İran kürdlərin müstəqilliyinə qarşıdır: - “Sərhədləri bağlayacağıq”
Tarix: 18-09-2017, 10:36 |
Çap et
İraq Kürdüstanı referendum nəticəsində müstəqil olarsa, İran regionla sərhədləri bağlayacaq.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “İRİB” telekanalına müsahibəsində İranın Ali Təhlükəsizlik Şurasının sədri Əli Şamhani bildirib.
“Sərhədlər haqqında razılıq yalnız İraqın mərkəzi hakimiyyəti ilə qüvvədədir. Kürdüstanın isə mərkəzi hakimiyyətdən ayrılması bütün sərhəd-keçid məntəqələrinin bağlanması anlamına gələcək” -
Şamhani deyib.
O, əlavə edib ki, İran yalnız vahid İraq və bu ölkənin federal rəhbərliyini tanıyır.
Qeyd edək ki, İraq Kürdüstanının hakimiyyət orqanları İraqdan ayrılmaq haqqında referendumu sentyabrın 25-nə təyin ediblər.