MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                     Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” .....                     İrəvan Bakının əsas tələbini qəbul etdi .....                     COP29-a qarşı çıxanlar kim idi? .....                     FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ .....                     Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb .....                     Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI .....                     Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu .....                     Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb .....                     Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı .....                     Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını .....                     ATƏT böhran içində, MQ isə “yaşayır” .....                     20 yaşlı qadın doğuş zamanı öldü .....                     ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı .....                     Ermənistan Bakıya nümayəndə göndərməməklə... .....                     “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                     Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? .....                     Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. .....                     AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib .....                     Qərbin agent-provokatoru ifşa edildi .....                     Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri .....                     Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri .....                     "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" .....                     Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu .....                     “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” .....                     AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib .....                     Trampın komandasında KİM OLURSA-OLSUN... .....                     XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... .....                     Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... .....                     İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... .....                     Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... .....                     Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... .....                     "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" .....                 

Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru... - Belə deyirlər...
Tarix: 16-01-2018, 09:03 | Çap et
Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru...
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun yeni direktoru Həqiqət Qədirova indiki vəzifəyə təyin olunandan bu tibb ocağında şikayətlərin ardı-arası kəsilmir. Maraqlıdır ki, şikayətçilər illərlə bu institutda müxtəlif vəzifələrdə işləyən tibb xadimləridir.

Onların Ovqat.com-a bildirdiklərinə görə, yeni direktor institutda sözün həqiqi mənasında diktatura rejimi yaradıb. İddia olunur ki, “mən bu idarənin müdiriyəm, mən nə desəm, o olur” fəlsəfəsini əlində rəhbər tutan “dəmir ledi”nin ilk işi öz işilərinin maaşını 50% azaltmaq olub. Maaşları azaldılan həkimlərin iş saatları isə qeyri-qanuni uzaldılıb. Bu qeyri-mütənasibliyi anlamaqda çətinlik çəkən həkimləri isə bir cəza gözləyir – işdən atılmaq.

Ümumiyyətlə, ağciyər həkimi olmasa da, Ağciyər İnstitutunun baş həkiminin, deyəsən, “ağciyərə” xüsusi simpatiyası var. 10 aydır bu vəzifəyə təyin olunan Həqiqət xanımın indiyə qədər atdığı addımlardan belə məlum olur ki, baş həkim həkimlərin yalnız “ağciyər” olanını bəyənir - yəni qorxağını, cavab qaytarmayanını. Məhz bu səbəbdən də institutun hansı işçisi ürəkli davaranıb onun sözünün üstünə söz deyibsə, dərhal işdən çıxarılıb. Təyin olunduğu 10 ay ərzində onun “ağciyər” əməliyyatında qurban gedən həkimlərin siyahısı xeyli qabarıqdır:

-8 aparıcı işdən çıxarılıb.

Kamal Eliyev; tibb elmləri doktoru. Vərəm cərrahiyyəsi üzrə yeganə aparıcı cərrah, şöbənin elmi rəhbəri,
Ruhiyyyə Səfərova; Anestezioloq-reanimatoloq.
Vüqar Behbudov; həkim-cərrah (Cəmi 1 ay işləyə bilib),
Səbinə Məmmədova; tibb elmləri namizədi, şöbə müdiri.
Vüqar Səfərov; Anestezioloq- reanimatoloq, şöbə muduri.
Aygün Alxasova; tibb elmləri namizədi, laboratoriya şöbəsinin müdiri.
Elşən Həsənov; anestezioloq-reanimatoloq.
İşə yenicə qəbul edilən anestezioloq- reanimatoloq gənc bir qız (Mənbəmizin bildirdiyinə görə, bu gənc kadr İnstitutda 1 gündən artıq işləyə bilməyib).
Potensial qurbanlar:

Arif Qurbanov - həkim rentgenoloq
Cəmil Ələkberov - tibb elmləri namizədi, Səhiyyə Nazirliyinin aparıcı cərrahı, elmi işçi. Cəmil həkim həm də Aprel döyüşlərinin iştirakçısıdır.
Xatirə Əliyeva - USM həkimi


Mənbəmizin bildirdiyinə görə, “potensial qurbanlar” kimi təqdim etdiyimiz bu şəxslər “ağcıyər həkimlər” əməliyyatına əks-reaksiya verdikləri üçün töhmətlə cəzalandırılıblar. İnstitutun “dəmir ledisi” işçilərə açıq şəkildə bildirib ki, əgər bir də belə halla rastlaşsa, həmin kadrlar da işdən atılacaqlar. “Dəmir ledi”nin qəzəbinə gələnlərin bəzilərinin cəzalandırılma bəhanəsi isə çox gülməlidir. Şikayətçilərin bildirdiyinə görə, onlardan elələri var ki, xəttinin səliqəli olmadığından töhmətə layiq bilinib. Bir sözlə, Ağciyər İnstitutunun yeni direktoru öz işçilərinə həm də ibtidai sinif müəllimliyi etmək niyyətindədir.

Ən maraqlısı budur ki, Həqiqət xanımın “ağciyər həkim yetişdirmək əməliyyatı”nın subyektlərinin hamısı gənclərdir. İstər indiyə qədər işdən çıxarılan, istərsə də töhmətlərlə işdən çıxarılmağa hazırlanan kadrların hamısının yaşı 30-40 arasındadır. Həqiqət xanım bu gənc kadrları budama əməliyyatını isə tək həyata keçirmir. Bu işdə “dəmir ledi”yə qurduğu komissiya köməklik edir. Komissiyanın üzvləri isə Həqiqət xanımla eyni yaşda olan insanlardır və heç birinin ftiziatriya elmiylə heç bir əlaqəsi yoxdur. İnstitut kollektivinin bir müddət əvvəl rublika.az saytında dərc olunan bəyanatlarında sözügedən komissiyanın üzvləri barədə bu cür məlumat verilir:

“Komissiyaya daxil olanlar kimlərdir? –Firidun Məcidov: 68 yaşı var, sertifikasiyadan keçməyib, həkim işləməyə belə, ixtiyarı yoxdur. Anasının erməni qızı olduğu iddia edilir.

Komissiyanın digər üzvü Faiq Agayev: 68 yaşı var, ixtisasca bronxoloqdur, kecmiş direktordur. Özü xəstəlik tarixini həyatı boyu yazmayıb, klinisist deyil, amma tam qanunsuz olaraq xəstəlik tarixlərini araşdırır, həkimləri incidir . Direktorun sağ əli hesab olunduğu üçün cərrahiyyə şöbəsinə qanunsuz olaraq elmi rəhbər təyin olunub. Onun da anasının erməni qızı olduğu bildirilir.”

Buradaca qeyd etmək istəyirik ki, adı çəkilən şəxslərin anasının kimliyini araşdırmaq fikrində deyilik. Zira istənilən şəxsin yalnız əməlinə qiymət verilməsinin tərəfdarıyıq. Bununla belə, bəzən insanların etnik mənşəyinin atacaqları addımları müəyyənləşdirməkdə mühüm rol oynadığı da sirr deyil. Bütün hallarda Ağciyər İnstitutunda baş verənlərdə bu amilin nə dərəcədə rol oynadığını araşdırmağı müvafiq dövlət qurumlarının öhdəsinə buraxırıq. Əgər həqiqətən də iddialar əsaslıdırsa, belə çıxır ki, ölkəmiz ciddi bir düşmən təxribatı ilə üz-üzədir.

Bizi daha çox maraqlandıran isə səhiyyə sisteminin ən strateji bazalarının birində yaşananlar və onun ortaya çıxardığı nəticələrdir. Bilindiyi kimi, istənilən sahələrdə inkişaf nəsil dəyişikliyi ilə birbaşa əlaqədardır. Nəsil dəyişikliyinə qapalı olan cəmiyyətlər istər-istəməz durğunluq prosesinə qədəm qoyur, yalnız köhnə təcrübələrin tətbiqi toplumların daha mükəmməl yaşamalarının qarşısını alır. Nəticədə cəmiyyətdə köhnə vərdişlərin həll edə bilmədiyi problemlər daha da çiçəklənir və onu məhvə aparır.

Bu sözlər xüsusilə tibb sahələrinə aiddir. Sözsüz ki, dünya xalqları tibbi araşdırmalara açıq olmasaydı, insanlar türkəçarələrlə müalicə almağa məhkum edilərdilər. Tibb sahəsində hər gün əldə edilən nailiyyətlər insanlığın bu gün ən yüksək səviyyələrdə müalicə edilmələrinin təminatıdır. Bütün bu nailiyyətlər isə yeni nəsillərin tibbə gətirdiyi töhfələrlə mümkün olur. Ağciyər İnstitutundan gələn xəbərlər isə bu qurumda köhnələrin yeniləri sıxışdırıb sıradan çıxardığını göstərir. Görünür, məhz bu səbəbdən də dünyanın bir çox ölkələrində artıq nadir hallarda təsadüf olunan vərəm xəstəliyi Azərbaycanda durmadan artır. Hər halda bu iddianı Ümumdünya Səhiyyə Təşkilatı irəli sürür. Təşkilatın ötən il açıqladığı məlumata görə, post-sovet məkanında vərəmə yoluxmuş xəstələrin sayı ildən-ilə artır və bu ölkələrdə yayılmış vərəm növü ən təhlükəli olanıdır:

“Azərbaycanda rəsmi olaraq 9 min vərəmli xəstə qeydə alınıb. 2016-2020 – ci illər "Vərəmlə mübarizə proqramında” xüsusilə risk qrupuna daxil xəstələr dərman preparatları ilə təmin olunur.

Vərəmə yoluxma riski 18-24 yaş gənclərdə daha çoxdur” – ÜST-nın 2017-ci il hesabatında belə deyilir.

Göründüyü kimi, Ağciyər İnstitutu rəhbərliyinin “ağciyər həkim” əməliyyatında hədəfə aldığı tərəf əsasən gənc nəsillər olduğu kimi, vərəm xəstəliyinin ən çox təhdid etdiyi sosial qrup da elə gənclərdir. Bu mənada Səhiyyə Nazirliyinin baş verənlərə laqeydliyini anlamaq xeyli çətindir.

İnstitutun işçiləri bu müəmmanı Həqiqət Qədirovanın Səhiyyə naziri Oqtay Şirəliyevlə tələbə yoldaşı olmasıyla izah edirlər. İddialara görə, Həqiqət xanımın özü də bunu inkar etmir, “mən nazirin tələbə yoldaşıyam, məni bura o göndərib, nə bilirəmsə, onu edə bilərəm” deyir. Bir sözlə, direktorun “ burda mənəm, “Bağdadda” Oqtay Şirəliyev” iddiası istər-istəməz onda cəzasızlıq duyğusu yaradır və nəticədə olan gəncliyə olur.

İrəli sürülən bu iddanın nə dərəcədə doğru olub-olmadığını araşdırmaq qərarına gəldik. Səhiyyə naziri Oqtay Şirəliyevlə Həqiqət Qədirovanın bioqrafiyasındakı bəzi məlumatları tutuşdurduq. Deyəsən, şikayətçilər haqsız deyildilər. İstərsəniz, gəlin, bu məlumatlara bərabər nəzər salaq:

Şirəliyev Oqtay Kazım oğlu:

1967-1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Institutunu “müalicə işi” ixtisası üzrə bitirmişdir.

Həqiqət Qədirova: N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutununun məzunu. Təhsil aldığı fakultə: müalicə işi. Təhsil aldığı tarix: 01.09.1967 - 30.06.1973

Doğrudan da nazirlə direktor eyni illərdə, eyni universitetdə və eyni fakultədə oxuyublar.

Həkimlərin dediyinə görə, nazirlə eyni partada oturması Həqiqət xanımı bundan əvvəl də bir çox təhlükələrdən xilas edib. İddia olunur ki, “dəmir ledi” əvvəl QİÇS-lə Mübarizə Mərkəzinin direktoru imiş. Fəaliyyətində yol verdiyi bir çox qanunsuzluqlar onun bu vəzifədən kənarlaşdırılmasıyla nəticələnib. Həqiqət xanımın QİÇS-lə Mübarizə Mərkəzində konkret olaraq hansı qanunsuzluqları törətdiyi barədə bir çox iddialar var. İddialara görə, o, bu mərkəzə rəhbərlik etdiyi vaxtlar səhlənkarlığı ucbatından bəzi həkimlər Hipatit C xəstəliyinə yoluxublar. Həkimlərin üsyanları nəticəsində nazir öz tələbə yoldaşını işdən çıxarmaq məcburiyyətində qalıb. Qeyd edilir ki, Həqiqət xanımın əməllərindən şikayətlər o dərəcədə ciddi olub ki, onu heç tələbə yoldaşı belə qoruya bilməyib. Əksinə, bu məsələ Səhiyyə Nazirliyinin Kollegiya iclasında müzakirəyə çıxarılıb və Kollegiya Həqiqət xanımın işdən azad edilməsinə qərar verib.

Həkimlərin dediyinə inansaq, Həqiqət xanım QİÇS-lə Mübarizə Mərkəzində yol verdiyi səhvlərdən qətiyyət nəticə çıxarmayıb. O, eyni səhvləri cəmi 10 aydır rəhbərlik etdiyi Ağciyər İnstitutunda da təkrarlayıb. Yoluxucu olan vərəm xəstəliyinin daşıyıcılarıyla sağlam insanların eyni otaqlarda müayinə olunması bu institutda da yoluxma hallarına yol açıb. Vərəmə yoluxanlardan 5-i isə gələcəyin ftiziatrları olacaq. “Bizə praktikaya gələn 5 gənc rezident həkim vərəmə yoluxub. Antisanitariya, vərəmli xəstələrlə sağlam insanların eyni məkanda müayinə olunması bunun əsas səbəbidir”-İnstitutun əməkdaşları belə deyir.

Araşdırmalarımızı bu iddialar – xüsusilə Həqiqət xanımın əvvəlki iş fəaliyyəti istiqamətinə yönəltdik. Düzdür, onun tam olaraq Kollegiya qərarıyla işdən çıxarılması faktına rast gəlmədik. Amma əldə etdiyimiz bəzi rəsmi məlumatlar bu iddianı təsdiqləyən bir sıra mübhəmləri ortaya qoydu. Belə ki, Həqiqət xanım həqiqətən də 2010-cu ilin may ayında Səhiyyə Nazirliyinin kollegiya üzvlüyündən çıxarılıb və yerinə Nazirliyin Aparat rəhbəri Zəkirə Mustafayeva seçilib. Sözsüz ki, Azərbaycan reallığında bu yerdəyişmə səbəbsiz ola bilməzdi. Üstəlik, kollegiyadan çıxarılan şəxs nazirin birbaşa himayəsi altındadırsa...

Üzərindən 2 il keçəndən sonra isə Həqiqət xanımın QİÇS-lə Mübarizə Mərkəzinin direktorluğu vəzifəsinə də xitam verilir, amma öz ərizəsilə. Bu fakt dövrün rəsmi informasiya kanallarında da əksini tapır:

“Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, H.Qədirova səhhətindəki müəyyən problemlərlə əlaqədar öz ərizəsi ilə işdən azad olunub.

30 noyabr 2012”

Maraqlıdır ki, 2012-ci ildə səhhətində yaranan problemlə əlaqədər QİÇS-lə Mübarizə Mərkəzinin direktorluğundan azad olunan Həqiqət xanım üzərindən 5 il keçəndən sonra Ağciyər İnstitutuna direktor təyin olunur. Bundan əvvəl isə o, Nazirlikdə yüksək vəzifələrdən birinə təyin edilibmiş. “Demir ledinin” həqiqətən də nazirin himayəsi altında olduğunu təsdiqləyən bu faktlar istər-istəməz insanın beynində müəyyən suallar yaradır: Səhhətinə görə işdən çıxarılmaq hara, yenidən vəzifəyə gətirilmək hara? Həqiqət xanımın xəstəliyi nə imiş ki, 5 il ərzində müalicə edilib? Axı, adətən bütün xəstəliklər zaman keçdikcə daha da dərinləşir. Həqiqət xanımda isə bu proses nədənsə tərsinə gedib.

Müəmma təkcə bununla da bitmir. Böyük müəmmalardan biri də “dəmir ledinin” Ağciyər İnstitutunda əvəz etdiyi Elcan Məmmədbəyovun işdən çıxırılması səbəbilə bağlıdır. Gəlin, bu barədə rəsmi məlumatlara nəzər salaq.

“Vəli Axundov adına Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub.

Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən, bu vəzifənin icrası Həqiqət Qədirovaya tapşırılıb.

İnstitutun əvvəlki direktoru Elcan Məmmədbəyov yaşla əlaqəli öz ərizəsi ilə işdən çıxıb”.

Məlumatdan belə aydın olur ki, institutun əvvəlki direktoru Elcan Məmmədbəyov qoca olduğuna görə işdən uzaqlaşdırılıb və onun vəzifəsi Həqiqət xanıma həvalə edilib. Beyninizdə istər-istəməz aşağıdakı sualların yaranmasına əminik: Əcəba, Həqiqət xanımla Elcan bəy arasında nə qədər yaş fərqi varmış?

İnanmayacaqsınız, cəmi 2 və ya 3 yaş. Üstəlik, bu yaş fərqi Elcan bəyin xeyrinə imiş. Çünki həkimlərin bildirdiyinə görə, əvvəlki direktorun 65 yaşı varmış. Həqiqət xanım isə 68 yaşını bu il tamamlayacaq.

Yəqin, razılaşarsınız ki, bütün bu faktlar “dəmir ledinin” öz xoşuyla QİÇS-lə Mübarizə Mərkəzinin direktorluğundan çıxarılmadığını təsdiqləyir və növbəti suala yol açır:

Bəs, bu qeyri-adi kadr islahatı nə ilə bağlıdır?

Doğrusu, həkim kollektivi də bunu anlamaqda çətinlik çəkirlər. Amma onların əməkdaşımıza verdiyi bir çox məlumatlarda, deyəsən, “xoruzun əsl quyruğu” gizlənib. Bildirildiyinə görə, Həqiqət xanım bu vəzifəyə təyin olunandan sonra Ağciyər İnstitutunda müalicə alan xəstələrin sayında ciddi azalma müşahidə edilir. Əvvəl institutda 230-250 xəstə var idisə, indi onların sayı 60-70 arasında dəyişilir. Çünki institutda umduğunu görə bilməyən xəstələr özəl klinikalara yönləndirilir. Özü də birbaşa Həqiqət xanımın göstərişilə. Belə çıxır ki, keçmiş tələbə yoldaşları əlbir olub vərəmli xəstələrdən daha yaxşı pul qazanmaq mexanizmi qurublar.

Gələn yazılarımızda qaldığımız yerdən davam edəcəyik.

P.S. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

Ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru