“BÜLLUR SARAY”IMIZ İSTİFADƏYƏ HAZIRDIR
Tarix: 26-03-2012, 12:58 |
Çap et
TİKİNTİ İŞLƏRİ YEKUNLAŞMAQ ÜZƏRƏDİR
Azərbaycanın ev sahibliyi edəcəyi «Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall"da tikinti işləri yekunlaşmaq üzrədir.
APA-nın eurovision.az saytına istinadən verdiyi xəbərə görə, artıq zalın kristalları quraşdırılır.
Ötən həftə Bakıda olan 41 ölkənin nümayəndə heyətlərinin rəhbərləri də müsabiqənin keçiriləcəyi yerdə olublar. Nümayəndə rəhbərləri «Baku Crystal Hall»-ın çox heyrətamiz olduğunu, Bakıda möhtəşəm müsabiqənin keçiriləcəyinə əminliklərini vurğulayıblar.