Vahid Mustafayev Mirşahini piyada qoydu - İDDİA
Tarix: 14-11-2017, 10:13 |
Çap et
Ötən il bağlanan ANS telekanalının Azərbaycan efirinə bir daha qayıtmayacağı dəqiqləşib.
Miq.az-a daxil olan məlumata görə, keçmiş telekanalın rəhbəri Vahid Mustafayev ANS-ə məxsus bütün avadanlığı Qobudakı şəxsi bazasına yerləşdirib. Bununla yanaşı, V.Mustafayev telekanalın məşhur siması Mirşahin Ağayevin xidməti avtomobilini də əlindən alıb. Məlumatı verən mənbə V.Mustafayevin media məkanından tamamilə getdiyini deyir.