ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisi - İNCƏLƏMƏ

Boş-boşuna Hörmüz boğazında yeni hadisələr axtarmayın. Böyük ehtimalla, Hörmüz boğazında hələ uzun müddət diqqətə layiq hadisələr baş verməyəcək. Çünki ABŞ Hörmüz boğazını tamamilə blokadaya aldı və bundan sonra İranın ciddi şəkildə zəifləməsini gözləyəcək. Onun artıq müqavimət göstərmək qabiliyyətində olmadığını hiss edəndə isə sonuncu və həlledici hücuma keçib, məsələyə nöqtə qoyacaq. Eynilə 1990-2000-ci illərdə İraqda olduğu kimi.
 Məlumdur ki, ABŞ adına Körfəz müharibəsi dediyi İraqın işğalını iki mərhələdə həyata keçirdi. I Körfəz savaşı 1990-cı ildə İraqın Kuveyti işğalı ilə başladı. İddiaya görə, ABŞ-ın İraqdakı səfiri Aprel Qlaspinin işğaldan bir müddət əvvəl Səddam Hüseynlə görüşüb ona Vaşinqtonun “ərəblərin daxili işlərinə qarışmayacağı” barədə “zəmanət” vermişdi. Sadəlövh Səddam Hüseyn də ABŞ-ın bu “kişi sözünə” inanmış (baxmayaraq ki, Aprel Qlaspi kişi yox, qadın idi) və Kuveyti ilhaq edib təsərrüfatını böyütmək istəmişdi. ABŞ-ın “kişi sözü”nün ömrü isə cəmi 1 gün çəkmişdi. Avqustun 2-də Kuveyt işğal olunduqdan 1 gün sonra Vaşinqton səsini başına atıb İraqın bu təcavüzkar hərəkətini sərt dildə qınamağa başlamışdı. 6 ay davam edən bu “qışqır-bağır” diplomatiyasından sonra 1991-ci ilin yanvar ayının 17-də ABŞ başına öz “şaykasını” (koalisiya qüvvələrini) yığıb İraqı Kuveytdən çıxarmaq hərəkatına start vermişdi. Bəs bilirsiniz, ABŞ İraqı nə zaman Kuveytdən kənarlaşdıra bilmişdi? – 28 fevral 1991-ci il. Yəni “Çöl fırtınası” əməliyyatı adlanan bu əməliyyat cəmi 42-43 gün çəkmişdi. Eynilə indiki İran əməliyyatı qədər.
 Səddam Hüseyn İraqı da I Körfəz savaşında indiki Xamenei İranı kimi ABŞ təcavüzünə qarşı qəhrəmancasına dirənə bilmişdi. Hətta Xamenei İranından daha üstün “performans” göstərmişdi. Xamenei İranı bu 40 gün ərzində özünün iddiasına görə, 20-yə yaxın, Səddam İraqı isə 52 ABŞ təyyarəsi və helikopteri düşürmüşdür. Xamenei İranı bu müddət ərzində ABŞ-ın iddiasına görə, 13 Amerika, 15 İsrail əsgərini o biri dünyaya göndərib. Üst-üstə toplayıb yuvarlaqlaşdırsaq, 30 edər. I Körfəz savaşında ABŞ və koalisiya qüvvələrinin canlı itkisi isə 300-dür. Yəni İraq savaşındakından 10 dəfə çox. Digər ayrıntılara girib dəyərli vaxtınızı çox almaq istəmirəm. Sözümün canı odur ki, İraq da I Körfəz savaşında başını aşağı salıb məzlum kimi öz başının nə zaman kəsiləcəyini gözləməmişdi. Hətta bizim İslam təəssübkeşi xalqımız Səddam Hüseynin ozamankı “qəhrəmanlığından” elə vəcdə gəlmişdi ki, yeni anadan olan uşaqlarının adını Səddam qoymuşdu. Bu gün təzə ata və anaların öz övladına Xameneinin və ya Qalibafın adını qoyub-qomadığını bilmirəm.
 Qısası, bir çox cəhətdən bir-birinə bənzəyən bu iki savaşın böyük ehtimalla nəticəsi də eyni olacaq.
Elədirsə, gəlin, bir-birindən 12 illik fasilə ilə ayrılan və əslində bir-birinin gecikmiş davamı olan Körfəz savaşlarının nəticəsinə nəzər salaq.
Sirr deyil ki, I Körfəz savaşı II Körfəz savaşının müqəddiməsi idi. İlk savaşın məqsədi İraqı zəiflədib müqavimətsiz hala gətirmək və zamanı gələndə onu boğazlayıb kəsməyə hazırlamaqdı. Necə ki, biz qurban kəsəndə heyvanın əvvəl boğazını kəsib və sonra 5-6 dəqiqə onun qanının bədənindən çıxmasını gözləyirik. Bənzətmə nə qədər kobud və amansız olsa da, ABŞ İraq savaşlarında məhz belə etmişdi. Əvvəl onu yaralamış, sonra isə çırpına-çırpına damarındakı qanın axıb bitməsini gözləmişdi. Bunun üçün isə ilk növbədə İraqın şimalını uçuşa yasaq bölgə elan etmiş və kürd separatizminin kök salmasına şərait yaratmışdı. Digər tərəfdən isə onun Fars (Bəsrə) körfəzinə açılan qapısını tutmuş və neft satma imkanlarını sıfırlamışdı. Eynilə bugünkü İran savaşında Hörmüz boğazını tutduğu kimi. I Körfəz savaşı ilə II Körfəz savaşı arasında keçən 13 il ərzində İraqa ancaq dərman və taxıl almaq üçün öz neftini satmaq icazəsi verilmişdi. Nəticədə İraq əhalisi tamamilə gücdən düşmüş, dövlət özünü müdafiə edəcək silahlardan məhrum buraxılmışdır. Beləcə, ABŞ II Körfəz savaşında çox da əziyyət çəkmədən qələbə qazanmaq imkanı əldə etmişdir.
Məsələyə bu məntiqlə yanaşanda ABŞ-ın I İran savaşında da özünün nihai hədəflərini reallaşdırdığı aydın olur. Xüsusilə də Hörmüz boğazının bağlanmasından sonra İranın I Körfəz savaşında əl-qolu bağlanan İraqdan fərqli vəziyyətdə olmadığını görə bilərik.
 Sual oluna bilər: ABŞ Hörmüz boğazını bağlamaqla İranla yanaşı digər ərəb ölkələrini də çətin vəziyyətə salır. Bəs, onları necə bu ağır vəziyyətdən çıxara biləcək?
Fikrimcə, bunun həll yolu da əvvəlcədən düşünülüb. Özü də indi yox, xeyli müddət əvvəl. Söhbət Bəsrə (Fars) körfəzinin istisna edildiyi marşrut layihələrindən gedir. Bu layihələrdən biri İMEC layihəsidir. 2023-cü ilin 9-10 sentyabrda Hindistanda keçirilən G20 Zirvə Görüşündə elan edilən Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) planı dəmir yolu, dəniz və enerji xətlərini əhatə edən strateji infrastruktur və ticarət layihəsidir. Hindistanı BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail vasitəsilə Avropaya (Yunanıstan) birləşdirməyi hədəfləyir. Çinin "Bir Kəmər, Bir Yol" Təşəbbüsünə alternativ olaraq görülən bu dəhliz ticarəti 40% sürətləndirməyi və xərclərini 30% azaltmağı hədəfləyir.
İkinci plan Oman-Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə xəttidir. Enerji dəhlizi olaraq Qətərdən Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə-Avropa xətti kimi düşünülən bu plan 2008-ci ildə Türkiyə prezidenti Abdullah Gül tərəfindən həm Suriya, həm də Səudiyyə Ərəbistanı liderlərinə təqdim olunmuşdur. Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın təbiri ilə desək, həmin vaxt bu layihənin reallaşdırılmasının qarşısını kəsən “ərəb baharı” hadisələri oldu. Təbii ki, İran və Rusiyanın Suriyaya müdaxiləsi və 13 il bu ölkəni əllərində tutmaq səyləri də planın gecikdirilməsinin əsas səbəblərindən biri idi. Ötən ildən başlayaraq, həm Rusiya, həm də İran Suriyadan qovuldu və layihənin yenidən reallaşdırılması imkanı yarandı. Fikrimcə, bu layihə işə salınsa, Səudiyyə Ərəbistanı ilə yanaşı BƏƏ-nin də enerji məhsulları bu dəhliz vasitəsi ilə Avropaya yollana biləcək.
Adına şərti olaraq Hicaz dəhlizi dediyimiz Oman-Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə xətti təkcə enerji məhsullarının nəqlini nəzərdə tutmur. Hətta deyərdim ki, enerji nəqli mübahisəli görünsə də, Hicaz dəhlizi Hindistandan Avropaya müxtəlif məhsulların nəqlinin ən qısa və ucuz yolu kimi nəzərdən keçirilir. 1900-cü illərin əvvəlində Almaniya və Osmanlı dövlətlərinin birgə fəaliyyəti ilə bu istiaqamətdə dəmir yolları belə çəkilib. Hicaz dəmir yolunun Hicaz koridoruna çevrilməsi üçün Mədinədən Omana qədər dəmir yolu çəkilməsi kifayət edər. Bu yaxınlarda İordaniya və Səudiyyə Ərəbistanına səfər edən Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülqadir Uraloğlu Türkiyə, Suriya və İordaniyanı bir-birinə bağlayan "müasir Hicaz Dəmir Yolu" qurmaq istədiklərini gizlətməyib. Nazir yaxın gələcəkdə Səudiyyə Ərəbistanı və Omanın bu marşruta qoşulmaq ehtimalını da istisna etməyib: "Səudiyyə Ərəbistanı naziri ilə görüşdüm. Texniki nümayəndə heyətləri bu ay görüşəcək. Xarici İşlər Nazirliyimiz vasitəsilə Omanla da danışdıq. Onlar da bu layihəyə müsbət yanaşırlar. Beləliklə, qeyd etdiyiniz kimi, bu xətt Omandan başlayıb Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyədən keçəcək. Söhbət Qırmızı dənizə, Aralıq dənizinə, eləcə də Avropaya açılacaq bir xəttdən gedir".
Üzərində durulan digər bir xətt isə “Qalxınma yolu” projesidir. Hakan Fidanın bildirdiyinə görə, 2021-2022-ci illlərdə İraqın təşəbbüsü ilə ortaya atılan bu təklif region ölkələrindən bəzilərinin, o cümlədən İranın müxalifliyi nəticəsində baş tutmayıb. Bununla belə, Hörmüz boğazının bağlanması ilə faktiki olaraq bu layihə vazkeçilməz hala gələ bilər. Əsasən, Kuveyt və İraq enerji mənbələrinin dünya bazarına çıxarılması üçün.
Göründüyü kimi, Hörmüz boğazının bağlanması ehtimalında alternativ layihələr mövcuddur və onlar hər an dövriyyəyə salına bilər. Zənnimizcə, yaxın zamanlarda bu alternativ layihələrin həyata keçirilməsi ilə Hörmüzün bağlanmasının yeganə qurbanı İran olacaq. Təbii ki, İraq sonuna qədər İrana sədaqətindən vaz keçməyəcəyi təqdirdə. İraq özünü dəyişməsə, ikinci Hörmüz şapalağını o da dadacaq.
Bütün bunlar İranın da İraq ssenarisinə bənzər şəkildə sıradan çıxarılması ehtimalını gücləndirir. İran bu imtahandan üzüağ çıxacaqmı? Açığı, inanmıram. Amma ümid etmək istərdim ki, yanılan mən olum.
Müəllif: Heydər Oğuz
"DİA-AZ"


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti Bilal Əliyev
Bu gün, 18:45 |
|
|
|
| • 25 minlik dələduzluq, 3 müstəntiq və nəticəsiz istintaq – kiberdələduzluq işi niyə dalana dirənib?
Bu gün, 18:40 |
|
|
|
| • İsrail Livanda atəşkəs xəbərini təkzib edib
Bu gün, 18:26 |
|
|
|
| • Pakistanda növbəti həftə ABŞ-İran danışıqları bərpa edilə bilər - KİV
Bu gün, 18:24 |
|
|
|
| • Ermənistan bu tarixlərdə hava məkanını bağlayır
Bu gün, 17:42 |
|
|
|
| • Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…
Bu gün, 17:29 |
|
|
|
| • Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının sədri dəyişdi
Bu gün, 17:26 |
|
|
|
| • AB Ermənistana yeni missiya göndərir
Bu gün, 17:20 |
|
|
|
| • Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək
Bu gün, 17:12 |
|
|
|
| • "Hər şeyi o bilir, o da ölüb" - Xaricdə qızı boğub öldürən azərbaycanlıların İŞİ
Bu gün, 17:06 |
|
|
|
| • Cənubi Qafqazda böyük güc savaşı başlayır - ŞƏRH
Bu gün, 17:04 |
|
|
|
| • Qəza, diplomatiya və nəticə: Azərbaycan istədiyini aldı - İNCƏLƏMƏ
Bu gün, 17:02 |
|
|
|
| • ABŞ-da azərbaycanlı həbs olundu
Bu gün, 17:01 |
|
|
|
| • Rəssamlıq Akademiyasında təqaüdlər gecikir? – Rəsmi açıqlama
Bu gün, 16:55 |
|
|
|
| • Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilib
Bu gün, 16:51 |
|
|
|
| • İcra hakimiyyəti toyuqla adama fərq qoymur: Zirədə üfunət qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 16:47 |
|
|
|
| • Şahin Bağırovdan iki rəis təyinatı - ƏMR
Bu gün, 16:41 |
|
|
|
| • Anar Əsədlinin hüquqlarını bu vəkil müdafiə edəcək
Bu gün, 16:40 |
|
|
|
| • Xalq artisti əməliyyat olunacaq - AÇIQLAMA
Bu gün, 16:38 |
|
|
|
| • Səhnəmizin “boşluq ustası” olan Çingiz Əhmədov - Orxan Saffari yazır...
Bu gün, 16:36 |
|
|
|
| • Azərbaycanda dolların məzənnəsi dəyişəcək? - Rəsmi açıqlama
Bu gün, 16:33 |
|
|
|
| • Eşqi Bağırov onları müavin təyin etdi - FOTO
Bu gün, 16:32 |
|
|
|
| • Bərbərxanada sevgilisini döyən şəxs cinayət məsuliyyətindən azad edildi
Bu gün, 16:30 |
|
|
|
| • Göyçay RMX-da RƏZALƏT: Növbə gözləyən yaşlı qadın xəstəxanalıq oldu – Foto
Bu gün, 16:26 |
|
|
|
| • Paşinyan müxalifəti Ermənistanı müharibəyə sövq etməkdə günahlandırıb
Bu gün, 16:23 |
|
|
|
| • Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
Bu gün, 16:21 |
|
|
|
| • İranla müharibəyə girməyəcəyik - Starmer
Bu gün, 16:13 |
|
|
|
| • Opera və Balet Teatrında QALMAQAL böyüyür – Erməni İTTİHAMI
Bu gün, 16:12 |
|
|
|
| • Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 16:08 |
|
|
|
| • Azərbaycan və Rusiya AZAL təyyarəsinin qəzasından irəli gələn məsələlərin həlli barədə razılığa gəlib - BİRGƏ BƏYANAT
Bu gün, 16:07 |
|
|
|
| • Azərbaycan nümunəsi göstərir ki... - GƏLİŞMƏ
Bu gün, 16:01 |
|
|
|
| • Nazir müavini təyin olunan agentlik rəisinin yerinə təyinat - ƏMR
Bu gün, 15:56 |
|
|
|
| • İcra başçısı yeni sektor müdirləri təyin etdi - FOTO
Bu gün, 15:55 |
|
|
|
| • Avropanın bəzi ölkələri Azərbaycana pislik etmək üçün fürsət axtarır - Professor
Bu gün, 15:53 |
|
|
|
| • Turançılıq ideyasına açıq dəstəyi Orbana qarşı cəbhəni böyütdü - Azər Ayxan
Bu gün, 15:46 |
|
|
|
| • Rəssamlıq Akademiyasında təqaüdlər gecikir? – Akademiyadan açıqlama
Bu gün, 15:44 |
|
|
|
| • Moskva “düyməni basdı” – yeni “Vardanyan kartı” işə düşdü
Bu gün, 15:40 |
|
|
|
| • Sülh kifayət qədər güclü hüquqi əsaslara malikdir - Nikol Paşinyan
Bu gün, 15:07 |
|
|
|
| • Dollar manata “uduzur” - AKTUAL
Bu gün, 15:05 |
|
|
|
| • Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olundu - FOTO
Bu gün, 15:02 |
|
|
|
| • Daha iki tanınmış ekspert AQC-yə qoşuldu – FOTOLAR
Bu gün, 14:59 |
|
|
|
| • İran ABŞ-ı Fars və Oman körfəzlərində, eləcə də Qırmızı dənizdə ticarətə icazə verməyəcəyi ilə hədələyib
Bu gün, 14:54 |
|
|
|
| • Müəllimə 3 övladı ilə deportasiya olundu – Həyat DRAMI: “Nə evimiz var, nə çörəyimiz...”
Bu gün, 14:52 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı üç şirkəti cərimələyib
Bu gün, 14:49 |
|
|
|
| • "Uşaqlarımı hələ bir-biri ilə tanış etməmişəm"
Bu gün, 14:46 |
|
|
|
| • Orban "Drujba" kəmərinin işi bərpa olunandan sonra Ukrayna ilə bağlı vetonu aradan qaldıracaq - Macar
Bu gün, 14:44 |
|
|
|
| • İran ciddi şəkildə zəifləyib, nə qədər tab gətirə biləcəkləri sual altındadır - Tramp
Bu gün, 14:42 |
|
|
|
| • Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
Bu gün, 13:04 |
|
|
|
| • "O, 17 il teatrı zəbt etdi, heç kim qərarlarına qarşı çıxa bilmirdi" -Əməkdar artist
Bu gün, 13:02 |
|
|
|
| • “Bank of Baku”nun borcu 1 milyardı keçdi
Bu gün, 13:01 |
|
|
|
|