Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                 

“Elçibəyin prezident olması ilə hərəkatın arbitri sıradan çıxdı”
Tarix: 7-06-2016, 08:18 | Çap et
“Elçibəyin prezident olması ilə hərəkatın arbitri sıradan çıxdı”
4 iyun qiyamının ildönümü günlərində vaxtilə AMİP-in lideri və funksioneri Əli Orucovla sabiq prezident Əbülfəz Elçibəyin yaxın silahdaşı olmuş Ülvi Həkimoğlu arasında qarşılıqlı ittihamlarla dolu söz atışması gedir. Tərəflər bir-birini haqsız çıxarmağa çalışır.

AMİP-in keçmiş sədri, hazırda Vətəndaş və İnkişaf Partiyasının sədri olan Əli Əliyevin baş verənlərə münasibətini öyrəndik. VİP sədrinə “Sizcə, Elçibəy tərəfdarları, yoxsa Əli Orucov-E.Məmmədov cəbhəsi haqlıdır” və “Elçibəy iqtidarının 4 iyun qiyamından sonra siyasi müxalifətdən kömək gözləməsi normal sayıla bilərmi” sualları ilə müraciət etdik.

Ə.Əliyev bu məsələyə münasibəti mübahisə aparan tərəflərdən hansının haqlı, hansının səhv olduğu kontekstindən bildirmək fikrindən uzaq olduğunu dedi. VİP sədri qeyd etdi ki, 4 iyun hadisələrinə onun öz qiyməti mövcuddur: “Həmin hadisələr zamanı AMİP üzvü olsam da, fəal siyasətdə deyildim. Elmi fəaliyyətlə məşğul olduğumdan, operativ fəaliyyətim yox idi. Lakin təbii ki, prosesləri izləmişəm, məlumat almağa çalışmışam. Fikrimcə, 4 iyun hadisələrinə 1993-cü il dövründən qiymət vermək doğru deyil. 4 iyunda baş verənləri məhz bu ilin içindən dəyərləndirmək əvvəldən təhrif olunmuş nəticələrə yuvarlanmaq deməkdir. Çünki AXC- Müsavat iqtidar komandasının aparıcı fiqurları ilə AMİP rəhbərlərinin qarşıdurmasının kökü xeyli əvvələ-1989-cu ilin sonlarına gedir. Hadisələri o dövrdən analiz etmədikcə, yanlış mənzərə yaranacaq. Xalq hərəkatının ”yol cızmaq" iqtidarında olan liderlərinin ideoloji fikir ayrılığı 1990-cı ilin yanvarında keçirilən AXC-nin 3-cü konfransında açıq şəkildə ortaya çıxdı. Konfransa qədərki dövrdə də “Tətil dalğa”sının təşkilində liderlər arasındakı fikir ayrılığı apogey səviyyədə idi. Adıçəkilən konfransda “Əvvəl milli istiqlaliyyət, sonra demokratiya” deyənlərlə “SSRİ çərçivəsində demokratiyadan milli istiqlaliyyətə” keçidi nəzərdə tutan mövqeli siyasilər arasında fikir toqquşması ortaya çıxdı. Hadisələrin sonrakı inkişafında 1-ci şüar tərəfdarlarının daha uzaqgörən və haqlı olduqlarını həyat təsdiq etdi. Buna baxmayaraq, 1992-ci ildə hakimiyyətə gələn komanda əsasən 2-ci mövqeyin tərəfdarlarından ibarət oldu. Bu azmış kimi, hərəkatın daxilindəki prinsipial “istiqlalçılar” hakimiyyətin içərisinə buraxılmadılar".

Ə.Əliyevin sözlərinə görə, ən səhv qərarın-Əbülfəz Elçibəyin 1992-ci ildə prezidentliyə namizəd olmasının səbəbi də hərəkat liderindən aşağıda duranların intriqaları idi: “Onların hamısı anlayırdı ki, Elçibəyi namizəd edə bilməsələr, hakimiyyətə onların ən ciddi opponenti gələcək. Hesab edirəm ki, bugünkü çətin vəziyyətimizin ən böyük səhv səbəbi də o zaman baş verdi. Ən yüksək instansiyada duran hərəkatın ideoloqu və rəhbərinin çirkli siyasi oyunlara cəlb edilməsi oldu. Onun bu qərarda rolunu azaltmamaqla, qeyd etmək istəyirəm ki, Elçibəyin prezident olması ilə hərəkatın arbitri sıradan çıxdı və bununla da qarşıdurmanın bünövrəsi rəsmi səviyyədə bərqərar oldu.

Belə olduğu halda ana müxalifət funksiyasını daşıyan AMİP-in vəzifəsi nə idi? Təbii ki, hakimiyyətə gəlmək. Necə? İqtidara qarşı mübarizə aparmaqla. Burada qəribə və ya qeyri-adi nə var ki? Bu gün biz YAP-a qarşı mübarizə aparmırıqmı? Bu gün həmin təşkilatı başqa qüvvələrlə iş birliyində ittiham edənlər 2013-cü ildə AXCP və Müsavatın timsalında Kreml agenti İbrahimbəyovu dost tutmadılarmı, Putinin yaratdığı “milyarderlər klubu” ilə əlaqədə olmadılarmı? Hərçənd ki, AMİP açıq şəkildə kənar qüvvələrin heç biri ilə əlaqə qurmamışdı. Sadəcə olaraq, kənar dəstəyi olanlarla mövqeləri üst-üstə düşüb. Ölkədaxili proseslərdə kənar qüvvələrlə işbirliyinin ən qəti əleyhdarı olaraq deyə bilərəm ki, AMİP-i kənar dəstəkdə suçlayanlar 1992-ci ildə parlament iclasından açıq şəkildə deyirdilər ki, gəlişləri 9 ölkə ilə razılaşdırılıb. 1992 -ci ilin 15 may tarixində parlament hansı yolla götürülmüşdü? Özlərinə rəva bildiklərində başqalarını günahlandırmaq yanlış yoldur".

VİP sədri qeyd etdi ki, burada bir məsələdə hər iki tərəfin günahı aşkardır: “1993-cü ilin hakimiyyət böhranının aradan qaldırılmasında 3-lü bloka nail olunmalıydı-hakimiyyət-AMİP-Heydər Əliyev. Buna isə nail olunmadı. Yeri gəlmişkən, mərhum Heydər Əliyevin Bakıya dəvət edilməsində AMİP-in heç bir rəsmi mövqeyi olmayıb. Qarşılığında isə rəsmi səviyyədə iqtidar nümayəndələri onu paytaxta ard-arda dəvət edir, gəlməsi üçün nəqliyyat göndərmişdilər.

Siyasətçilərimiz etirafı öyrənməyə qədər inkişaf edə bilməzlər. Səhvlərin aradan qaldırılması yolunda birinci addım etirafdır. Hansı nöqtədən baxırsan bax, əlindən hakimiyyəti təhvil verənlər, çevrilişə yol açanlar yanlışdırlar. Bu yolda başqasında günah axtarmaq, öz səhv və günahlarını gizlətməkdən başqa bir iş deyil".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru