Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: .....                     İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb .....                     Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır .....                     "Avroviziya"dan kuryerliyə .....                     Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                     Keçmiş Bakı meri haqda ilginc iddialar... .....                     Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                 

“Bir dəlilər, bir də ölülər fikrini dəyişmir” - Sərdar Cəlaloğlu
Tarix: 15-06-2016, 10:16 | Çap et
“Bir dəlilər, bir də ölülər fikrini dəyişmir”
ADP sədri Sərdar Cəlaloğlunun təsisçisi olduğu “Hürriyyət” qəzetində ADP-nin AXCP ilə yaxınlaşdığı və bu partiyalar arasında yeni birlik modelinin qurula biləcəyi barədə geniş məqalə dərc olunub. “Müxalifətin yeni birlik modeli” adlı məqalədə deyilir ki, əksər müxalif partiyaların apardığı siyasət cəmiyyətdəki narazı təbəqəni qane etmir.

Hansı ki, bu gün cəmi iki partiya-ADP və AXCP istisna olmaqla, qalan siyasi təşkilatlar hakimiyyətə qarşı loyal siyasi mövqe nümayiş etdirir: “Oxucular belə düşünə bilər ki, əslində vaxtilə ADP də hakimiyyətə qarşı konstruktiv mövqe seçdiyini rəsmən bəyan etmişdi. Əlbəttə, bu fikirdə olanlar tamamilə haqlıdır. Lakin nəzərə alsaq ki, siyasətdə qəbul olunan qərarlar ömürlük deyil, zaman və məkana uyğun olaraq dəyişir, o halda ADP-nin mövqeyindəki müəyyən dəyişikliyi də təbii qəbul etmək lazımdır. Eyni zamanda ADP bu gün heç də öz siyasətində 180 dərəcə dönüş edərək radikal mövqe nümayiş etdirmir. Sadəcə, bu partiyanın AXCP ilə adını bərabər çəkməkdə məqsədimiz hər iki qurumun etirazçı mövqedə olduğunu oxucularımıza xatırlatmaqdır.

Şübhəsiz, hələ də bu partiyaların siyasətində əsaslı bir fərqlilik mövcuddur. Belə ki, AXCP mövcud rejimin tamamilə dəyişilməsini tələb edir, ADP isə iqtidar daxilində dəyişilmələrin aparılmasının və hakimiyyətin tədricən demokratikləşdirilməsinin tərəfdarıdır. Yəni ümumilikdə hər iki partiya hakimiyyətin dəyişilməsini istəyir, sadəcə, AXCP radikal, ADP isə tədrici demokratikləşmə yolunu məqbul hesab edir. Görünür, elə bu səbəbdəndir ki, son vaxtlar sözügedən partiyalar arasında yaxınlaşma meylləri hiss olunur. Hətta əldə etdiyimiz bəzi bilgilərə əsasən, artıq partiya yetkililəri arasında yeni birlik modelinin axtarılması istiqamətində gizli müzakirələr də başlayıb. Əlbəttə, ola bilər ki, ADP sədrinin hakimiyyət tərəfindən hədəfə alınması həm də AXCP ilə yaxınlaşması ilə əlaqədardır. Görünür, artıq hakimiyyətdə də partiyalar arasında iddia olunan danışıqlar haqda müəyyən informasiyalar var və bu səbəbdən də bu iki nüfuzlu partiyanın bir araya gəlməsi iqtidar başbilənlərini narahat edib..."

Belə bir yazının məhz ADP sədrinin təsisçisi olduğu qəzetdə meydana gəlməsi xəbərin ciddiliyini artırır və ortaya suallar çıxarır. ADP ilə AXCP arasında yaxınlaşma, birlik istiqamətində danışıqlar doğrudanmı mövcuddur?

ADP sədri Sərdar Cəlaloğlu bu sualına cavabında bildirdi ki, bir dəlilər, bir də ölülər fikrini dəyişmir. Bu baxımdan ADP-nin AXCP ilə bağlı mövqeyinə yenidən baxması istisna olunmur: “Buna da siyasi gündəmin tələbinə uyğun olaraq lazım gələcəyi halda baxılar. Amma onu deyim ki, bu gün bizim partiya ilə AXCP arasında hər hansı əlaqə, danışıqlar yoxdur. Çünki gündəmdə belə bir məsələ mövcud deyil. Güman edirəm ki, həmin məqalədə yazılanlar jurnalistin təxəyyülü, ehtimalları və ya arzusudur. O da mümkündür ki, həmin jurnalist burada partiyamızın AXCP ilə əməkdaşlıq, birlik tərəfdarı olan bəzi nümayəndələri ilə söhbətlərinin nəticəsi olaraq həmin yazını yazıb. ADP əslində radikal partiya deyil, ADP prinsipial partiyadır. Biz dövlətin və xalqın maraqları məsələsində güzəştsiz mövqe tuturuq. Bu, radikallıq deyil. Biz tutduğumuz mövqeni radikal üsullarla ifadə eləmirik. Görünür, jurnalist bizim o qətiyyətli prinsipial mövqeyimizi radikal mövqe hesab edir. ADP AXCP ilə eyni radikal partiya deyil. Bəlkə də yeganə prinsipial partiya ADP-dir. Bu da bizim istənilən prinsipiallıq eləyən partiya və siyasətçi ilə əməkdaşlıq etməyimizə zəmin yaradır. Kimsə doğrudan da dövlətin və millətin maraqları məsələsində doğrudan da prinsipial mövqedədirsə, biz onunla əməkdaşlıq edə bilərik. Amma bu, o demək deyil ki, onların tutduğu yolu tuturuq”.

S.Cəlaloğlu dedi ki, partiyanın daxilində AXCP və Milli Şura ilə əməkdaşlıq, birlik tərəfdarı olan şəxslər var və həmin adamlar fikirlərini söhbətlər əsnasında dilə gətirirlər: “Biz heç kəsə qadağan edə bilmərik ki, fikrini dilə gətirmə. Milli Şura yarananda bizim partiyada Milli Şuraya üzv olmaq tərəfdarları var idi. O dövrdə sizin qəzetdə də bu barədə yazılar gedib, mənim fikirlərim dərc edilib. İndi də partiyada o fikirdə olanlar var ki, Milli Şura və AXCP ilə ittifaq qurmaq lazımdır. Biz totalitar bir partiya deyilik ki, onları bu mövqelərinə görə cəzalandıraq. Həmin adamlar indi də hesab edirlər ki, Milli Şuranın, AXCP-nin seçdiyi yol düz yoldur, ona görə də onlarla ittifaqda olmalıyıq. Onlar bu mövqelərini İdarə Heyətinin iclaslarında da səsləndirirlər. Lakin bu məsələ İdarə Heyətində və digər partiya strukturlarında rəsmi şəkildə gündəlikdə olmadığından fərdi şəkildə səslənən fikirləri ADP-nin rəsmi qərarı və ya mövqeyi deyil. Mən bu mövqedə olanlarla söhbətimdə demişəm ki, ADP-nin öz siyasi xətti var və 2005-ci ildən elan etdiyimiz bu xətti aparmalıyıq”. (“Yeni Müsavat”)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: - hər şey Türkiyə ilə...
Dünən, 22:21
İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb - Polis araşdırma aparır
Dünən, 22:14
Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Dünən, 18:12
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Dünən, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Dünən, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Dünən, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Dünən, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Dünən, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Dünən, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Dünən, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Dünən, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Dünən, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Dünən, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Dünən, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Dünən, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Dünən, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Dünən, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Dünən, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Dünən, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Dünən, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Dünən, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Dünən, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Dünən, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Dünən, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Dünən, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Dünən, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Dünən, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Dünən, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Dünən, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Dünən, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Dünən, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Dünən, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Dünən, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Dünən, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Dünən, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Dünən, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Dünən, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Dünən, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Dünən, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Dünən, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Dünən, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Dünən, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Dünən, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru