"Gündə 3-4 dəfə işığı söndürürlər..." - GİLEY
Tarix: 22-01-2018, 10:57 |
Çap et
Sabirabaddan gələn məktubda deyilir ki, Məqatil Yunusov Elektrik Şəbəkəsinə 4 aya yaxındır rəhbər təyin olunub. O, bu vəzifəyə 4-cü dəfədir ki, qoyulur.
Demək olar ki, hər gün 5-6 dəfə qısa fasilələrlə işığı söndürüb yandırırlar. Bunun nəticəsində də insanların məişətdə istifadə etdiklər elektrik avadanlıqları tez-tez sıradan çıxır.
İşıqların cərəyanı zəif olur, normal 220v əvəzinə 150v olur. Bundan ən çox əziyyət çəkən toy edən insanlar və işləri elektrik enerjisindən asılı olan işçilər əziyyət çəkirlər. \\azeuronews.com\\