansı hadisəyə, məsələyə azad şəkildə müxalif münasibət bildirmək, mitinq keçirmək istəyirsə, bu, onların hüququdur. Amma onlar bu hüquqdan məhz xarici ölkələrin Azərbaycandakı səfirlərinin təlimatı, məsləhəti, himayəsi və hərtərəfli yardımı ilə yararlanmaq istəyirlərsə, artıq bunun bir adı var: satqınçılıq və milli xəyanət!”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Bu gün, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Bu gün, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Bu gün, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Bu gün, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Bu gün, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Bu gün, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Bu gün, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Bu gün, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Bu gün, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Bu gün, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Bu gün, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Bu gün, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Bu gün, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Bu gün, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Bu gün, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Bu gün, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Bu gün, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Bu gün, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Bu gün, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Bu gün, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Bu gün, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Bu gün, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru