Mikayıl Cabbarov ümidləri boşa çıxardı – Heç kimi saymır
Tarix: 31-10-2017, 11:03 |
Çap et
Bir müddət öncə Azərbaycan Qılıncoynatma Federasiyasında struktur dəyişikliyi baş tutudu. Təhsil naziri Mikayıl Cabbarov Nazim İbrahimovu əvəzləyərək AQF-də rəhbər postunu tutdu. Hər kəsin ümidlə qarşıladığı rəhbərdən iclasdan sonra elə bir xəbər çıxmayıb.
İdmançılara zalla təmin etsə də, nədənsə inkişafı üçün əlavə iş görməyib.
Qılıncoynadanların unikal.org-a verdiyi məlumata görə, federasiya rəhbəri milli komanda üzvləri ilə görüşmək də istəməyib.
Rəhbər vəzifəsindən sonra növbəti iclas məşqçi, vitse-prezident və digər postlara təyinat vermək üçün keçirilməli idi. Ancaq M.Cabbarov bu iclası da təxirə salıb.
Qılıncoynadanların bildirdiyinə görə, əvvəlki rəhbərin vaxtından qalan borclar da ödənilməyib, əlavə məlumat da verilməyib.
İdmançılar diqqətə çatdırır ki, lisenziya xarakterli və olimpiadaya hazırlıq üçün gərəkli yarışlardan da uzaq qalıblar. Bu məsələdə onlara kömək edən yoxdur.
Qeyd edək ki, Mikayıl Cabbarov həm də Badminton Federasiyasının prezidentdir.