Trampın Ukrayna qərarına səbəb olan "gizli" amil .....                     Qadınlara qarşı ZORAKILIQ... .....                     Səhiyyəmizin AĞLAMALI HALI .....                     “Kontakt Home” BELƏ İFŞA OLUNDU .....                     Dilarənin əynində əyni... .....                     Qanunsuz mərc oyunlarına maraq niyə artıb? .....                     Dəmir Yollarında NARAZILIQ... .....                     Patriot.az saytı 15 yaşını qeyd edir .....                     "Eyvaz məni qoruyurdu, elə bilirdim ki, arxamda dağ var, ikimiz də xoşbəxt idik" .....                     Rusiya üçün sonun başlanğıcı: .....                     Bu gün paytaxtın 544 küçəsi yuyuldu .....                     Netanyahunun ən böyük kabusu Türkiyədir .....                     Maya Sandu iş adamı Vasili Tofanı baş nazir postuna namizəd göstərdi .....                     ''Arzum”un anası Bakıya gəldi .....                     Günay Novruzqızına yeni vəzifə verildi .....                     İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi .....                     Ən yüksək pillədə “Qarabağ”dır .....                     "Air Force One" qalmaqalı böyüyür: .....                     "Baykar"la əməkdaşlıq nələri dəyişəcək? .....                     Paşinyan sabiq deputatdan böhtan və təhqirlərə görə kompensasiya .....                     "80 yaşımda gedib kimin qapısını döyüm?" .....                     SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur .....                     Şağan sakinləri qanunsuzluğa etiraz edir .....                     "Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram" .....                     Bakı İsrailin qərarını necə dəyişdi? .....                     Bu evlərdə doğulanlar nənə-baba olublar: Amma hələ sənəd ala bilmirlər .....                     Sinqapur möcüzəsi illüziyası: qrafika elmə necə qalib gəldi? .....                     "Bilmirik nə məsələdir... hara, kimə şikayət edək?" .....                     İcra başçısı Vətən müharibəsi iştirakçısına VƏZİFƏ VERDİ .....                     Siranuşun erkən sevinci .....                     Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu .....                     Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? .....                     “Bu gülünc qadağanı kim aradan qaldıracaq?” .....                     ABŞ səfirliyi Uitkoff və Kuşnerin Moskva səfəri ilə bağlı məlumat verməyib .....                     Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ .....                     Qarabağda ETİRAZ: "N-DO", "El-Ta" və "Gold MMC" fəhlələrin pulunu vermir! .....                     Salyandakı müəmmalı TƏQDİMAT... .....                     Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı .....                     "Bahar Point" MMC fəaliyyətini dayandırdı: .....                     “Kristal”dan ev alanlar DÜŞÜNSÜN Kİ... .....                 

“HAKİMİYYƏT CƏMİYYƏTİ RADİKALLAŞDIRIR”
Tarix: 10-04-2012, 15:38 | Çap et
“HAKİMİYYƏT CƏMİYYƏTİ RADİKALLAŞDIRIR”

“İNSANLARIN EVLƏRİNDƏN ÇIXARILMASI QƏZƏBİ ARTIRIB”

Beynəlxalq təşkilatlar hər il Azərbaycanda insan hüquqlarının pozulması, rüşvət və korrupsiya faktlarının, siyasi məhbusların mövcudluğu, götürülən öhdəliklərin yerinə yetirilməməsi barədə hesabat yaysalar da, rəsmi Bakı bununla razılaşmır və vəziyyətin normal olduğunu bildirir. Amma ölkədə fəaliyyət göstərən QHT-lərin, insan hüquqlarının müdafəisi ilə məşğul olan qurumların məsələyə münasibəti də birmənalı deyil. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla söhbətimiz də bu və digər məsələlər barədədir.

- Leyla xanım, Azərbaycanda vətəndaş hüquq və azadlıqları ilə bağlı hazırkı durumu necə qiymətləndirirsiz?
- Bu sahədə vəziyyət olduqca ağırdır. Hətta elə şəkildə ki, ölkəmizin müstəqillik əldə etdiyi 20 il ərzində belə dəhşətli durum heç vaxt olmayıb. Mən bunu əminliklə deyirəm. Çünki hələ sovet dövründən insan hüquqlarının qorunması ilə məşğulam. Doğrudur, keçmiş SSRİ-də qanunçuluq o qədər yaxşı deyildi. Amma qanuna riayət vardı. Müstəqil Azərbaycanda isə qanunlar yaxşı olsa da, buna əməl olunmur. Ölkə vətəndaşları öz hüquqlarını müdafiə edə bilmirlər. 2012-ci ilin hazırkı vaxtına qədər bizim təşkilatın siyahısında 62 siyasi dustaq var. Bu da ötən ildəkindən 26 nəfər artıqdır. Xatırladım ki, sonuncu dəfə belə bir vəziyyət 2003-cü ildə olub. Təkcə bu ilin fevralında 20 nəfərdən artıq adam qanunsuz həbs edilib. Söz azadlığı ilə bağlı onu deyə bilərəm ki, 7 nəfər jurnalist istintaq altındadır. İki nəfərə isə məhkəmə qanunsuz hökm oxuyub.
Son zamanlar ən çox vətəndaşların mülkiyyət hüquqları pozulur. Təkcə Bakı şəhərində 60 mindən artıq vətəndaş öz evlərindən didərgin salınıb. Qarabağ müharibəsi başlayanda ermənilərin təcavüzü nəticəsində ev-eşiklərini itirmiş azərbaycanlıların onlara qarşı silahlı mübarizə imkanları var idi, özlərini müdafiə edirdilər. Amma evlərindən zorla, işgəncə ilə çıxarılan Azərbaycan vətəndaşları Bakı şəhər İcra Hakimiyyətinin, Dövlət Əmlak Komitəsinin qarşısına toplaşıb qanunsuzluqlara etiraz edəndə yenidən döyülür, söyülürlər, həbsə atılırlar. Yəni vətəndaşlar öz ölkələrində hakimiyyətin, sözün əsl mənasında rejimin zülmü altında yaşayırlar.

- Süni hicab qadağası, Sulutəpədə, NZS-də insanların evlərinin başına uçurulması, kasıb təbəqənin qazanc yerlərinin dağıdılması, vətəndaşların şərlənərək həbs olunması cəmiyyətdə narazılıqlar yaradır. Bu nədir, hakimiyyətin insanları inqilaba təhrik etməsimi?
- Bilirsiniz, Azərbaycan iqtidarı özünü bu xalqın nümayəndəsi kimi yox, ölkəni işğal edən rejim kimi aparmır. Məsələ bundadır ki, ermənilər azərbaycanlıların evlərini dağıdanda, təhqir edəndə, işgəncəyə məruz qoyanda onlara qarşı müqavimət göstərdikləri, vuruşduqları, müharibənin olmadığı sovet dönəmində özlərini müdafiə edə bildikləri halda, hazırkı şəraitdə insanların buna imkanları çatmır. Vətəndaşın gözünün qarşısında anası, həyat yoldaşı döyülür, təhqir olunur, evindən bayıra atılır, mənzili sökülür, lakin heç nə edə bilmir. Sulutəpə qəsəbəsində də eyni vəziyyətdir. Orda öz yurdlarından qovulan məcburi köçkünlər yaşayırlar. Onların ərazidə mənzil tikmələri üçün razılıq sənədi də var. Həmin vətəndaşları öz evlərindən indi də ermənilər deyil, başqa bir düşmən - hökumət nümayəndələri qovurlar. İndi mən görürəm ki, polislər bu ölkədə ağsaqqala, qadına, uşağa hörmət qoymurlar.
O ki qaldı insanların inqilaba təhrik edilməsi, bunun nə vaxtsa olub-olmayacağını deyə bilmərəm, amma hakimiyyət vətəndaşların hüquqlarını kobud şəkildə pozmaqla, evlərini başına uçurmaqla, məktəbləri, səhiyyə ocaqlarını bazara çevirməklə, rüşvət almaqla və bu kimi prosesləri kütləviləşdirməklə, cəmiyyəti məcburən radikallaşdırır. “Avrovision” müsabiqəsinin keçirilməsi üçün insanların öz evlərindən çıxarılması isə vətəndaşlarıın qəzəbini bir qədər də artırıb.

- Yeri gəlmişkən, “Avrovision” mahnı yarışmasının Azərbaycanda keçirilməsi ölkə vətəndaşlarının hüquqlarının müdafiəsinə, sosial problemlərin həllinə mənfi təsiri varmı?
- Təsiri həddən artıq çoxdur. Elə birincisi odur ki, vətəndaşların mülkiyyət hüquqları pozulur, evləri sökülür. İnsanlar belə özbaşınalıqların, qanun pozuntularının qurbanına çevrilir, stress keçirirlər. Bundan əlavə ilin əvvəlində pensiyaların məbləğinin artırılması nəzərdə tutulmuşdu, amma “Avrovison”un Azərbaycanda keçirilməsi bunu əngəllədi. Belə ki, bu və ya digər sahələrə ayrılmalı olan vəsaitlər həmin müsabiqənin keçirilməsinə yönəldildi. Mən şəxsən “Avrovison”un prodüserlərinə bir neçə məktub göndərmişəm. Və soruşmuşam ki, həmin müsabiqənin keçirilməsi üçün çoxsaylı Azərbaycan vətəndaşlarının evləri sökülüb, qanı tökülüb, həbsxanaya salınıb, bir sözlə taleyi qırılıb, belə olan halda həmin yerdə oxuyub oynamağı, çalıb çağırmağı özünüzə rəva biləcəksinizmi. Onlar mənə cavablarında siyasətdən kənar olduqlarını bildirdilər. Mən isə sonuncu məktubumda onlara xatırlatdım ki, vaxtilə Norveçin məşhur bəstəkarı Edvard Qriqi müqavilə əsasında dəvət edildiyi Fransa səfərindən, bu ölkədə konsert verməkdən imtina edib. Və deyib ki, Fransa hökuməti qanunsuz həbs olunan zabiti azadlığa buraxmayınca, həmin ölkəyə səfər etməyəcək. Bundan sonra Qriqə qarşı kampaniya başlasa da, o, öz sözündən dönmədi. İndi Norveç xalqı onunla fəxr edir. Yəni mən bunu prodüserlərə xatırlatmaqla onların insanlıqdan uzaq olduğunu bildirməyə çalışdım. Və mənim bu fikirlərim Avropa mətbuatında çap olundu.

- Leyla xanım, “Dini etiqad və vicdan azadlığı” Haqqında qanuna edilən əlavə və dəyişikliklərdə dini təbliğata görə cərimələr, həbslər nəzərdə tutulur. Yəni bu İslamdan çəkinməkdir, yoxsa..?
- Bilirsiniz, insanlar həmişə çətin anlarda üzünü Allaha tutur, nicat gözləyirlər. Amma heç kəs “səndən hərəkət, məndən bərəkət” kəlamını unutmamalıdır. Yəni mafioz hakimiyyətin, zorakı rejimin qarşısında aciz qalmamaq üçün ona qarşı mübarizə aparılmalı, hər kəs öz hüququnu müdafiə etməyi bacarmalıdır. Bu baxımdan hakimiyyətin zülmünə, daha doğrusu, bu zülmə dözdüyümüzə görə biz də günahkarıq. Ancaq bir məsələ var ki, iqtidar xalqın qəzəbinin artdığını və məscidə üz tutanların sayının sürətlə çoxaldığını görür. Ona görə də bundan narahat olur, inanclı insanlara qarşı vuruşur. Çünki hər bir təşkilat vətəndaşları birləşdirir. Daha çox insanın birləşə biləcəyi yer isə məscidlərdir. İslama qarşı hücumun səbəbi də budur...

- Bəs AİP sədri Mövsüm Səmədovun, ümumiyyətlə Azərbaycan İslam Partiyası (AİP) rəhbərlərinin, bundan əvvəl və sonra həbs olunan İslamçıların üzərinə qoyulan ittihamları necə qiymətləndirirsiz?
- Ötən il də xeyli İslamçı həbs olundu. O cümlədən AİP sədri M.Səmədov və bu qurumun digər rəhbərləri də. Bu il isə İran televiziyasının jurnalisti Anar Bayramlı həbs edilib. Onlar bizim tərtib etdiyimiz siyasi məhbus siyahısındadırlar. Çünki qoyulan ittihamlar - silahların aşkarlanması, narkotik maddələrin tapılması saxta idi. Bu adamların əməllərində cinayət tərkibi yoxdur. M.Səmədov və digər AİP rəhbərləri ötən ilin yanvarında dövlət başçısını tənqid etdiklərinə görə həbs olunublar.

- Ötən il beynəlxalq təşkilatlardan birinin, Azərbaycanda gənclərin 50 faizdən çoxunun narkotik istifadəçisi olduğu barədə hesabatı rəsmi Bakını qəzəbləndirdi. Amma son vaxtlar çox adam, əsasən də fəal dindarlar narkotik istifadəçisi kimi saxlanılaraq, həbs olunurlar. Təzadlı deyilmi?
- Kifayət qədər ziddiyyətli məqamlar var. Amma insanları şərləyərək həbs eləmək üçün narkotika variantı daha asandır. Ona görə də “xuliqandırlar”, “narkomandırlar”, “polisə müqavimət göstərirlər” və sair ittihamlara tez-tez rast gəlinir. Məsələn, insan hüquqlarının müdafiəsi ilə məşğul olan Oqtay Gülalıyev guya polisə müqavimət göstərdiyi üçün saxlanılıb. Mümkündür ki, bunun ardınca onu narkotik maddə gəzdirməkdə suçlasınlar.

- Beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti, Avropa Parlamenti insan haqlarının vəziyyətinə dair hesabatda Azərbaycan hakimiyyəti 10 ildir tənqid olunsa da heç nə dəyişmir. Ona görə də belə fikir formalaşır ki, adıçəkilən qurumlar tənqidlərdən təzyiq vasitəsi kimi istifadə edirlər. Bu fikirlə razılaşırsızmı?
- Qətiyyən razılaşmıram. Həftənin 4 gününü beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə keçirirəm. Onlar Azərbaycandakı vəziyyətdən həqiqətən narahatdırlar. Mən də həmin adamlara bildirirəm ki, Azərbaycan hakimiyyəti hesabatları, tələb və təklifləri qulaqardına vurur, öhdəlikləri yerinə yetirmir. Amma onlar da öz növbəsində “Siz nə düşünürsünüz, məgər biz Azərbaycana qoşun yeritməliyik ki, hökumət öhdəliklərə əməl etsin?” - deyə, sual verirlər. Yəni açıq şəkildə deyirlər ki, bundan ötrü ölkə vətəndaşları ayağa qalxmalı, hakimiyyət qarşısında tələb qoymalıdır və yalnız bu halda biz onlara dəstək göstərə bilərik.

- Leyla xanım, Azərbaycanda bir ildir başlayan korrupsiya qarşı mübarizəni yetərli hesab etmək olarmı? Ümumiyyətlə, bu istiqamətdəki reallıq nədən ibarətdir?
- Mən sizə bir faktı deyim. Problemlə bağlı ötən ilin fevral ayından iyun ayına qədər dövlət başçısı İlham Əliyevə, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Nazirlər Kabinetinə 8 məktub göndərmişdim. Məktubda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovun, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov və digərlərinin böyük korrupsiya mexanizmi yaratmalarından, öz hesablarına 900 milyon manat pul keçirmələrindən söhbət gedirdi. Amma indiyə qədər heç bir cavab almamışam. Bu isə korrupsiyaya qarşı mübarizənin kampaniya olduğunu, imitasiya xarakteri daşıdığını göstərir. Fakt isə odur ki, rüşvət və korrupsiya daha geniş şəkildə davam edir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Ukrayna qərarına səbəb olan "gizli" amil - "The Wall Street Journal"
Bu gün, 03:43
Qadınlara qarşı ZORAKILIQ... - NƏ ETMƏLİ?
Bu gün, 03:38
Səhiyyəmizin AĞLAMALI HALI - GİLEY
Bu gün, 03:35
“Kontakt Home” BELƏ İFŞA OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 03:30
Dilarənin əynində əyni... - FOTO
Bu gün, 02:56
Qanunsuz mərc oyunlarına maraq niyə artıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:51
Dəmir Yollarında NARAZILIQ... - Bilet qəhətə çəkilib...
Bu gün, 02:47
Patriot.az saytı 15 yaşını qeyd edir
Bu gün, 02:35
"Eyvaz məni qoruyurdu, elə bilirdim ki, arxamda dağ var, ikimiz də xoşbəxt idik"
Dünən, 17:50
Rusiya üçün sonun başlanğıcı: - Ukrayna Kremlin "savaş iqtisadiyyatı"nı dağıdır
Dünən, 17:45
Bu gün paytaxtın 544 küçəsi yuyuldu - FOTO
Dünən, 17:29
Netanyahunun ən böyük kabusu Türkiyədir - ŞƏRH
Dünən, 13:21
Maya Sandu iş adamı Vasili Tofanı baş nazir postuna namizəd göstərdi
Dünən, 13:17
''Arzum”un anası Bakıya gəldi - Mərhumun ailəsindən CAVAB
Dünən, 13:01
Günay Novruzqızına yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:56
İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi - KİV
Dünən, 12:53
Ən yüksək pillədə “Qarabağ”dır - SİYAHI
Dünən, 12:51
"Air Force One" qalmaqalı böyüyür: - Qətərin hədiyyə etdiyi təyyarə ABŞ-ı qarışdırdı
Dünən, 12:43
"Baykar"la əməkdaşlıq nələri dəyişəcək? - Hərbi ekspertdən mühüm açıqlamalar
Dünən, 12:33
Paşinyan sabiq deputatdan böhtan və təhqirlərə görə kompensasiya TƏLƏB EDİR
Dünən, 12:14
"80 yaşımda gedib kimin qapısını döyüm?" -"Yol əhvalatı"-nın Fəridi
Dünən, 11:49
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur - TƏFƏRRÜAT
Dünən, 11:46
Şağan sakinləri qanunsuzluğa etiraz edir - Problem həllini tapmır, Leyla Əliyevaya müraciət edildi...
Dünən, 11:37
"Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram"
Dünən, 11:30
Bakı İsrailin qərarını necə dəyişdi? – Türkiyə Hersoqa icazə verməmişdi, sonra…
Dünən, 11:22
Bu evlərdə doğulanlar nənə-baba olublar: Amma hələ sənəd ala bilmirlər - FAKT BUDUR...
Dünən, 11:20
Sinqapur möcüzəsi illüziyası: qrafika elmə necə qalib gəldi? - ARAŞDIRMA
Dünən, 11:16
"Bilmirik nə məsələdir... hara, kimə şikayət edək?" - NARAZILIQ VAR...
Dünən, 11:02
İcra başçısı Vətən müharibəsi iştirakçısına VƏZİFƏ VERDİ - ƏMR
Dünən, 10:48
Siranuşun erkən sevinci - Strasburq"Vardanyan işi"ni qəbul edəcəkmi?
Dünən, 10:43
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - TƏFƏRRÜAT
Dünən, 10:41
Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? - Kənd təsərrüfatı təyinatlı torpaqda fəaliyyət göstərən YDM ətrafında suallar
Dünən, 10:28
“Bu gülünc qadağanı kim aradan qaldıracaq?” – Sabir Rüstəmxanlı
Dünən, 10:19
ABŞ səfirliyi Uitkoff və Kuşnerin Moskva səfəri ilə bağlı məlumat verməyib - KİV
Dünən, 09:25
Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
Dünən, 09:19
Qarabağda ETİRAZ: "N-DO", "El-Ta" və "Gold MMC" fəhlələrin pulunu vermir! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 08:39
Salyandakı müəmmalı TƏQDİMAT... - SƏN DEMƏ...
Dünən, 08:26
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı - KİV
Dünən, 08:01
"Bahar Point" MMC fəaliyyətini dayandırdı: - Dövlətə vergi borcu qaldı
Dünən, 07:58
“Kristal”dan ev alanlar DÜŞÜNSÜN Kİ... - YANA BİLƏRLƏR...
Dünən, 07:57
S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir - Fidan
Dünən, 07:51
Tehrandan Bakı və Ankaraya xəbərdarlıq - Xameneinin dəfnində prezidentləri niyə gözləyiblər?
Dünən, 07:48
"Niyə hər dəfə, “qulağı kəsib sonra sayırsınız”?" - FAKT BUDUR!
Dünən, 07:38
"İnsan bəzən özünə belə tam zəmanət verə bilmir" - REPLİKA
Dünən, 07:32
Tramp Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqinə razılıq verdi - BUNDAN SONRA...
Dünən, 07:16
Elə görünürdü ki, başqalarının yalnız arzulaya biləcəyi hər şeyə sahibdir... - ANI
Dünən, 07:08
"Budur sahibkara DÖVLƏT DƏSTƏYİ?" - ETİRAZ
Dünən, 07:00
Sülh masasında ANKLAV söhbəti... - NƏ ETMƏLİ?
Dünən, 06:54
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi NİYƏ İŞLƏMİR? - Və ümumiyyətlə, İŞLƏYİRMİ?
Dünən, 06:48
Zəfər Qurbanovun SAĞ ƏLİ... - İLGİNC İDDİALAR
Dünən, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru