“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                     Prezident Los-Ancelesə yeni baş konsul təyin edib .....                     Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu .....                 

Vasif Talıbovun yuxusunu qaçıran TƏHLÜKƏ... - Naxçıvanda peşə məktəbi akademiyanı niyə üstələyir?
Tarix: 9-12-2021, 10:49 | Çap et
Vasif Talıbovun yuxusunu qaçıran TƏHLÜKƏ...
Son bir ildə Naxçıvan MR DİN-dən yüksək ixtisaslı 36 polis əməkdaşı işdən çıxarılıb. Onların hamısı birmənalı olaraq Azərbaycan Respublikası Polis Akademiyasının məzunları olub. Yerlərinə isə Naxçıvan MR Orta İxtisas Polis Məktəbinin məzunları gətirilib.

Ovqat.com-a bu barədə məlumat Naxçıvan MR DİN-dəki adının açıqlanmasını istəməyən mənbələrdən verilib.

Mənbəmizin bildirdiyinə görə, Muxtar Respublikanın polis orqanlarından aparılan bu təmizlənmə nəticəsində 30 civarında yüksək ixtisaslı əməkdaşın daha aşağı səviyyəli kadrlarla əvəz olunması təsadüfi deyil. Başlıca səbəblərdən biri Naxçıvanda IQ-sü aşağı olan kadrlara üstünlük verilməsidir ki, Muxtar Respublika rəhbərliyinin istənilən qeyri-qanuni əmrlərini düşünmədən yerinə yetirsinlər. Başqa sözlə, Naxçıvan MR DİN-ə polis yox, “şilləvuran” və gördüyü hər hadisədən pul çıxarmağı bacaran “xüsusi qabiliyyətli” kadrlar lazımdır.

Digər səbəb isə Naxçıvanda fəaliyyət göstərən Orta İxtisas Polis Məktəbindən məzun olan kursantları işlə təminatı ilə əlaqədardır. Bildirildiyinə görə, hər il bu məktəbdən 30 polis məzun olur. “Peşəkar bacarıqlarına” görə onların Naxçıvandan başqa heç yerdə çalışmaq ehtimalı olmadığından, Muxtar Respublika rəhbərliyi Orta İxtisas Polis Məktəbinin nüfuzunu qorumaq üçün bəzi vacib addımlar atmalıdır. Bunun ən qısa yolu həmin məktəbin məzunları üçün yol açmaq, iş yerləri yaratmaqdır. Təsadüfi deyil ki, son bir ildə işdən çıxarılan Azərbaycan Polis Akademiyasını bitirən kadrların sayı Naxçıvan MR DİN-nin Orta İxtisas Polis Məktəbinin illik məzunlarının sayına bərabərdir. Həmsöhbətlərimizin fikrincə, bu kadr dəyişikliyi hər il eyni səviyyədə təkrarlana bilər. Yəni önümüzdəki illərdə də biz Naxçıvan MR DİN-dən 30 civarında yüksək istisaslı kadrların işdən uzaqlaşdırılması ilə qarşılaşa bilərik.

Naxçıvanda Polis Akademiyasının məzunlarına Bakının casusu kimi baxırlar

Üçüncü səbəb də var. Sən demə, Naxçıvan MR-da Azərbaycan Polis Akademiyasından məzun olub bölgəyə göndərilən polislərə Bakı tərəfindən “verbovka” olunmuş “casus” baxırlar. Əslində bunun da “haqlı” səbəbləri varmış. Yazımızı oxumağa davam etdikcə həmin səbəbin əsl mahiyyətini anlayacaqsınız. Hələlik isə gəlin, Naxçıvan MR DİN-nin göz bəbəyi olan Orta İxtisas Polis Məktəbi ilə daha yaxından tanış olaq.


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli 107-V FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin bazasında yaradılıb. Xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsidir. Məktəbin fəaliyyətinin əsas istiqaməti daxili işlər orqanları üçün orta ixtisas təhsilli kiçik zabitlər hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdir. Məktəb Naxçıvan şəhərində yerləşir. Məktəbin rəhbərliyi məktəbin rəisi və müavinindən ibarətdir. Məktəbin fəaliyyətinə ümumi rəhbərliyi isə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, bilavasitə rəhbərliyi məktəbin rəisi həyata keçirir. Məktəbə Daxili İşlər orqanlarında azı 1 il xidmət stajına malik, 30 yaşa qədər, sıravi və kiçik rəis heyəti əməkdaşları, habelə ümumi təhsil müəssisələrini bitirmiş, hərbi xidmət keçmiş 30 yaşa qədər, tam orta təhsilli şəxslər qəbul oluna bilərlər.

Məktəbdə təhsil 2 ildir. Məktəbin yenidən təşkili və ləğvi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilir.

Naxçıvan MR üçün müftə reklam silsiləsindən

Savadı olmadığı halda hüquqşünaslıq diplomuna yiyələnmək istəyən gənclərin nəzərinə:

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi sizə heç harda tapa bilməyəcəyiniz bu imkanı təklif edir.

Məktəb iki illikdir. Naxçıvanda bu məktəbin diplomu daşdan keçir. Hətta Azərbaycan Polis Akademiyasını bitirənləri qovub yerinə Vasif Talıbovun xeyir-duası ilə ərsəyə gətirilmiş Orta İxtisas Polis Məktəbinin məzunlarını götürürlər.

Məktəbin digər xüsusiyyətləri barədə

Məktəbə ilk kursant qəbulu 2019-cu ildə həyata keçirildi.

Məktəbə qəbul imtahanları DİM xətti ilə 5-ci qrup üzrə aparılır.

Məktəbin keçid balı 2019-cu ildə 54 bal, 2020-ci ildə isə 62 bal olmuşdur. Gəlin, bu göstəricini Azərbaycan Respublikasının Polis Akademiyası ilə müqayisə edək. Polis Akademiyasına keçid balı 2019-cu ildə 552 bal, 2020-ci ildə 580 bal olmuşdur. Aradakı fərq açıq-aydın göz qabağındadır.

Orta İxtisas Polis Məktəbi hansı zərurətdən yaradılıb?

Məlumata görə, Naxçıvan Muxtar Respublikasının hazırda gedər-gəlməz məzuniyyətinə göndərilən naziri Fazil Ələkbərov və Nazirliyin Qərargah rəisi polis Polkovniki Rəşad Seyidov 2018-ci ildə Azərbaycanın Polis Akademiyasına səfər etmiş və ordakı vəziyyəti öyrənib Naxçıvanın Polis Məktəbində tətbiq etmək istəmişdilər. Lakin onlar Bakıda əsl sürprizlə qarşılaşırlar. Belə ki, Polis Akademiyasının rəis müavini, professor Mahir Əhmədov Fazil Ələkbərova bildirir ki, təhsil sizin boyunuzun ölçüsü deyil. Polis Akademiyası varkən, ikinci təhsil ocağına ehtiyac yoxdur, siz gedin Naxçıvana göndərdiyimiz məzunlarımız üçün orada iş şəraiti yaradın. Bizim məzunlar sizin üçün bəs edər. Bundan əsəbləşən F.Ələkbərov hay-qışqırıq salaraq oranı tərk edir. Suyu süzülə-süzələ, əli ətəyindən uzun Naxçıvana qayıdır. Qudası Vasif Talıbova Polis Akademiyasından aldığı cavabı məruzə edir, Cənab Sədr isə bundan nəticə çıxarmaq əvəzinə qərar verir: Bakının razılığı olmadan Naxçıvanda polis texnikumu yaradılsın və akademiyada oxuyub məzun olanlar orda dərs keçsin.

Sual oluna bilər: Cənab sədri buna vadar edən nə idi?

Çox adi bir səbəb: bilirsiniz ki, Naxçıvanda 3 mühüm güc strukturu var. Bunlardan biri Ordu və sərhəd qoşunları, digəri DTX, bir başqası isə DİN. İstənilən yerdə hakimiyyət güc strukturlarına nə qədər sahib olmaq imkanı ilə bağlı olduğundan, Naxçıvan rəhbərliyi də bu qurumların yüyənini tamamilə öz əlində cəmləşdirmək istəyir.

"Cənab Sədr"in yuxularını qaçıran təhlükə

Amma Naxçıvan “xan”ının qarşısında bu məsələdə ciddi problemlər də yox deyil. Zira Ordu istər-istəməz Bakıya tabedir və onu “ram etmək” o qədər də asan deyil. Baxmayaraq ki, son zamanlar Vasif Talıbovun Əlahiddə Ordu komandiri Kərəm Mustafayevi də öz tərəfinə keçirdiyi bildirilir. Təsadüfi deyil ki, bir neçə ay bundan əvvəl Azərbaycan Ordusu Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıqovun yerinə Kərəm Mustafayevin gətirilməsi barədə xəbərlər yayılmışdı. İddialara görə, Azərbaycan rəhbərliyi Kərəm Mustafayevlə Naxçıvan xanının şübhəli ittifaqından xəbər tutub, son anda bu təyinatdan vaz keçib. Bununla belə, Azərbaycan qanunvericiliyə görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı prezident olduğu üçün xanın bu təşəbbüsü o qədər də uğurlu alına bilməz. Ən azı o səbəbdən ki, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu komandanını işdən çıxarmaq və təyin etmək Prezidentin ixtiyarındadır.


Digər güc strukturlarına isə təyinatlar Naxçıvan Ali Məclisinin sədri tərəfindən edilir. Odur ki, DİN-ə və DTX-ya rəhbərlik Vasif Talıbovun ixtiyarındadır. Di gəl ki, 2017-ci ildə Naxçıvan DİN-nə təyinat Bakıdan edilmişdi. Rafiq Abbasov adlı bir şəxs Prezident tərəfindən Naxçıvan DİN-nə nazir təyin olunmuşdu. Hətta 2 gün də bu vəzifəsində qalmışdı. 4 ildir ki, Vasif Talıbovun yuxusunu ərşə çəkən də məhz bu ikigünlük təyinat olmuşdu. Azərbaycanın Naxçıvandakı ikinci güc strukturunu da özünə tabe etdirmək istəməsi Vasif Talıbovda belə təəssürat yaratmışdı ki, onu tutduğu vəzifədən uzaqlaşdırmaq planı dövriyyəyə girib. Prezidentin bu fərmanına ciddi şəkildə etiraz edən Vasif Talıbov məlum fərmanı geri oxutdura bildi. “Polis texnikumu” yaratmaq ideyası da bu hadisədən sonra doğdu. Məqsəd perspektiv təhlükəni də aradan qaldırmaqdı. Bunun üçün isə Naxçıvanın öz polisini yetişdirməsi və Azərbaycana tabelikdən uzaqlaşdırması tələb olunurdu. Ona görə də Naxçıvan “xanlığı” Azərbaycan Polis Akademiyasını bitirib Naxçıvana göndərilən polislərə muxtar hakimiyyəti ələ keçirmək üçün hazırlanmış casus kimi baxır, onların yerinə öz peşə məktəbinin məzunlarını təyin etməyi məsləhət görür.

İndisə gəlin, keçək bir başqa mətləbə

Naxçıvan OİPM-də baş verən yeyintilər

Məlumata görə, polis məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev, onun müavini isə polis mayoru Fariz Nəsirovdur. Hər iki şəxsin təhsildən və elmdən uzaq, savadsız insanlar olduğu bildirilir. Heç birinin elmi dərəcəsi yoxdur. Fariz Nəsirov Əhməd Əhmədovun vaxtında 12.000 manata polis zabiti kimi işə düzəlib. Məktəbdə təhsil alan kursantlar üçün gündə 3 dəfə dövlət hesabına yemək verilir. Lakin nazir əvəzi Rəşad İsmayılov, məktəb rəisi Kamil Məmmədəliyev və müavin Fariz Nəsirov imkan versələr, kursantlar doynca yemək yeyə bilərlər. Amma bu zəlilərin əlindən yazıq kursant yeməyə heç nə tapa bilmirlər. Misal üçün, yemək “porsion”unda hər adama 250 qram ət verilməlidir. Lakin o 250 qram ət 5 nəfərə bölünür. Düşünün, bunun yağı, pendiri, şəkər tozu, qəndi, çayı, düyüsü, makoronu, kartofu, soğanı, meyvəsi, qarabaşağı (qreçka), mərciməyi və s. var. Kursantlara verilməli olan gündəlik ərzaq mənimsənilir. Kənardan məktəbə ərzaq gətirmək də qəti qadağandır. Kursantlar isə həftənin 5 günü məktəbdə qalır. Bəs ac qalan kursant nə etməlidir? Təbii ki, məcbur qalıb məktəbin daxilində açılan kafedə yemək yeməlidir. Bu kafedən yığılan vəsait isə məktəb rəisi Kamil Məmmədəliyev və müavin Fariz Nəsirov arasında bölüşdürülür.

Əlavə olaraq imtahandan keçmək üçün kursantlardan pul yığılır. Hər imtahanın qiyməti 100-200 manat intervalında dəyişir. Bu pul kurs rəisləri tərəfindən yığılır və eyni qaydada məktəb rəisi və onun müavininə çatır.

Bundan başqa, məktəbdə bağban, elektrik və s kimi texniki işlər də kursantlara gördürülür. Baxmayaraq ki, həmin işlərə uyğun ştatlar var. Məsələn, 3 bağban varsa 1-i işə gəlir digər ikisinin işini isə kursantlar görür. Həmin 2 bağbanın adı işdə gedir, lakin özləri işə gəlmirlər. Maaş kartları isə eyni qaydada məktəb rəisi və onun müavinində olur.

Yeri gəlmişkən, bu cür ölü canlar sistemi təkcə polis texnikumunda “fəaliyyət” göstərmir. Muxtar Respublikanın demək olar ki, bütün strukturlarında vəziyyət belədir. Naxçıvanda mütəmadi olaraq iməcliklərin keçirilməsi də bu amillə izah olunur.

Kursanta pulsuz verilməli olan polis geyim forması onlara pulla satılır. Aydın məsələdir ki, məktəb rəisi və onun müavini bu pulu tək başına həzm radədən keçirə bilməzlər. Təbii ki, burada Rəşad İsmayılovun da öz payı var.

Polis texnikumunda 42 dərsi 3 müəllim tədris edir

“Polis texnikumu”nda təhsil sisteminə gəlincə, məktəbdə təhsil alan kursantlar “Hüquq mühafizə fəaliyyəti” ixtisasına yiyələnirlər. Məktəbdə 2 il ərzində təxminən 42 fənn tədris edilir. Məsələ burasındadır ki, bu 42 fənni cəmi 3 müəllim tədris edir. Bölsək hər müəllim 14 fənndən dərs deyir. Məktəbdə keçirilən fənlərin bəziləri: Azərbaycan Hüquq tarixi, Mülki hüquq, Əmək hüququ, Ailə hüququ, Cinayət hüququ, Cinayət Prosessual hüquq, İnzibati hüquq, İnzibati məsuliyyət, Cinayət Axtarış hüququ, Əməliyyat hüququ, və s. Bu fənlərin hər biri fərqli sahələrdir. Bakı Dövlət Ünversiteti, Dövlət İdarəçilik Akademiyası, Polis Akademiyası və s kimi nüfuzlu təhsil ocaqlarında bu fənlərin hər birini ayrıca bir müəllim tədris edir.

Faktlardan da göründüyü kimi, bu məktəbin əsas fəaliyyət istiqaməti savadlı kadr yetişdirmək deyil, sadəcə dövlət əmlakını talamaq üçün yaradılmış yeni bir sistemdir. Nə qədər ki, Naxçıvan Daxili İşlər Nazirliyini Rəşad İsmayılov kimi idarəetmə qabiliyyəti olmayan savadsız kadrlar idarə edəcəksə, bərbad hala düşmüş Naxçıvan DİN daha da bataqlığa batacaq.
//ovqat.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
"Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07
“İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru