AXCP-dən Seymur-Nigar izdivacına reaksiya
Tarix: 1-08-2016, 10:37 |
Çap et
“Bu gün Seymur Həziylə Nigar xanımın rəsmi nikah mərasimidir. Məhz bu məqsədlə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri mərasimin baş tutacağı 17 saylı cəzaçəkmə müəssisəsinin önündə olacaq”
Bu barədə AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr köməkçisi Faiq Əmirov deyib.
Onun sözlərinə görə, mərasimə yalnız Seymur Həzinin bacısı, Nigar xanımın isə qardaşı qatılacaq: “Başqa heç kimin rəsmi nikah mərasimində iştirak etməsinə icazə verilməyib. Əgər icazə verilsəydi mütləq partiya üzvləri iştirak edəcəkdi. Bununla belə partiya nümayəndələri, dostlar, tanışlar həbsxananın qarşısında olacaq”.
F. Əmirov qeyd edib ki, partiya üzvləri gənclər arasında bağlanacaq izdivacdan xəbərdar olub: “Elçilik qapalı şəkildə olub. İki ailə razılığa gəlib. Lakin xəbərimiz var idi. Seymur Həzi həbsxanadan çıxan kimi böyük toy şənliyi təşkil olunacaq”.
Qeyd edək ki, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi 2014-cü ilin avqustun 30-da həbs edilib. Ötən ilin yanvarında isə ona hökm oxunub və Seymur Həzi 5 il müddətinə azadlıqdan məhrum edilib.