Zakir Fərəcov artıq gərginliyin qırmızı nöqtəsinə qədəm basıb - Abşeronun RİH başçısı kimə güvənirmiş…
Tarix: 15-04-2015, 10:36 |
Çap et
DİA.AZ: - «Abşeron rayon icra hakimiyyətinin başçısı postunda dəyişiklik qərarı olsa da, Zakir Fərəcovun himayədarları hələlik müqavimət göstərirlər. Əslində Zakir Fərəcov çox ciddi dairələrin hədəfindədir. «Sevil» Massivi ilə bağlı qalmaqal və digər bu kimi olaylar aşkar şəkildə onun vəzifəsindən alınmasına hesablanmışdı. Amma başçı son ana qədər qorundu. Lakin yeni bir dalğa istisna deyil».
Bu sözləri DİA.AZ-a «Zakir Fərəcovun toxunulmazlığı» ilə bağlı suallırımıza cavab verən hökumət içindəki mötəbər mənbə ifadə edib. Qaynaq iddia edir ki, Zakir Fərəcov konkret olaraq iqtidardaxili kürd qruplaşmasının «mühafizə çətiri» altındadır:
«Zakir Fərəcov yaxşı bilir ki, əgər bu ölkədə bir nazirin qolları kabinetindəcə qandallanırsa, onun da başına belə bir iş gələ bilər və bu aqibət hər an qaçılmazdır. Elə buna görə də bacardığı qədər müdafiə olunur. Lakin ona qarşı ciddi ittihamlar var və bu ittihamların sırasında n böyüyü Fərəcovun dövlət büdcəsindən ayrılan vəsaiti «kobudcasına» mənimsəməsidir».
Mənbə dia-az.life-a açıqlamasında bildirir ki, Zakir Fərəcov digər icra başçılarından fərqli olaraq mənimsədiyi büdcə vəsaitlərinin hesabatını doğru-dürüst ver də bilməməsilə diqqətə və hədəfə gəlib: «Təbii ki, o da «yuxarılarda» himayədarları ilə qazandıqlarını paylaşır. Amma indi situasiya kifayət qədər dəyişib. Fərəcovu himayədarları belə bu gərgin nöqtədə xilas edə bilməyəcəklər».
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.