COŞQUNLA RAFAEL SOYULDULAR
Tarix: 19-03-2012, 12:24 |
Çap et
“BU ŞƏHƏRDƏ”NİN OFİSİNİ QARƏT EDİBLƏR
Bu gecə Bakının Yasamal rayonunda "Bu şəhərdə" yumoristik layihəsinin yaradıcı kollektivinin ofisi qarət edilib. Bu barədə Trend-ə "Bu şəhərdə"nin ssenaristi və prodüseri Müşviq Abbasov məlumat verib.
"Ofisimizin altını üstünə çeviriblər, kompyuterləri və texnikanı oğurlayıblar. Hazırda dəyən ziyanın miqdarı hesablanır. Biz Yasamal Rayon Polis İdarəsinə müraciət etmişik. İdarə cinayət işi açıb və cinayətkarların axtarışı ilə məşğul olur", - Abbasov deyib.
"Bu şəhərdə"nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimovdur.