“İNSANLARIMIZ HƏKİMƏ GEC MÜRACİƏT EDİRLƏR”
Tarix: 6-04-2012, 16:51 | Çap et
“MÜALİCƏ OLUNMAQ, DAHA AĞRILI BƏLAYA ÇEVRİLİB”
DİA.AZ: - 7 aprel Ümumdünya sağlamlıq gününüdür. Bu günün qeyd edilməsinin əhəmiyyəti və cəmiyyətə müsbət təsirləri ilə bağlı sullarla Ümid partiyası Qadınlar Təşkilatının sədri Könül Quliyevaya müraciət etdik.
- Əlbətdə ki, insanın gücü, xoşbəxtliyi və çalışqanlığı onun birbaşa sağlamlığı ilə bağlıdır. Sağlam insan sağlam ailə, sağlam ailələr isə sağlam cəmiyyət yaradır. Sağlam cəmiyyətlərdə isə həmişə inkişaf olur, vətəndaşlar azad, firavan, xoşbəxt yaşayırlar. Bu gün elm, təhsil, yuksək texnologiya məhz belə cəmiyyətlərin bəşəriyyətə verdiyi nailiyyətlərdir ki, bundan da bütün insanlıq istifadə edə bilir. Bu baxımdan sağlamlıq gününün qeyd edilməsini olduqca əhəmiyyətli hesab edirəm və düşünürəm ki, vətəndaşlarımızın sağlamlığı üçün tədbirlər həyata keçirməliyik. Ölkəmizdə bu istiqamətdə müəyyən işlər həyata keçirilsədə bu kifayət deyil. Vətəndaşlarımızın sağlamlıqla bağlı ciddi problemləri qalmaqdadır. İstər ana və uşaq ölümlərinin sayına görə, istərsə də gənc və orta yaşlı insanlarda daha çox xəstəliklərin artması və bu xəstəliklərdən ölüm hallarının çoxalması müşahıdə olunur. Ümumdünya səhiyyə təşkilatının hesabatına görə Şərqi Avropada hər 1000 uşağa düşən ölüm sayı 6-9 nəfər təşkil edirsə, olkəmizdə bu rəqəm hər 1000 nəfərə 36-nəfərdir. Kubada bu rəqəm sıfırdır.
- Sizcə ölkəmizdə bu rəqəmin kifayət qədər böyük olmasının səbəbi nədir? - Doğrudan da narahatlıq doğuran məsələ budur ki, həm təbii coğrafi iqlim şəraitinə görə, həm sağlam qida mənbəyinə görə, içməli suyun və təbii qidaların tərkibinə görə yer kürəsinin ən yaxşı yerlərindən biri bizim ölkəmizdir. Lakin, insanlarımızın sağlamlığı ilə bağlı problemlər günü-gündən artır. Burada əlbətdə ki, əsas səbəb kimi tibbi və sosial səbəblər üstünlük təşkil edir. Regionlarda yeni-yeni xəstəxanalar tibb mərkəzləri inşa edilsə də, əhalinin bu mərkəzlərə müraciət etmələri çox aşağıdır. Həmçinin sosial vəziyyəti ağır olan vətəndaşlarımızın sayı olduqca yüksəkdir və bu üzdən insanlar yalnız xəstəliklərinin ən ağırlaşdığı vaxt həkimə müraciət edirlər. Unutmaq olmaz ki, xəstəliyə tutulmamağı, xəstələndikdən sonra müalicə alıb sağalmaqdan üstün tutmaq lazımdır. Təəsüf ki, bu gün sosial vəziyyəti ağır olan insanların müalicə alması, xəstəlikdən daha ağrılı bir bəlaya çevrilib. Mən partiyanın regionlarda mövcud olan yerli təşkilatlarından bu məsələlərlə bağlı mütəmadi olaraq məlumatlar əldə edirəm. Dövlət qurumlarınin yerlərdəki fəaliyyəti qənaətbəxş deyil və mövcud vəziyyətin yaxşıya doğru dəyişməsinə nail olunmalıdır.
- Vətəndaşlarımızın sağlıq durumu ilə bağlı nə kimi təkliflərimiz var. - Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə mütəmadi olaraq bu məsələlərlə bağlı Milli Məclisdə çıxış edib, dövlət büdcəsinin müzakirəsi zamanı, hökumətin hesabları zamanı məsələ qaldırıb və ictimaiyyətin diqqətini bu istiqamətə yönəldib. Qarabağ döyüşlərində yaralanmış, sağlamlıqlarını itirmiş on minlərlə vətəndaşımız ciddi sağlıq təhlükəsi ilə üz-üzədir. Pensiyası yalnız yemək puluna çatan qocaların, sosial yardımla ancaq övladlarına çörək ala bilən yüz minlərlə insanın, həbsxanalarda ağır xəstəliklərdən əziyyət çəkən və azadlığa çıxdıqdan sonra da müalicə olunmaq imkanları olmayan insanlarımızın sayı kifayət qədərdir. Son 10-15 ildə bir dəfə də olsun həkimə müraciət edə bilməyən gənc qızlarımız, gəlinlərimiz, səngərlərə oğul böyüdüb göndərən əsgər anaların sağlamlığı hər bir vətəndaşımızı narahat edən məsələ olmalıdir. Hökümət qurumları təcili tədbirlər görməli, xəstəliklərin proflaktikası üzrə yerlərdə proqramlar həyata keçirilməli, maarifləndirmə işini təşkil etməlidirlər. Vətəndaşların icbari tibbi sığortası ilə bağlı qanun qəbul olunmalıdır. Həkimlərin əmək haqqı yüksək həddə qldırılmalıdır ki, onlar imkansız xəstənin cibinə göz dikməsinlər. Həm dövlət nəzarəti, həm də ictimai nəzarət mexanizmləri hazırlanmalıdır. QHT-lər tərəfindən vətəndaşlar arasında maarifləndirici layihələri həyata keçirilməlidir. Biz Ümid partiyası olaraq bu məsələlərdə bütün maraqlı tərəflərlə əməkdaşığa hazırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Heç kəsin fikri mənim üçün önəmli deyi" - FOTO
Dünən, 18:09 |
|
|
|
| • “Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” -Meyxanaçının atasından SƏRT AÇIQLAMA
Dünən, 18:01 |
|
|
|
| • Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər – QƏRAR
Dünən, 17:59 |
|
|
|
| • Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış
Dünən, 17:57 |
|
|
|
| • Qəzənfər Paşayevin qızından maraqlı jest – 500 minlik qalmaqal gündəmi qarışdırdı
Dünən, 17:47 |
|
|
|
| • Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
Dünən, 17:42 |
|
|
|
| • Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:36 |
|
|
|
| • “BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub - ƏMR
Dünən, 17:34 |
|
|
|
| • Məhkəmə hakimləri üçün əba alınır - QİYMƏT, TENDER...
Dünən, 17:30 |
|
|
|
| • Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu
Dünən, 17:24 |
|
|
|
| • Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır - Gələn həftə Kremlin sahibi baş nazirdən hesab soracaq...
Dünən, 17:20 |
|
|
|
| • Biləcəridə qanun hərləyən KİMDİR Kİ... - FAKT BUDUR
Dünən, 16:57 |
|
|
|
| • “Bosniya qəssabı” Ratko Mladiç ölüb
Dünən, 16:44 |
|
|
|
| • TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO
Dünən, 16:42 |
|
|
|
| • Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı - KİV
Dünən, 16:40 |
|
|
|
| • Ermənilər SSRİ-ni unudurlar - Paşinyan belə deyir...
Dünən, 16:22 |
|
|
|
| • Ermənistan Azərbaycana müharibə elan edir? - Görünəni odur ki...
Dünən, 16:21 |
|
|
|
| • İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı
Dünən, 16:20 |
|
|
|
| • Nərimanov Tibb Mərkəzində narazılıq - “İllərlə bütün çətinliklərə bu ümidlə dözdük, amma...”
Dünən, 16:17 |
|
|
|
| • Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 16:13 |
|
|
|
| • “Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” - AKTUAL
Dünən, 16:09 |
|
|
|
| • Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi - ADLAR
Dünən, 16:02 |
|
|
|
| • Ruslar Azərbaycana axışır – səbəb nədir?
Dünən, 15:59 |
|
|
|
| • Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə 900 min manat ödəyəcək
Dünən, 15:36 |
|
|
|
| • Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb – 201 min manata
Dünən, 15:34 |
|
|
|
| • Bakıdan keçərək Tiflisə gedən sərnişin külli miqdarda kokainlə TUTULDU
Dünən, 15:19 |
|
|
|
| • Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir" - Xocalı cəlladı...
Dünən, 15:16 |
|
|
|
| • Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
Dünən, 15:04 |
|
|
|
| • Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı - KİV
Dünən, 14:58 |
|
|
|
| • İcra başçısının atası Bakıda dava etdi - TƏFƏRRÜAT
Dünən, 14:51 |
|
|
|
| • Paşinyanın bu strategiyası doğrudur... - ONA GÖRƏ DƏ...
Dünən, 14:46 |
|
|
|
| • Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır - Paşinyan
Dünən, 14:40 |
|
|
|
| • “OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb
Dünən, 14:39 |
|
|
|
| • 1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Dünən, 13:16 |
|
|
|
| • Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə AĞIR CƏZA
Dünən, 13:09 |
|
|
|
| • Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü — DETALLAR
Dünən, 13:07 |
|
|
|
| • Zeynəbdən ONU QINAYANLARA: - “Yayda şuba geyinməliyəm?”
Dünən, 13:01 |
|
|
|
| • Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur - Paşinyan
Dünən, 12:59 |
|
|
|
| • Koçaryanla Sarkisyan Bakıya verilə bilər? - CAVAB
Dünən, 12:58 |
|
|
|
| • Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi - KİV
Dünən, 12:53 |
|
|
|
| • Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 12:45 |
|
|
|
| • Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər - Zelenskinin Ofisi
Dünən, 12:44 |
|
|
|
| • Azərbaycan Suriyaya daxil olur: - qaz, Türkiyə və böyük geosiyasi oyun
Dünən, 12:42 |
|
|
|
| • Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək - DETALLAR
Dünən, 12:40 |
|
|
|
| • «Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir – YIĞIMLAR AZALIR, ÖDƏNİŞLƏR ARTIR
Dünən, 12:38 |
|
|
|
| • Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi - DRON TƏHLÜKƏSİ
Dünən, 12:31 |
|
|
|
| • Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? - Köçəryanın həbsi ilə bağlı şok iddialar
Dünən, 12:28 |
|
|
|
| • “Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - NARAZILIQ VAR...
Dünən, 12:22 |
|
|
|
| • CNN-lə məhkəmə - Azərbaycanın vəkilindən ilginc açıqlamalar
Dünən, 12:19 |
|
|
|
| • Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi - İLGİNC
Dünən, 12:14 |
|
|
|
|