Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... .....                     Real dünyanın .....                     Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... .....                     "Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" .....                     Adı yoxdur!.. .....                     "Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" .....                     ASAN xidmət adı altında PUL TƏLƏSİ? .....                     Xidmət haqqı tutulur, xidmət yoxdur! .....                     Gedişin ədəbi versiyası .....                     Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... .....                     "İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" .....                     Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... .....                     Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... .....                     Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? .....                     ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq .....                     AQTA rəsmən BAHALAŞMAya səbəb olur .....                     AHİK şefi ilə bağlı ŞOK İDDİA .....                     Rusların SOCAR HƏMLƏSİ .....                     Fermerlərə problem yaşadan başçı... .....                     "Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... .....                     ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır .....                     Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı .....                     Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm .....                     LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? .....                     Restoran müdiri Niyama ev hədiyyə etdi .....                     Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... .....                     Şuşadan qaçan Ohanyan: .....                     “Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” .....                     Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq .....                     Doğumla ölümün bərabərləşəcəyini deyən alim: .....                     Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu .....                     ATU 59 min manata nələr almağı planlaşdırır? .....                     “Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını .....                     Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib .....                     İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI .....                     İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi .....                     "Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" .....                     Siyasi tamaşa: .....                     Separatçılar özlərinə “spiker” axtarır .....                     Paşinyan Rusiyadan əliboş döndü: .....                 

ATƏT-DƏN MÜXALİFƏTƏ VƏD
Tarix: 23-04-2012, 14:04 | Çap et
ATƏT-DƏN MÜXALİFƏTƏ VƏD

“MİTİNQ ÜÇÜN MƏRKƏZDƏ YER AYRILACAQ”

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqayın APA-ya müsahibəsi.

- Cənab səfir, Azərbaycan ATƏT-ə üzvlüyünün 20 illiyini qeyd edir. Azərbaycanla ATƏT arasında münasibətlərinin bugünkü səviyyəsini necə qiymətləndirirsiniz? Azərbaycan ATƏT-in üzvü olaraq hansı nailiyyətlər əldə edib və ATƏT-in qarşısındakı öhdəliklərini necə yerinə yetirir?

- Azərbaycanın ATƏT-ə tərəfdaş olmasından bu yana 20 il ötür və deyə bilərəm ki, bu müddətdə Azərbaycan önəmli məsafələr qət edib. Təbii ki, ATƏT-ə üzv olarkən imzalanmış sənədlər çərçivəsində bəzi öhdəliklər də mövcuddur. Bunların başında söz azadlığı, toplaşma azadlığı, birləşmə azadlığı kimi demokratiyanın təməlləri, insan haqlarını əhatə edən məsələlər var. Qeyd etdiyim kimi, ötən dövrdə istənilən nöqtəyə gəlindi və nailiyyətlər əldə olundu. Amma Azərbaycanın bir dövlət olaraq önündə daha yeni məsafələr var. Bu o demək deyil ki, Azərbaycan bu məsələdə yavaş və istəksiz davrandı. Təbii ki, hər kəs Azərbaycanın inkişafı üçün əlindən gələni edir. Bunu düşünmək lazımdır ki, 70 il bir rejimdə yaşamış xalqı bir gecədə dəyişmək mümkün deyil. Düşüncə sisteminin dəyişməsi lazımdır. Bu proses Qərb ölkələrində 200 il ərzində və böyük çətinliklərlə formalaşıb. Bütün bunları nəzərə aldıqda Azərbaycanın qət etdiyi məsafə çox böyükdür deyə bilərik. Bundan sonra da inkişaf davam edəcək. Sual oluna bilər, Azərbaycan bunu ATƏT-in iştirakı olmadan həyata keçirə bilərmi? Əlbəttə ki, bilər. ATƏT sadəcə, bu sahədə köməklik edir və Azərbaycanın bu yolunun qısaldılmasına yardım göstərir. Gördüyümüz kimi, iqtisadi sahədə də Azərbaycan böyük məsafələr qət edib. Bəlkə də bu gün demokratikləşmə, hüququn aliliyi sahələrində inkişaf yetərincə deyil. Lakin bunu düşündükdə 20 il, 70 il öncəni də düşünmək lazımdır.

- ATƏT-in Bakı ofisi Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirir. Bu il üçün müvafiq layihələr hansı sahələri əhatə edir?

- ATƏT-in dəstəyi ilə Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun, “Milli Preventiv Mexanizmin yaradılması haqqında” qanun qəbul edilib. Biz ATƏT-in Bakı ofisi olaraq Qərb ölkələrinin təcrübəsini gətirdik, mütəxəssislər dəvət etdik və layihələrin reallaşdırılmasına dəstək olduq. Biz şübhəli şəxslərin, ittiham olunanların hüquq və azadlıqları ilə bağlı qanun layihəsinə də dəstək göstərdik. Həmçinin “Cəmiyyət dəstəkli polis” layihəsini reallaşdırdıq. Ümumilikdə hər il 80-90 layihə həyata keçiririk.

- 2012-ci ildə ATƏT-in Bakı ofis əsasən siyasi kampaniyaların təşkili və kütləvi tədbirlərin idarə edilməsi ilə bağlı polis üçün təlimlər keçirib. Demək olarmı ki, hazırda bu sahə ATƏT-in Azərbaycanda fəaliyyəti çərçivəsində prioritet sahədir?

- Qeyd etdiyiniz sahədə çox yaxşı nailiyyətlər əldə edildi. Son 10 illikdə dünyanın müxtəlif ölkələrində bu sahədə çalışmalar həyata keçirilir, artıq dünyada avtoritar polis dönəmi başa çatmaqdadır. Cəmiyyətlə polis əlaqələrinin gücləndirilməsinə nə qədər nail olsaq, o qədər çox nailiyyətlər əldə edilmiş oluruq. Bizim həyata keçirdiyimiz layihədə bir komponent də polis qüvvələrində qadın heyətin sayının artırılmasıdır. Düşünürük ki, bu da polisə əlavə imkanlar təmin edəcək. Çünki qadın məmurlar qadın və uşaqlarla daha yaxşı davranır və özəlliklə uşaqların doğru yola yönləndirilməsi, uşaqların narkotik vasitələrə cəlb olunmasının əngəllənməsində mühüm rola malikdirlər. Bundan başqa, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi vasitəsilə Azərbaycanda həm yerli, həm də əsas seçkiləri müşahidə edir, öz tövsiyələrimizi hökumətlə paylaşırıq. Eyni qaydada məhkəmələrdə monitorinqlər aparırıq. Həbsxanaları ziyarət edir və oradakı şəraitlə tanış oluruq. Monitorinqlər zamanı müşahidə olunmuş problemləri, çatışmazlıqları müvafiq nazirliklərlə müzakirə edirik. Məqsədimiz bundan istifadə edərək hökuməti sıxışdırmaq deyil, öz təsbitlərimizi müvafiq qurumlarla paylaşıb, problemlərin aradan qaldırılması üçün nələr edə biləcəyimizi müəyyənləşdirmək və bunlara görə çalışmaqdır. Bu yolla Azərbaycana daha çox yardımçı olmağa çalışırıq. Bizim ictimai tədbirlərdə polisin davranışı ilə bağlı layihəmiz var. Bəlli olduğu kimi, insanlar bir yerə toplaşarkən xoşagəlməz hallar ola bilər. Bu da provokasiya ehtimalı da olduğu zaman zərər verə bilir. Bu baxımdan da layihə çərçivəsində polisə nümayişlərdə, xüsusilə də müxalifətin təşkil etdiyi nümayişlərdə davranış qaydaları aşılanır. Layihə çərçivəsində inkişaf etmiş ölkələrdən dəvət etdiyimiz mütəxəssislər bir qrup polisə bu mövzuda treninqlər keçir. Öz növbəsində, təlimlərdə iştirak etmiş polis heyəti də digərlərinə. Hazırda bizim dəvət etdiyimiz alman polis zabitləri Azərbaycandadır. Biz bu layihə çərçivəsində indiyədək Azərbaycandakı mövcud 25 minə yaxın polisin 8 mindən çoxuna təlimlər keçmişik.

- Bu təlimlərin effekti oldumu?

- Əlbəttə oldu. Keçirilən son nümayişlərdə biz bunu bir daha müşahidə etdik. Məsələn, son aksiyalarda bir hadisə baş vermədi. Nümayişçilər də, polis də qaydalara uyğun davrandılar. Ümumilikdə treninqlər nəticələrini verir.

- Müvəqqəti saxlama yerlərində keçirilən monitorinqlərin nəticələri barədə nə deyə bilərsiniz?

- Onu deyim ki, müvəqqəti saxlama yerlərində vəziyyət əvvəlki illərlə müqayisədə yaxşılaşıb. Bu yaxınlarda Mingəçevir və Şəkiyə səfər edərək vəziyyətlə tanış oldum. Bəzi yerlərdə binaların fiziki cəhətdən çox köhnə olması da vəziyyətə təsir göstərir. Amma hökumət öz üzərinə düşən işləri görür, şəraiti yaxşılaşdırır. Müşahidələr göstərir ki, müvəqqəti saxlama yerlərində saxlanılanların vəkillə əlaqə saxlamalarında müəyyən sıxıntılar olur. Bunda da polis günahkar deyil. Ona görə ki, ölkədə vəkil azdır. 190 min nəfər əhalisi olan Şəkidə 2, Gəncədə 3, Mingəçevirdə 3, Sumqayıtda 27 vəkil var. Ölkədə hakimlərin sayı 633 nəfərdir. Bu, hökumətin qəbahəti deyil. Hökumət keçmiş rejimdən alınmış mirası düzəltməyə çalışır. Bizə verilən məlumatlara görə, regionlarda yeni məhkəmə binaları, cəza evləri açılır. Həbsxanalardakı vəziyyət bizim ekspertlərin bildirdiyinə görə, Avropadakı orta şərtlərin üzərindədir. Yeni tikintilərdə şərait daha yüksəkdir. Amma sovetlərdən qalma cəza evlərində şərait istənilən səviyyədə deyil. Burada yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, məsələ tək yeni bina tikmək deyil, orada qanunları təmin edənlərdir. Yəni həbsxana nəzarətçilərinin qanunvericiliyə riayət etməsidir. Keçirilmiş treninqlər nəticəsində bu sahədə çalışanların davranışı da xeyli yaxşılaşıb, ciddi inkişaflar var.

- Bəs işgəncə faktları necə, varmı?

- Azərbaycanda işgəncələr siyasi baxımdan yasaqlanıb və bununla bağlı mövqe ortaya qoyulub. Amma praktikada hər bir ölkədə olduğu kimi, burada da belə hallara rast gəlinir. Bu da əsasən saxlanılan şəxsin hadisə yerindən saxlama mərkəzinə, bir yerdən başqa yerə aparıldığı məqamlarda olur. Yəni insan müqavimət göstərir, əmrə tabe olmur və bu zaman belə hadisələr baş verir. Bu utanılacaq bir şey deyil. Bütün ölkələrdə var. Sadəcə, bu kimi halları ortaya çıxarıb aradan qaldırmaq lazımdır. Mən təbii ki, hökumətin vəkili deyiləm. Olanları demək lazımdır. Xoşagəlməz halları da aradan qaldırmaq lazımdır və bu işlərdə hökumətə kömək oluruq.

Azərbaycanın diqqətə alınacaq özəlliklərindən biri də ərazi bütövlüyünün pozulması və təhlükəsizlik problemidir. Son 150 ildə Azərbaycan dünyanın əsas neft mərkəzlərindən biridir. İndi də neft və qaz kəmərləri keçir. Ona görə də hər kəsin gözü buradadır. Bütün bunlar da təhlükəsizliklə bağlı əndişələr yaradır. Onları da diqqətə almaq lazımdır.

- Siz ATƏT-in Bakı ofisinin Azərbaycanın hakim və müxalifət partiyalarının iştirakı ilə təşkil etməyi nəzərdə tutduğu siyasi dialoqun keçirilməsinə ehtiyac qalmadığını, qanun layihəsində gözəl dəyişiklər və nümunələr olduğunu bəyan etdiniz. Fikrinizcə, “Siyasi partiyalar haqqında” qanun layihəsi ATƏT-in standartlarına tam uyğundur? Halbuki Venesiya Komissiyası “Siyasi partiyalar haqqında” qanununa dəyişikliklər layihəsində bir sıra qüsurlar olduğunu bildirib, partiya üzvlərinin minimal sayının 1000-dən 5000-ə qaldırılmasının, xarici vətəndaşların siyasi həyatda iştirakının qadağan edilməsinin yolverilməzliyini qeyd edib...

- “Siyasi partiyalar haqqında” qanuna son dəyişikliklərlə də bağlı onu deyə bilərəm ki, bu dəyişiklik demokratikləşmə baxımından irəli atılmış bir addımdır. Prinsip olaraq problemlər yoxdur. Daha yaxşı ola bilərdimi? Əlbəttə ola bilərdi. Bizim bu qanunla bağlı dəyərləndirməmiz müsbətdir. Burada mübahisə yaradan bir məsələ vardı - siyasi partiyanın yaradılması üçün tələb olunan imza sayı ilə bağlı. Onu da çıxarıblar. Onunla bağlı müxalifət partiyalarında narazılıqlar vardı. İndi bunun tətbiqinə baxmaq lazımdır. Ümumilikdə dəyişikliklər Venesiya Komissiyasının mövqeyinə əhəmiyyətli dərəcədə uyğundur. Vətəndaşlığı olmayanların siyasi həyata qatılması ilə bağlı bir-iki məsələ var ki, o da gələcəkdə siyasi ehtiyaclara uyğun düzənlənə bilər. Mənim şəxsi fikrimcə, bu, ölkənin təcili ehtiyacı deyil. Ola da bilər, olmaya da...

- Gələcəkdə müxalifət və iqtidar partiyaları arasında siyasi dialoqun keçirilməsi planlarınızda varmı?

- Biz müxalifət və iqtidar arasında dialoqun keçirilməsində əlimizdən gələni mümkün qədər edə bilərik. Bununla yanaşı, Azərbaycanın daxili siyasətinə qarışmaq istəmirik. Bizdən hər iki tərəfdən bir tələb olursa, hansısa addım ata, özümüz də bu məsələni təklif edə bilərik. Təbii ki tərəfləri zorla dialoqa gətirə bilmərik. Bizim indiyədək bununla bağlı təkliflərimiz olub.

- Müxalifətin kütləvi aksiyalarına münasibətiniz necədir? Aksiyaların keçirilməsi üçün hakimiyyət tərəfindən yaradılan şərait ATƏT-in Bakı ofisini qane edirmi? Ofisin əməkdaşlarının aksiyalarda müşahidələr aparmasında məqsəd nədir?

- Beş ildən bəri ilk dəfə rəsmi olaraq aksiyaların keçirilməsi üçün yer hər iki tərəf arasında razılaşdırıldı. İkincisi, aksiyalar problemsiz keçdi. İctimai aksiyalarda məqsəd fikirləri insanlara aşıqlamaqdır. Boş ərazinin ortasında 300-500 nəfər toplaşıb nə deyir desin, effekti olmayacaq. Nümayişlərdə məqsəd fikirlərini kütləyə çatdırmaqdır. Kimsə bunu bəyənər, ya bəyənməz, onun öz işidir. Düşünürəm ki, gələcəkdə aksiyaların keçirilməsi üçün gündəlik həyata təsir göstərməyəcək daha mərkəzi yerlərdə yer veriləcək. Yüksək səviyyəli hökumət rəsmiləri bununla bağlı fikirlərin olduğunu söyləyirlər. Hesab edirəm ki, şəhərin mərkəzində və bəzi yollarında tikinti işləri başa çatandan sonra bununla bağlı da müəyyən qərarlar qəbul ediləcək. Düşünürəm ki, nümayişçilərin öz fikirlərini daha geniş kütlələrə çatdırması üçün mərkəzdə yerlərin seçilməsi lazımdır. Əgər insanlar yıxıcı, etikadan kənar məsələlər istisna olunmaqla, toplaşmaq istəyirlərsə, buna izn vermək gərəkdir.

- Müxalifətdə belə bir fikir səslənir ki, ATƏT demokratikləşmə məsələsində hökumətə yetərincə təzyiq göstərmir. Siz bu fikri necə qarşılayırsınız?

- Bizim vəzifəmiz təzyiq göstərmək deyil. Düşünürəm ki, o zaman lazımi nəticəni də ala bilmərik. Biz müfəttiş deyilik. Vəzifə təlimatımız Azərbaycanın da daxil olduğu 56 ölkə tərəfindən qəbul olunub. Azərbaycan müstəqil ölkədir. Hansısa məsələdə iştirakımız, tövsiyələrimiz ola bilər. Narahatlıqlarımızı müvafiq məqamlarla paylaşır, həllinə çalışırıq. Biz də təzyiq göstərməyə çalışar və müdaxilə edəriksə, bir müxalifət partiyası və ya QHT kimi olarıq. Təzyiqin ölçüsü olmalıdır.

- Vətəndaş cəmiyyəti ilə bağlı qanunvericiliyi necə qiymətləndirirsiniz?

- Azərbaycanda vətəndaş cəmiyyəti çox sürətlə inkişaf edir. Ötən 20 il içində çox sayda QHT yaradılıb, onların böyük əksəriyyəti də fəaliyyət göstərir. Bir faktı deyim ki, 1988-ci ildə Türkiyə Avropa Gömrük Birliyinə girdikdə ölkədə Qızıl Aydan başqa vətəndaş cəmiyyəti yox idi. Ölkəyə yararlı vətəndaş cəmiyyəti lazımdır. Biz QHT-lərlə sıx əməkdaşlıq edir və yaxşı nəticələr alırıq. Təbii ki, vətəndaş cəmiyyətləri demokratikləşmədə vazkeçilməz elementdir. QHT-lər qurucu olmalı və yerli orqanlarla yaxşı münasibətlər qurmalıdırlar. O şəkildə inkişaf etməlidirlər.

- Azərbaycanda medianın durumu ilə bağlı müzakirələrin aparılması üçün ATƏT-in layihələri varmı?

- Medianın maliyyə problemi var. Bunun çözülməsi, medianın maliyyə asılılığının azaldılması çox vacib məsələdir. İkincisi isə araşdırmaçı jurnalistikanın inkişafı vacibdir. Bu mövzuda çalışmalar lazımdır. Mediada diffamasiyanın dekriminallaşdırılması da vacib aspektlərdən biridir. Düşünürəm ki, bu məsələ yaxınlarda gündəmə gələcək.

- “Eurovisionu” izləyəcəksiniz?

- Dəvət gəlmədi. Amma izləyəcəyəm. İstərdim ki, bu dəfə də qalib Azərbaycan olsun.

- Bəzi təşkilatlar tərəfindən xarici media orqanlarında “Eurovision”un Azərbaycanda keçirilməsinin boykot edilməsi ilə bağlı çağırışlar səslənir, kampaniyalar aparılır. ATƏT bu məsələyə necə baxır?

- Mənim qənaətimə görə, bu cür tədbirlər boykot olunmamalıdır. Əksinə, bundan istifadə edib, ölkənin dünyaya tanıdılması və demokratik dəyərlərə daha sürətlə inteqrasiya olunmasına çalışmaq lazımdır. Bu gün Azərbaycana diqqətin artması istər hökumətin, istərsə də vətəndaşların üzərinə müəyyən məsuliyyət qoyur. Boykot niyə edilməlidir, guya başqa ölkələrin problemləri yoxdur? Burada vahiməli vəziyyət yoxdur və boykot doğru nəticələr verməz. Heç keçmişdə də bu yarışmanın boykot edildiyini görmədim.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana ATƏT rəsmilərinin səfərləri nəzərdə tutulurmu?

- ATƏT rəhbərliyi hər dəfə dəyişdikdə üzv ölkələrə səfərlər olur. Hazırda təşkilata İrlandiya rəhbərlik edir və rəhbərlik növbəti il Ukraynaya keçəcək. İrlandiya xarici işlər nazirinin regiona ziyarətini gözləyirik. Səfər aprel ayının əvvəlinə planlaşdırılırdı. Lakin İrlandiyada daxili proseslərlə bağlı səfərin tarixinə dəyişiklik edildi və düşünürəm ki, önümüzdəki aylarda baş tutacaq. ATƏT-in baş katibi Lamberto Zanyerinin də bu vəzifədə bölgəyə səfəri gözlənilir. Səfərin tarixi önümüzdəki aylarda təyin ediləcək. ATƏT-dən olan rəsmi səfərlərdə Qarabağ məsələsi və bizim ofisimizin fəaliyyəti müzakirə olunur. Hər halda, hər iki rəsmi şəxsin görüşlərində əsas müzakirə mövzusu Qarabağ münaqişəsi olacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... - BU ARTIQ YEYİNTİ ŞÜBHƏSİDİR
Bu gün, 08:13
Real dünyanın KÖNTÖY GERÇƏYİ...
Bu gün, 07:58
Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... - NARAZILIQ VAR...
Bu gün, 07:51
"Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" - partiya sədri
Bu gün, 07:32
Adı yoxdur!.. - MALƏSƏF...
Bu gün, 07:21
"Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
Bu gün, 07:05
Xidmət haqqı tutulur, xidmət yoxdur! - ƏSL BAZARDIR!
Bu gün, 06:58
Gedişin ədəbi versiyası - Gec-tez o mina partlayacaq...
Bu gün, 06:51
Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... - SƏSİ HƏLƏ ÇOX ÇIXACAQ...
Bu gün, 06:47
"İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" - Nura Suri
Bu gün, 06:35
Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... - "O qədər mənasız və sarsaq fikirdir ki..."
Bu gün, 06:29
Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... - İNCƏ NÜANS
Bu gün, 06:25
Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? - ortada RƏSMİ İTTİHAM var...
Bu gün, 06:15
ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq - "Reuters"
Bu gün, 06:01
AQTA rəsmən BAHALAŞMAya səbəb olur - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:50
AHİK şefi ilə bağlı ŞOK İDDİA - BU NƏDİ BELƏ?
Bu gün, 05:46
Rusların SOCAR HƏMLƏSİ - NƏ ETMƏLİ?
Bu gün, 05:42
Fermerlərə problem yaşadan başçı... - TENDER KEÇİRİR
Bu gün, 05:37
"Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... ...bu, digər işlərimə problem yaradacaq"
Bu gün, 05:32
ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır - Tramp belə deyir...
Bu gün, 05:29
Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı - AKTUAL
Bu gün, 05:27
Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm - Tramp belə deyir...
Dünən, 17:35
LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? – Azərbaycan detalı
Dünən, 17:33
Restoran müdiri Niyama ev hədiyyə etdi - Saxta çıxdı
Dünən, 17:19
Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... - TƏFƏRRÜAT
Dünən, 17:11
Şuşadan qaçan Ohanyan: - "İntiqam vaxtı gələcək"
Dünən, 17:08
“Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” - NARAZILIQ VAR...
Dünən, 16:56
Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq - 5 kq-lıq qızıl qalmaqalı
Dünən, 16:48
Doğumla ölümün bərabərləşəcəyini deyən alim: - "Milli Məclisə bizi çağırsınlar, deyək"
Dünən, 16:46
Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu - TƏFƏRRÜAT
Dünən, 16:41
ATU 59 min manata nələr almağı planlaşdırır?
Dünən, 16:33
“Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını 2.4 milyon manat artırır
Dünən, 16:24
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - AY, NƏ GÖZƏL...
Dünən, 16:21
İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI – Tehranın “sancısı” nə?!
Dünən, 16:07
İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi - “Mənə qarşı qanunsuzluq edilib”
Dünən, 16:03
"Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" - Xalq artisti
Dünən, 15:45
Siyasi tamaşa: - Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Dünən, 15:36
Separatçılar özlərinə “spiker” axtarır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:35
Paşinyan Rusiyadan əliboş döndü: - Həlledici “döyüş” başlayır
Dünən, 15:28
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Dünən, 15:24
“Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 15:21
“Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Dünən, 15:16
Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü - DETALLAR
Dünən, 15:10
YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Dünən, 15:01
“Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Dünən, 14:59
İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Dünən, 14:55
Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Dünən, 14:51
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Dünən, 14:48
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Dünən, 14:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru