UCARDA BƏLƏDİYYƏ BİNASI YANDI
Tarix: 19-04-2012, 12:00 |
Çap et
1 OTAQ TAMAM YANARAQ SIRADAN ÇIXIB
Ucarda bələdiyyə binası yanıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ucar rayonu, Çiyni kəndində (rayon mərkəzindən 20 km aralı) kənd bələdiyyəsinə məxsus ümumi sahəsi 154 kvadratmetr olan birmərtəbəli inzibati binanın 1 otağında yanğın olub.
Otaqda 2 kvadratmetr hissə əşyaları ilə birgə yanıb.
Faktla bağlı araşdırma aparılır. Yanğının səbəbi araşdırılır.