"Artıq ikinci dəfədir ki.." .....                     Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... .....                     Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... .....                     Husilər İranın xahişinə "HƏ" dedilər .....                     "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." .....                     Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... .....                     Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq .....                     Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR .....                     Feyziyevin aşıb-daşan sərvəti... .....                     Bölmək... bölünmək o qədər asandır ki... .....                     "Qarabağ" son nöqtəni də gözəl qoydu... .....                     “İmişli”nin loqosu plagiatdır? .....                     6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? .....                     Başçı Şabranı zibilxanaya çevirib .....                     ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? .....                     Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir .....                     Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! .....                     Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR .....                     İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... .....                     Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib .....                     "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR .....                     Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi .....                     Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir .....                     “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb .....                     Çarukyanın nələri varmış?! .....                     Asiya İnkişaf Bankına yeni vitse-prezident .....                     “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” .....                     Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? .....                     Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? .....                     Qaqauzlar Türkiyədən dəstək istədi: .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb .....                     AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır .....                     Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi .....                     "Villa Inn" otelində sevgilisini döydü .....                     “İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” .....                     İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb .....                     “ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? .....                     “Rosatom”u Argentinadan qovdular .....                     Zəngəzur dəhlizində işlərin başlanacağı .....                     Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib .....                 

KTN-nin inkişafı üçün MƏCNUN OLUB ÇÖLLƏRƏ DÜŞMƏK LAZIM DEYİL... - Problemi bil və TƏDBİR GÖR... YETƏR...
Tarix: 2-12-2023, 11:34 | Çap et
KTN-nin inkişafı üçün MƏCNUN OLUB ÇÖLLƏRƏ DÜŞMƏK LAZIM DEYİL...
Dünya Bankı "Azərbaycanın iqliminə və inkişafına dair Hesabat"ını yayımlayıb. Hesabatda ölkə iqtisadiyyatının mövcud durumunun ölkənin iqlim hədəflərinə təsiri də dəyərləndirilib. Dünya Bankının hesabatında bildirilir ki, indi Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) üçdə biri, ixracınsa 90 faizi enerji sektorundan asılıdır. Qurumun hesablamalarına görə, Azərbaycanın mövcud neft ehtiyatları qarşıdakı 25 ildə ölkənin tələbatının ödənilməsinə yetəcək. Dünya Bankının qənaətincə, belə ortamda kompleks və effektiv dekarbonizasiya səyləri ilə iqtisadiyyatı şaxələndirməyə, yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə ehtiyac var. Təbii qaz ehtiyatları ilə bağlı isə bildirilir ki, ölkədə ixrac üçün mövcud təbii qaz ehtiyatlarının 2060-cı ilədək 35 faizədək artacağı proqnozlaşdırılır.

Hazırda Azərbaycanın ciddi iqlim riskləri ilə üz-üzə olmasına da hesabatda xüsusi diqqət yetirilir. Hesabatda bildirilir ki, ölkənin, demək olar, bütün ərazisi həm quraqlığa, həm də su qıtlığına məruz qalır. Ekstremal hava şəraiti üzündən quraqlığın tezlik və sıxlığının artacağı gözlənilir. Eyni zamanda, ölkənin təbii sərvətləri torpağın deqradasiyası, səhralaşma və ifrat otarılma nəticəsində zədələnir və bu, kənd təsərrüfatına mənfi təsir göstərir. Onu da unutmaq olmaz ki, neft-qaz hasilatı da torpağın aşındırıb və su ehtiyatlarını çirkləndirib.

Azərbaycan dekarbonizasiya hədəflərinə çata bilməyəcək
Dünya Bankının hesabatında bildirilir ki, Azərbaycan iqlim dəyişikliyi üzrə Paris Sazişini imzalasa da, hələ də ölkə üzrə emissiyaların xalis sıfır səviyyəsinə çatdırılmasına dair hər hansı öhdəlik götürməyib. Bununla belə, ölkə 2030-cu ilədək istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 35 faiz, 2050-ci ilədəksə 40 faiz azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib. Dekarbonizasiya üzrə öhdəliklərini gücləndirsə də, Azərbaycan hələ də öz milli hədəflərinə çatmaq yoluna qədəm qoymayıb.

Dünya Bankının hesablamaları göstərir ki, Azərbaycan 2035 və 2050-ci illərədək hədəflədiyi göstəricilərə çata bilməyəcək. Sənəddə bildirilir ki, Azərbaycan 1990-cı illə müqayisədə istixana qazının zəhərli tullantılarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağa dair proqnozdan geridə qalır. Belə ki, 1990-cı illə müqayisədə enerji ilə əlaqədar və sənaye proseslərindən yaranan zəhərli tullantılar 2030-cu ilədək yalnız 28 faiz, 2050-ci ildə isə 30 faiz daha az olacaq.

Azərbaycanın dekarbonizasiya hədəflərinə çata bilməməsinin əsas səbəblərindən biri milli iqtisadiyyatın strukturudur. Dekarbonizasiya kursunu müəyyənləşdirib gerçəkləşdirməkdən ötrü iqtisadi şaxələnmə və daha çevik özəl sektor tələb olunur. Azərbaycanda isə bu sahədə ciddi çağırışlar var və uzun illərdir önəmli dəyişikliklər qeydə alınmayıb. Nəzərə almaq lazımdır ki, energetika və su təchizatı da daxil, yaşıl keçidə mütləq gərəkli sektorlarda dövlət müəssisələri daha çoxdur və ölkədəki işçi qüvvəsinin yarısı onlarda çalışır.

Kənd təsərrüfatı ilə bağlı çətinliklər
Dünya Bankının hesabatında Azərbaycanda kənd təsərrüfatı ilə bağlı çətinliklərə də diqqət çəkilir. Sənəddə bildirilir ki, Azərbaycandakı fermerlər hələ də ənənəvi əkinçilik təcrübəsindən yararlanır, torpağın sağlamlığının artırılmasının faydaları barədə bilgili deyillər. Bu sahədəki məlumatlılığın azlığı daha yüksək məhsuldarlıq potensialını özündə birləşdirən yeni bitkilərin tətbiqini məhdudlaşdırır.

Qurumun Azərbaycanda kənd təsərrüfatı ilə bağlı diqqət çəkdiyi daha bir məqam su çatışmazlığı və çağdaş suvarma sistemlərinin məhdudluğudur. Dünya Bankı analitiklərinin fikrincə, məhsuldarlığı artırmaq və iqlim dəyişmələrinə qarşı dayanıqlılıq yaratmaq üçün kiçik və orta fermerlərin bacarıqları gəlişdirilməlidir və bu baxımdan onların ayrıca dəstəyə ehtiyacı var. Fermerlərə dəstəklə yanaşı, çatışmazlıqları aradan qaldırmaqdan ötrü mütləq kadr və maliyyə resursları da olmalıdır. İndi dövlət bu potensialı gücləndirmək üçün iş görmədiyindən özəl sektordakı müxtəlif subyektlər belə çatışmazlıqları müvəqqəti tədbirlərə əl atmaqla aşmaq məcburiyyətində qalır. Daha iri aqrobiznes müəssisələrinin bəziləri öz heyətlərindən və təchizatçı fermerlərdən ötrü təlim keçəcək beynəlxalq mütəxəssislər gətirir. Bostançılığın inkişafına dəstək məqsədilə yaradılmış bir sıra ticarət birliyi də eyni işi görür. Ancaq belə təşəbbüslərin əhatə dairəsi yetərsiz olduğundan yeni yaradılmış birliklərin həmin sektorları dəstəkləməyə təcrübə və resursları yoxdur.

Dünya Bankının hesablamasına görə, hökumət effektiv cavab tədbirləri görə bilməsə, yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığı 2060-cı ilədək, orta hesabla, 14-20 faiz azalacaq. Yüksək dəyərli bitkilərdə daha çox azalma gözə çarpacaq. Hesabatda vurğulanıb ki, hazırda Azərbaycanda suvarılan bitkilər də su çatızmazlığı riski ilə üz-üzədir. Bu problem cənub rayonlarında bəzi bitkilərin 60 faizindən çoxunun, Şərqi Aşağı Kür hövzəsində isə 20 faizdən çoxunun itirilməsi ilə nəticələnəcək. Onu da nəzərə almaq lazımdır ki, bütün bu proseslər əkinçiliklə yanaşı, heyvandarlığı da mənfi təsir göstərəcək. Hesabatda ayrıca vurğulanıb ki, torpağın nəmişliyinin azalması, səhralaşma, otlaqların normadan artıq istismarı otlaq sahələrinin keyfiyyətini aşağı salacaq. Bitki örtüyündən qaynaqlanan problemlər də mal-qaranın sağlamlığına birbaşa təsir edəcək.

Mənbə: AzadlıqRadiosu В©
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07
Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56
Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
"Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42
“İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29
Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25
ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19
Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir - ŞƏRH
Bu gün, 06:15
Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! - AKTUAL
Bu gün, 06:13
Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR - ÇÜNKİ...
Bu gün, 06:11
İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... - Knesset Netanyahu kimi CIRTQOZ DEYİL
Bu gün, 06:08
Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib – Kimin planıdır?
Bu gün, 06:03
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR - FOTOFAKT
Bu gün, 06:02
Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02
Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58
“Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56
Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42
Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37
“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31
Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23
Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Dünən, 17:19
Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Dünən, 17:08
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Dünən, 17:04
AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Dünən, 17:03
Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Dünən, 17:01
"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Dünən, 17:01
“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Dünən, 16:49
İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Dünən, 16:45
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Dünən, 16:29
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Dünən, 16:22
Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Dünən, 16:15
Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Dünən, 16:09
Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:04
Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Dünən, 15:59
Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Dünən, 15:47
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Dünən, 15:46
"3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Dünən, 15:28
Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı – 22 min manat "LUKOIL"a xərcləndi
Dünən, 15:23
Həbsdə olan jurnalistin səhhəti pisləşdi - AÇIQLAMA
Dünən, 15:16
Şirkətlər bu bankdan niyə qaçır? - 260 milyonu geri çəkdilər
Dünən, 15:05
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi - “Hraparak”
Dünən, 14:58
NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? - ŞƏRH
Dünən, 14:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru