Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                 

Eldar Mahmudov həbsə gedir - niyə məhz indi...
Tarix: 6-11-2017, 09:08 | Çap et
Eldar Mahmudov həbsə gedir
Ötən həftəsonu, 2015-ci ilinin oktyabr ayının 17-də vəzifədən çıxarılmış milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı sensasion gəlişmələr baş verib. “Yeni Müsavat” xəbər verir ki, əvvəl onun əmisi oğlu, eyni zamanda, 2014-cü ildən köməkçisi işləmiş Vüqar Mahmudov həbs edilib. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ləğv edilmiş MTN-in polkovnik-leytenantına qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü ( Vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Kimdir axı bu Vüqar Mahmudov?

Eldar Mahmudov nazir təyin ediləndən dərhal sonra- 2004-cü ildə MTN-də işə götürülən əmisi oğlu bu illər ərzində bütün mümkün dövlət mükafatlarını sinəsinə taxdıra bilib. O, “Hərbi xidmətlərə gorə”, “Vətən uğrunda”, “ İgidliyə görə” medalları, “Vətənə xidmətə görə” ordeni alıb. Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudovun adı “MTN işi” istintaqı başlayandan dərhal sonra gündəmə gəlmişdi ki, bu da təsadüfi deyildi. Nazirin əmisi oğlunun MTN-də hətta nazir müavinlərindən də səlahiyyətli şəxs olduğu heç kimə sirr deyildi. MTN-in qeyri-qanuni yığdıqları pullar V.Mahmudova verilirdi ki, bu səbəbdən də onu “qara kassa” adlandırırdılar. Onun bu pulları nazir üçün yığdığı bəlli olduğundan “obşi kotyol”dan kimsə yayına bilməzdi. V.Mahmudovun nazirin adından danışmaq, əmr vermək və cəzalanacaq iş adamlarının siyahısını hazırlamaq kimi səlahiyyətləri olub. Bildirilir ki, özü də qeyri-qanuni yolla 100-lərlə insanın var-mülkünü əllərindən alıb.

“Nazirim, əzizim” demişdi...

Onu Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər yüksək rütbəlilərin məhkəməsində dindirmişdilər. V.Mahmudov “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədov epizodu üzrə ifadə vermişdi. V.Mahmudov bildirmişdi ki, fəaliyyət göstərdiyi vaxt ərzində heç kim ona pul verməyib, qanun çərçivəsində işləyib, tapşırıqları yerinə yetirib. Prokuror belə cavan yaşda polkovnik-leytenant rütbəsi alması ilə maraqlanarkən indi həbsdə olan əmi oğlu qısa cavab vermişdi: “Eldar Mahmudov nazirim və əzizim olub”. V.Mahmudov Tağı Əhmədovdan 3 milyon dolların alınması ilə bağlı iddiaları rədd etmişdi.

V.Mahmudov bu iş üzrə ibtidai istintaq zamanı da şahid qismində ifadə verərkən büdcədən pul mənimsənilməsi ilə bağlı “heç nədən xəbəri” olmadığını, “Akif Çovdarov tərəfindən sabiq nazirə çatdırılması üçün mənə hər hansı pul vəsaiti, o cümlədən ümumilikdə 890.000 manat, 405.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin göndərilməsi halları olmayıb”, demişdi. V.Mahmudovun adı son olaraq Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin və digərlərinin hazırda davam edən məhkəməsi zamanı gündəmə gəlib. Bildirilir ki, V.Mahmudov MTN-in Bakı rayon rəhbərlərinin əli ilə sahibkarları talan edirmiş ki, bu da məhkəmədə ciddi fakt kimi səslənib. V.Mahmudovun məhz bundan sonra həbsinə qərar verilib, ardınca isə sabiq nazir cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb...

2 ildir açılmayan mübhəm

Mahmudovun gözlənilmədən həbsi, onun ardınca isə sabiq nazirin son 2 ildə ilk dəfə olaraq istintaqa çağırılması ilə bağlı xəbərin dərhal tirajlanması, əlbəttə ki, səbəbsiz deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, V.Mahmudovun adı “MTN işi” üzrə məhkəmələrdə keçirdi. Onun məhkəmələrdə özünü arxayın aparması, təkzibolunmaz faktlara baxmayaraq, həbs edilməməsi ciddi suallar doğururdu. Bildirilirdi ki, E.Mahmudovu “qoruyan əllər” möhkəm olduğundan onun ən yaxın adamını da həbs etmək mümkün olmur. Yəni V.Mahmudovu indi yox, toplanmış sübutlarla bundan 1 il əvvəl də həbsə ata bilərdilər. Eləcə də MTN-in az qala bütün rəhbərliyi, general heyəti həbs olunduğu halda E.Mahmudovun hətta şahid kimi ifadə verməməsi, indi isə qəfil istintaqa çağırılması qafaları qarışdırıb.

Yalnız bir dəfə, bu ilin iyununda sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatanda hakim Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərmişdi. Amma aylar ötsə də, bu qərardaddan xəbər çıxmadı.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiq edib ki, E.Mahmudovun istintaq idarəsinə çağırılması V.Mahmudovun cinayət işi ilə bağlıdır.

Mahmudovun “suçu nə”?

Öncə qeyd edilməlidir ki, 2 ildən sonra həm E.Mahmudovun ən yaxın sirdaşının ciddi ittihamlarla həbsə alınması və özünün istintaqa çağırılması siyasi qərardır. E.Mahmudovun istintaqa çağırılması bir müstəntiqin və ya bir idarənin qərar verəcəyi iş deyil. Çünki E.Mahmudov 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst düzəyindən verilir.

E.Mahmudovun indiyədək həbs edilməməsi səbəbləri barədə bir neçə versiya səslənib.

Birinci versiya bu idi ki, E.Mahmudov Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən külli-miqdarda vəsait çıxarıb ki, bunu qaytarmağa söz verib. Məlumdur ki, C.Hacıyev də “Beynəlxalq Bank işi” başlayandan sonra bir neçə ay azadlıqda qaldı ki, bunun da səbəbi qudaların dövlət bankından oğurladıqları pulları qaytarmaq vədi ilə izah olunurdu. Amma pulun yalnız cüzi bir miqdarı qaytarıldı ki, bu da C.Hacıyevə 15 il cəza ilə nəticələndi. E.Mahmudovun həbs edilməməsində önə çıxan versiyalardan biri pulları qaytarmaq vədi idi.

İkinci versiya isə E.Mahmudovun əlində ola biləcək kompromat materialla bağlı idi. Hətta bildirilirdi ki, sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkədən çıxarda bilib. Bu versiyalardan hansının həqiqətə yaxın olub-olmadığını demək çətindir. Ola bilsin, medianın izinə düşə bilmədiyi daha real səbəblər olsun. Məsələn, E.Mahmudovun hansısa təmasları (lap elə müxalifətlə) və ya xaricdə şübhəli əlaqələri de-şifrə olunsun.

O da mümkündür ki, hakimiyyət E.Mahmudovu ev dustağı etsə də, bu, ona nəzarət üçün kifayət etməsin. Nəhayət, istisna deyil ki, cəmiyyətdə MTN işinə görə əsas günahkarın Eldar Mahmudovun olması ilə bağlı birmənalı rəyi də iqtidarın onunla bağlı mövqeyini dəyişsin.

Hər halda, E.Mahmudovun həbsə getmək ehtimalı ilk dəfə olaraq bu qədər ciddiləşib. Onunla bağlı qərarın nə olacağı isə tezliklə bilinəcək.

“YM”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru