"Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                 

Penitensiar sahə inqilabi dəyişikliklər ərəfəsində - Gəlişmə
Tarix: 3-07-2017, 10:44 | Çap et
Penitensiar sahə inqilabi dəyişikliklər ərəfəsində
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb. Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoyub.

Proqram xarakteri daşıyan sərəncamda verilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə və Daxili İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb. İşçi qrupu cəza siyasətinin humanistləşdirilməsi məqsədilə sərəncamda qeyd olunan konkret istiqamətlər üzrə təkliflər təqdim edib. Təkliflər hərtərəfli təhlil edilib, qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanıb. Həmin qanun layihəsini ötən həftə prezident parlamentə göndərilib.

Cərimələr artır, xırda cinayətlərə görə həbslər olmayacaq

Təkliflər paketi aşağıdakı istiqamətlərdə yeniliklərdən ibarətdir:

Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğ 5 dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Təkliflər qəbul edilsə bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçəcək.

Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə yeni növ cəza daxil edilib. Bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasıdır.

Cinayət Məcəlləsində mövcud olan cinayət tərkiblərinin 60 faizinin sanksiyasında azadlıqdan məhrumetmə alternativsiz olaraq yeganə cəza növü kimi nəzərdə tutulur. Bu tərkiblərin təqribən 40 faizini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Sanksiyalarda alternativ cəzaların olmaması son nəticədə azadlıqdan məhrum edilmiş şəxslərin sayının artmasına səbəb olurdu. Yeni müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzası məhz bu problemin aradan qaldırılmasında mühüm vasitə olmalıdır.

Cinayət Məcəlləsinin ümumilikdə 140-dan artıq maddəsində azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bundan əlavə, daha 80 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ olan cərimə və digər cəzalar daxil edilib.

Cinayət etmiş şəxsə həbs göndərilməyəcək, əvəzində nəzarət bilərzikləri daşımalı olacaq

Təkliflər qəbul olunarsa, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin cəzanın çəkilməsi şərtlərinə riayət etməsinə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə nail olunacaq. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin üzərinə elektron nəzarət vasitələri yerləşdiriləcək və onların yerdəyişmələri daim monitorinq olunacaq.

Qanun layihəsinə əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar təftiş edilərək 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılıb. Nəticədə 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib.

Dələduzluq edən zərəri və cəriməni ödəyib həbsə getməyəcək

Qanun layihəsində mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cinayətlərə münasibətdə qanunvericilik liberallaşdırılıb. Bu sahədə törədilən əməllərin ictimai təhlükəliliyi əksər hallarda maddi ziyanın vurulması ilə əlaqədar olur. Yeni normalara əsasən bu kateqoriyadan olan bir sıra cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilirlər. Daha böyük məbləğdə (xeyli və külli miqdarda) ziyan vurmuş və ya qeyri-qanuni gəlir əldə etmiş şəxslər isə dəymiş ziyanı tamamilə ödədikdə və bundan əlavə, cinayət nəticəsində vurulmuş ziyanın bir misli (bəzi cinayətlərə görə iki misli) miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilirlər.
Eyni zamanda, Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilib, 20-dən artıq cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunub.

Narkotikdən istifadəyə görə ilk dəfə tutulan məcburi müalicəyə göndəriləcək

Qanun layihəsində nəzərdə tutulmuş konseptual məsələlərdən biri də cinayət qanunvericiliyində narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayəti törətmiş şəxslərə qarşı münasibətin dəyişdirilməsidir. Bu şəxslər ilk növbədə narkomanlıq xəstəliyinə düçar olmuş insanlar kimi qəbul edilirlər. Satış məqsədi olmadan narkotik vasitə əldəetmə cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilir. Şəxs sağaldıqda isə cinayət məsuliyyətindən azad edilir. Bu qaydada məsuliyyətdən azad edilmək imkanı şəxsə yalnız bir dəfə verilir. Müalicədən yayınan şəxslər cinayət məsuliyyətinə cəlb edilir.

Qeyd edilən qanun layihəsi Sərəncamla verilmiş tapşırıqların icrası çərçivəsində hazırlanmış ilk aktdır. Cinayət Məcəlləsi ilə yanaşı Cinayət-Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə də dəyişikliklərin edilməsi nəzərdə tutulur.

***

Hüquqşünas Əkrəm Həsənov deyir ki, təklif olunan dəyişikliklər çoxdan gözlənilirdi. Bu layihədə nəzərdə tutulan dəyişikliklərin labüdlüyü haqda illərdir ki, müzakirələr aparılırdı. Layihəni iki aspektdən dəyərləndirmək olar: “Həqiqətən də layihənin ilk məqsədi Cinayət Məcəlləsini hümanistləşdirməkdir. Azərbaycanının Cinayət Məcəlləsi digər dövlətlərin müvafiq məcəlləsi ilə müqayisədə çox sərtdir. 200-300 manata görə vətəndaş məhkum edilir, 7-8 ilini dəmir barmaqlıqlar arxasında keçirməli olurdu. Halbuki, belə bir cəza siyasəti dövlətə də, vətəndaşa da ziyan vurmaqdan başqa məqsəd daşımırdı. İnsanları ən kiçik cinayətə, səhvə görə azadlıqdan məhrum edilməsinə yol verən Cinayət Məcəlləsidir. Vətəndaş həbsə alınandan sonra illərini itirir, ailəsində təcrid olur, özündən daha çox ailəsi əziyyət çəkir. Halbuki hər kəs səhv edə, xətaya yol verə bilər. Qonşu dövlətlərdə olduğu kimi, Azərbaycanda da şər-böhtanla həbs edilənlər də var. Vətəndaş xırda bir cinayətə görə həbsə düşür, illərini orada keçirir və azadlığa çıxandan sonra özünü daha çox cinayətkar hiss edir. Halbuki, həmin vətəndaşı məhkum etməmək olardı. Onu digər cəzaya məhkum edib islah olunmasına yol açmaq olardı. Xırda iqtisadi cinayətlərdə vətəndaş vurduğu ziyanı, üstəlik cəriməni ödəyirsə, ödəyə bilmirsə belə, icbari işlər verməklə islah olunmasına şərait yaratmaq olar”.

Ekspertin sözlərinə görə, cəza siyasətinin humanistləşdirilməsi cəza ilə bağlı məsələlərin iqtisadi tərəfinin də həllini tənzimləyir: “Bu təklifin qəbulu Azərbaycan türmələrinin boşaldılmasına xidmət edəcək. Azadlıqdan mərhumetmə dövlətə heç də ucuz başa gəlmir. Xırda cinayətlərə görə həbslər olmayacaq, türmələr boşalacaq, Penitensiar Xidmətin saxlanmasına dövlət büdcəsindən, faktiki, vətəndaşların cibindən ayrılan vəsaitlərin miqdarı dəfələrlə azalacaq, böyük nəzarətçi korpusu, çoxsaylı maşın parkı, idarəetmə aparatı təkmilləşəcək. Oğurluq, dələduzluq, vergidən yayınma, mənimsəmə kimi cinayətlərdə vətəndaş vurduğu ziyanı ödəyirsə, üstəlik cərimə də ödəyirsə, onu həbs etməklə nəyə nail olmaq olar?

Bu sahədə cərimələrin artırılmasını da düzgün hesab edirəm. Bundan dövlət büdcəsinə ancaq xeyir var. Digər tərəfdən də bu hallar korrupsiya cinayətlərinin də qarşısını alacaq. Azərbaycanda vətəndaşların əksəriyyətinin ən qorxduğu məsələ azadlıqdan məhrum edilmədir. Ən kasıb, imkansız birinə həbs təhlükəsi yaranırsa, qohum-əqrəba, dost-qardaş bir yerə toplanır, pul yığır və çıxış yolu aramağa, həbsdən yayaındırmağa yollar axtarırlar. Hakimə, prokurora yollar axtarırlar ki, məsələni həll etsinlər. Onsuz da yol tapır, pullarını verirlər. Belədirsə, qoy həmin pullar kimlərinsə cibinə deyil, dövlət büdcəsinə getsin. Korrupsiya olanda vətəndaşın xərci qat-qat artıq olur. Belə isə vətəndaş vurduğu ziyanı ödəyəcək, dövlət büdcəsinə cərimə ödəyəcək. Bu məsələnin daha ədalətli həlli olmaqla yanaşı, büdcəni məhbusa pul ayırmaqdan azad edir və büdcəyə əlavə gəlir daxil olmasına yol açır".

Ə.Həsənov 100-200 manata görə həbsi dəhşətli hal sayır: “Bu Avropa standartlarına, qabaqcıl təcrübəyə uyğun deyil. Dinimizə görə də aclıq qarşısında oğurluq edənlərə cinayətkar kimi baxılmamalıdır. Yəni xırda cinayətlərə görə çox sərt cəzalar olmalı deyil. Azərbaycanda həbsxanalar, cəzaçəkmə müəssisəsləri heç vaxt olmadığı qədər məhkumlarla doldurulub. Əlbəttə ki, həbsxanaları, cəzaçəkmə yerlərinin boşaldılmasına çox böyük ehtiyac var. Bu baxımdan cəza siyasətinin humanistləşdirilməsi təklifi təqdirəlayiqdir”.
\\musavat.com\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru