BAKIDA QADIN SEVGİLİSİNİ BIÇAQLADI
Tarix: 23-04-2012, 10:36 |
Çap et
ONLAR QEYRİ-RƏSMİ NİKAHDA OLUBLAR
Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı sevgilisini bıçaqlayıb.
Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, O.Əliyev küçəsi ev 30/6, mənzil 10-da kirayədə yaşayan Turanə Məmmədova mübahisə zəminində qeyri-rəsmi nikahda yaşadığı Rəşad Rəhimovu bıçaqlayıb.
Rəhimov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məmmədova şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.