Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir... .....                     ADY sanki sərnişinləri aparmır... UÇURUR... .....                     Hippokrat andını SU KİMİ İÇƏNLƏR... .....                     SOCAR rəhbərliyi bir izahat versin, görək... .....                     Paşinyan niyə bir addım öndə görünür... .....                     Doğru-dürüst məlumat almaq da problemdir .....                     Burda müştəri məmnuniyyəti bir xəyaldır... .....                     ACI REALLIQLAR... .....                     "Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?" .....                     FAİZSİZ KREDİT FIRILDAĞI... .....                     ADY-də pulu bax, belə qazanırlar... .....                     Yeni sorğu Paşinyanın partiyasının inamlı liderliyini göstərir .....                     "Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram" .....                     Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir .....                     Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir .....                     “Kəmaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” .....                     "SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb .....                     Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb .....                     Paşinyan sevərlərə... .....                     Uşaqpulu verilsə... .....                     Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı .....                     Ermənistan iqtisadiyyatı sanksiyalara tab gətirə biləcəkmi? .....                     “Babək” yatağı niyə BP-yə verilir .....                     ARVAD... .....                     Paşinyanın taleyini xarici amillər müəyyənləşdirə bilər? .....                     Rus konsul ölkədən çıxarıldı, Zaxarova qəzəbləndi: .....                     “Səni unutmaq günahdır, amma unuduldun....” .....                     Ermənistan İrandan bu raketləri aldı .....                     Ermənistandan Rusiyanı qəzəbləndirəcək şok statistika... .....                     Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib .....                     Moskvanın İrəvana təhdidləri dayanmır .....                     Partiya sədri "Metropoliten" rəhbərliyini sərt TƏNQİD ETDİ .....                     Gizli Rusiya proqramı üzə çıxdı: .....                     Ermənistanın geosiyasi manevri .....                     Türkiyə erkən prezident seçkisinə gedir?.. .....                     Trampın sağlıq vəziyyəti açıqlanıb .....                     Pentaqon rəhbəri Yeni Zelandiyanı ABŞ-ın hərbi gücünə qarşı "parazit" adlandırıb .....                     Rusiya məşhur eksklavla təhdid edildi, Putin özündən çıxdı .....                     “Bakıda və Abşeronda həkimlə təmin olunma, hətta Avropa standartları səviyyəsindədir” .....                     Hələ uşaq ikən “Barselona”da oynayacağıma inanırdım .....                 

PROKURORUN GÜLLƏ ALVERİ
Tarix: 8-04-2012, 12:00 | Çap et
PROKURORUN GÜLLƏ ALVERİ

NİZAMİ GÖYÜŞOVU BAŞ PROKURORLUQ YOXLAYIR

"İmişlinin prokuroru niyə yoxlanıldı?" başlıqlı yazı ilə bağlı maraqlı məlumat əldə etdik. Qeyd edək ki, həmin yazı və ondan əvvəlki başqa bir yazıda söhbət ötən ilin iyulunda İmişli rayonunun Qulubəyli kəndində baş vermiş bir ölüm işi ətrafında yaşanan qalmaqallar işıqlandırılmışdı. ölümə sui-qəsd cinayətində ittiham edilən Hənifə Əliyevin həbsi, ardınca isə onun oğlu İlham Əliyevin həbs olunması bu nəslin ağsaqqalı olan, Milli Qəhrəman İmamverdi Əliyevin atası, İmişli rayon sakini Barat Əliyevi redaksiyamıza müraciət etməyə sövq etmişdi.

Zərərçəkən tərəfin hüquqi nümayəndəsi Əyyub Kərimov redaksiyamızda olarkən bəzi məsələlərə hüquqi aydınlıq gətirdi. Dünənki açıqlamasında "İmişli rayon prokuroru Nizami Göyüşov tərəfindən olduqca ciddi qanun pozuntularına yol verilib", deyən Ə.Kərimov bildirmişdi ki, "Artıq Azərbaycan CM-nin 120.2.2 və başqa maddələri ilə istintaq olunmuş məlum cinayət işinin ibtidai istintaqında İmişli rayon prokuroru Nizami Göyüşov tərəfindən olduqca ciddi qanun pozuntularına yol verilib. Bundan əlavə, prokuror Nizami Göyüşov icraatında olan işin istintaqında prosessual qanunvericiliyin də tələblərini kobud surətdə pozub. Bu pozuntular prokurorun cinayət hadisəsi baş verərkən hadisə yerinə getməməsi, hadisə yerinin qorunmaması, belə bir ağır cinayət işinin istintaqını "stajyor"a tapşırması və s. məsələlərlə əlaqədardır..."

İmişlinin prokuroru meyidin üzərindəki gülləni niyə it-bata salıb?

Daha bir maraqlı məlumat əldə etdik. Məlum olur ki, İmişli rayon prokuroru Nizami Göyüşov istintaqa prosessual rəhbərliyi həyata keçirən dövrdə iş üzrə saxta rəy vermiş eksperti yoldan çıxarıb, onu saxta ekspert rəyi verməyə məcbur etmişdir. Hansı ki, sonradan zərərçəkən tərəfin qanuni nümayəndəsi, hüquqşünas Əyyub Kərimovun vəsadəti ilə çətinliklə də olsa, meyid üzərində yenidən baxış aparılmış, meyid ekskumasiya edilərək əlavə rəy hazırlanmışdır. Ekskumasiya zamanı isə meyidin üzərində olmalı güllə tapılmamışdır. Bəs həmin güllə haradadır? Meyidin baş nahiyyəsindən çıxarılmış və istintaq materiallarının yeganə vacib maddi sübutu olan güllə kimin seyfində və nə məqsədlə saxlanılır? Bunda məqsəd nədir?

Suallar çoxdur və görünür bütün bu görünməmiş qanunsuz hərəkətlər işi obyektiv istintaq etməyə çalışan Baş Prokurorluğun ACDİ İstintaq İdarəsi tərəfindən ədalətsizlik və qanun pozuntusu kimi qiymətləndirildiyindən, İmişli rayon prokuroru N.Göyüşovun barəsində Baş Prokurora xüsusi arayış hazırlanıb, onun haqqında Baş Prokuror Zakir Qaralovun göstərişi ilə xidməti yoxlama aparılıb. Bu barədə isə az sonra bəhs ediləcək.

Zərərçəkənin nümayəndəsi Əyyub Kərimov prokurorun hansı qanunsuz hərəkətindən danışdı?

İmişlidə baş vermiş ölüm işinin istintaqında zərərçəkən tərəfin qanuni nümayəndəsi olan hüquqşünas Əyyub Kərimov qəzetimizə sərt açıqlamalar verib. Aşağıda onunla müsahibəni təqdim edirik:

- Əyyub müəllim, İmişli rayon Prokurorluğu ətrafında baş verənlər nədən qaynaqlanır?

- Onu bildirmək istəyirəm ki, mən iş üzrə zərərçəkmiş Nağıyev Qalib Qaraseyid oğlunun etibarnamə üzrə nümayəndəsi olduqdan sonra İmişli rayon Prokurorluğunda olaraq prokuror Nizami Göyüşovla görüşdüm. Söhbətimiz zamanı prokurorun baş vermiş cinayət işinə çox etinazsız yanaşmasının şahidi oldum...

- Buna səbəb nə ola bilərdi?

- Sözün düzü o vaxt prokurorun bu davranışı mənim üçün anlaşılmaz idi. Ona görə də mən işin istintaqını aparan müstəntiqlə görüşmək istədiyimi ona bildirdim. Prokuror müstəntiqin rayonda olmadığını bildirdi və mən Bakıya qayıtdım. Lakin bir müddət sonra yenidən İmişliyə getdim. Müstəntiqlə ilk görüşümdə hüquqlarını müdafiə etdiyim şəxsin ilkin ərizəsi ilə tanış olmaq istədiyimi dedim. Müstəntiq Elşad Əzimov həmin ərizəni göstərərkən dəhşətə gəldim. Ərizədə təmsil etdiyim şəxsin adından 16 iyul 2011-ci il tarixdə baş vermiş cinayətin guya Hənifə Barat oğlu Əliyev tərəfindən törədildiyi göstərilirdi (Bax: foto - red.). Mən ərizənin surətini götürüb yanımda olan zərərçəkmiş şəxsin özünə göstərdim, o imzasını təsdiq etməsinə baxmayaraq ərizənin ona tanış olmadan imzalatdırdığını bildirdi, sonra qeyd etdi ki, o, birinci gündən cinayətin Əliyev Hənifənin deyil, Əliyev İlhamın törətdiyini prokurora demişdir. Lakin aldadılaraq başqa formada tərtib edilmiş ərizəyə imza atdırılmışdır. Bu iradımdan sonra müstəntiq öz xətti ilə "Əliyev Hənifə Barat oğlu" sözünün üstündən xətt çəkərək "İlham Hənifə oğlu Əliyev" yazdı. Yeni ərizənin təzə tarixini də müstəntiqə öz xətti ilə yazdırdım. Tarix-25 iyul 2011-ci il.

- Prokuror Nizami Göyüşov niyə belə bir saxtakarlığa qol qoyub?

- Mən təbii ki, birbaşa prokurorun yerinə nəsə deyə bilmərəm, amma hiss olunur ki, əvvəlcədən prokurorun bu işi başqa istiqamətdə aparmaq məqsədi olub.

- Sizcə, müstəntiq prokurorun başının üstündən belə bir addım ata bilərdimi?

- Mən İmişli prokurorluğunda o qədər dərəbəylik gördüm və hiss etdim ki, prokuror öz vəzifələrini nəinki icra etmir, heç icra etmək belə istəmir. Əgər belə olmasaydı, ölüm hadisəsi baş verdikdən sonra prokuror hadisə yerinə gələrdi.

Baş Prokuror cənab Zakir Qaralovun müvafiq əmri var ki, ölüm hadisələri baş verərkən prokuror hökmən hadisə yerinə getməlidir. Lakin Nizami Göyüşov bunu etməmişdir. öldürülmüş azyaşlının meyidi xəstəxanada 4-5 saat yiyəsiz qaldıqdan sonra ölü yiyələrinin təhriki ilə evə gətirilmişdir. Yalnız bundan sonra prokuror Nizami Göyüşov həmin həyətə gəlmişdir... Meyidin müayinəsi də, çox qəribə olsa da, xəstəxanada deyil, zərərçəkmişin həyətində həyata keçirilmişdir. Prokurorun yol verdiyi bu qanunsuz hərəkətlər bununla bitmir. Hadisə yerinə yalnız 3 gün sonra baxış keçirilmiş, bu 3 gün ərzində hadisə yeri qorunmamışdır. Prokuror Nizami Göyüşov Əliyev Hənifə Barat oğlunun etirafedici ifadələrindən o qədər xoşhal olmuşdur ki, yadına belə düşməyib ki, etiraf sübutların şahı yox, sübutlardan biridir. Və etirafedici ifadə təkzibedilməz hallarla sübut olunmalıdır. Qeyd etdiyim dərəbəylik olan yerdə prokuror stajyor müstəntiqə nəzarət etmək fikrində də deyilmiş...

- Stajyor ölüm işinin istintaqını apara bilərdimi?

- Adından göründüyü kimi təcrübəsi olmayan və hələ təcrübə toplayaraq staj keçən müstəntiq Elşad Əzimov belə ağır ölüm işinin istintaqını necə apara bilərdi? Digər tərəfdən, hörmətli baş Prokuror Z.Qaralovun müvafiq əmri ilə ölüm işlərinin stajyora verilməsi qəti qadağandır. Mənimlə söhbətində müstəntiq belə bir ağır cinayət işinin istintaqının niyə ona verildiyini anlamadığını dedi. Və etiraf etdi ki, bu onun işi deyil.

- Sizcə, prokuror Nizami Göyüşov bu işin istintaqını daha təcrübəli müstəntiqlərdən birinə verə bilməzdimi?

- Prokuror bəhanə gətirə bilər ki, ştat vahidi azlığı var... Ancaq heç olmasa bu iş köməkçiyə tapşırıla bilərdi, nəzarəti isə şəxsən prokuror özü apara bilərdi...

- Niyə prokuror hadisə yerinə getməyib?

- Bu sual daha çox təbii ki, prokurorun özünə aiddir. Ancaq hesab edirəm ki, Baş Prokurorluq və şəxsən Baş Prokuror Z.Qaralov nə vaxtsa bu sualı Nizami Göyüşova verəcək, izahat tələb edəcəklər.

- Nəyə görə meyid həyətdə müayinə olunmalı imiş?

- Mənim üçün də qəribədir ki, məhz bu cinayət işində ən böyük saxtakarlıq da elə buradan başlanmışdır. Belə ki, meyidin müayinə olunması barədə 10 avqust 2011-ci ildə ekspertin ilkin rəyindən görünür ki, rəyi imzalamış ekspert Fazil Bayramov yara kanalının dibinə kəllə sümüyünə pərçimlənmiş gülləni aşkar etdiyini, lakin şərait və başqa səbəblərdən onu meyiddən çıxara bilməməsini göstərir.

- "Başqa səbəb" başqa nə ola bilər ki?!

- Təbii olaraq meyid zərərçəkmişin həyətində keçirilən müayinə zamanı və bu müayinə axşam saatlarında keçirildiyinə görə xəstəxanadakı şəraiti əvəz edə bilməzdi. Ona görə də prokuror əziyyət çəkib qanunun tələblərinə uyğun olaraq meyidi xəstəxanada müayinə etməli idi. Lakin bu edilməmişdir. Və prokuror güllə guya meyiddə qala-qala qətlə yetirilmiş azyaşlının dəfninə icazə vermişdir?

- Niyə güllə meyiddə qala-qala dəfnə icazə verilirdi?

- Ona görə ki, vəsadətim əsasında 5 oktyabr 2011-ci ildə keçirilmiş ekskumasiya zamanı ekspertin guya kəllə sümüyünə pərçimlənmiş güllə ekspert tərəfindən tapılmadı. Güllənin tapılmaması ilə əlaqədar Baş Prokurorluğun ACDİü İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Mehdi Mirzəyev tərəfindən müvafiq hüquqi sənədlər tərtib olunmuş, zərərçəkmiş, ekspert, həmçinin digər şəxslər bu sənədi imzalamışlar...

- Bu dəhşətli fakt kriminal saxtakarlığın bariz nümunəsi deyilmi və prokuror Nizami Göyüşov bu saxtakarlıqda iştirakçıdırmı?

(Ardı var)

"Təzadlar"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir... - İDDİA
Bu gün, 08:33
ADY sanki sərnişinləri aparmır... UÇURUR... - Di gəl, anla...
Bu gün, 08:25
Hippokrat andını SU KİMİ İÇƏNLƏR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:17
SOCAR rəhbərliyi bir izahat versin, görək... - MÜRACİƏT
Bu gün, 08:01
Paşinyan niyə bir addım öndə görünür... - AKTUAL
Bu gün, 07:48
Doğru-dürüst məlumat almaq da problemdir - NARAZILIQ VAR...
Bu gün, 07:42
Burda müştəri məmnuniyyəti bir xəyaldır... - GİLEY
Bu gün, 07:34
ACI REALLIQLAR... silsiləsindən...
Bu gün, 07:20
"Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?" - ETİRAZ
Bu gün, 07:14
FAİZSİZ KREDİT FIRILDAĞI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:03
ADY-də pulu bax, belə qazanırlar... - AXI NİYƏ?..
Bu gün, 06:48
Yeni sorğu Paşinyanın partiyasının inamlı liderliyini göstərir - 65% səs...
Bu gün, 06:31
"Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:19
Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir - KİV
Dünən, 17:00
Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir
Dünən, 16:51
“Kəmaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” – Baba Vəziroğlu
Dünən, 16:44
"SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb
Dünən, 16:41
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Dünən, 15:34
Paşinyan sevərlərə... - Unutmayaq ki...
Dünən, 15:28
Uşaqpulu verilsə... ...sərhəd açılsa, nə olar?!!
Dünən, 15:24
Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı AÇIQLAMA
Dünən, 15:19
Ermənistan iqtisadiyyatı sanksiyalara tab gətirə biləcəkmi? - GƏLİŞMƏ
Dünən, 15:16
“Babək” yatağı niyə BP-yə verilir - Bakının strateji planı
Dünən, 15:13
ARVAD... - Dəyişək... amma nə ilə?
Dünən, 15:10
Paşinyanın taleyini xarici amillər müəyyənləşdirə bilər? — Deputatdan AÇIQLAMA
Dünən, 15:09
Rus konsul ölkədən çıxarıldı, Zaxarova qəzəbləndi: - NATO-ya PUA çağırışı
Dünən, 15:04
“Səni unutmaq günahdır, amma unuduldun....” - Xalq artisti
Dünən, 15:02
Ermənistan İrandan bu raketləri aldı - Foto
Dünən, 15:00
Ermənistandan Rusiyanı qəzəbləndirəcək şok statistika... - Əhalinin 75 faizi o qərarı verdi
Dünən, 14:54
Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib - BUNA GÖRƏ...
Dünən, 14:48
Moskvanın İrəvana təhdidləri dayanmır – Gərginlik pik həddə
Dünən, 13:28
Partiya sədri "Metropoliten" rəhbərliyini sərt TƏNQİD ETDİ - "İşə gəlir mənbəyi kimi baxırlar"
Dünən, 13:03
Gizli Rusiya proqramı üzə çıxdı: - 20 min uşaq qaçırılıbmı?
Dünən, 13:01
Ermənistanın geosiyasi manevri - Rusiya asılılığından çıxış mümkündürmü?
Dünən, 12:59
Türkiyə erkən prezident seçkisinə gedir?..
Dünən, 12:55
Trampın sağlıq vəziyyəti açıqlanıb - Həkim arıqlamağı məsləhət görüb
Dünən, 12:51
Pentaqon rəhbəri Yeni Zelandiyanı ABŞ-ın hərbi gücünə qarşı "parazit" adlandırıb - KİV
Dünən, 12:47
Rusiya məşhur eksklavla təhdid edildi, Putin özündən çıxdı – Sərt CAVAB
Dünən, 12:25
“Bakıda və Abşeronda həkimlə təmin olunma, hətta Avropa standartları səviyyəsindədir” - Müşfiq Məmmədli belə deyir...
Dünən, 12:21
Hələ uşaq ikən “Barselona”da oynayacağıma inanırdım - Qordon
Dünən, 12:13
Fanatını polisə şikayət edib - yazdığı şərhlərə görə...
Dünən, 12:09
Zəngilanda “Hünər-İnşaat” işlətdiyi fəhlələrin maaşını vermədi: ONLAR DA YOLU BAĞLADI - NARAZILIQ VAR...
Dünən, 12:05
Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub - KİV
Dünən, 11:54
Uşaqpulu... və ya dövlətin gələcəyi ilə müqaviləsi
Dünən, 11:52
Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb
Dünən, 11:43
Efiopiya necə quruya həbs olunmuş ölkəyə çevrildi?
Dünən, 11:41
Müəllimlərlə bağlı şok qərar VERİLDİ - TƏFƏRRÜAT
Dünən, 11:38
Belə olmaz, ay Səidə! - REAKSİYA
Dünən, 11:29
Putindən Paşinyana “ikinci Ukrayna” HƏDƏSİ – İrəvan QARIŞIR...
Dünən, 11:20
Külək nəticəsində Bakıda 41 ağac sınıb - AÇIQLAMA
Dünən, 11:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru