NAZİRLƏR REDAKTORLARLA GÖRÜŞƏCƏK
Tarix: 4-10-2011, 17:46 |
Çap et
MƏTBUAT ÇURASI KÖHNƏ PROJEYƏ QAYIDIR
Azərbaycan Mətbuat Şurası «Nazir-Redaktor dialoq»unu bərpa edir. Qurum bu məqsədlə müvafiq dövlət qurumları ilə danışıqlar aparır. Bu barədə APA-ya məlumat verən MŞ sədri Əflatun Amaşov layihəyə yaxın günlərdə start veriləcəyini vurğulayıb.
Ə. Amaşov rəhbərlik etdiyi qurumun müxtəlif vaxtlarda mövcud layihə çərçivəsində bir sıra vacib görüşlər keçirdiyinə diqqət çəkərək bildirib ki, hər bir dövlət qurumunun və media rəhbərinin təması KİV-in müvafiq sahə üzrə fəaliyyətindəki spesifik cəhətləri dəyərləndirməsində müstəsna amildir.
«Bildiyiniz kimi, bu günlərdə Mətbuat Şurası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə turizm mövzusunun mediada işıqlandırılması ilə bağlı toplantı keçirdi. Nazir Əbülfəs Qarayevin də iştirak etdiyi tədbirdə kifayət qədər açıq diskussiyalar getdi, müxtəlif problemlərə də toxunuldu, səmimi ortam müşahidə edildi. Hesab edirik ki, bu kimi təmasların sayı artırılmalıdır. «Nazir-redaktor dialoqu»nun bərpasında mövcud zərurəti əsas götürürük», - deyə Ə. Amaşov vurğulayıb.