ARTUR RƏSİZADƏ QƏRAR VERDİ
Tarix: 3-10-2011, 12:16 |
Çap et
BAŞ NAZİR İŞÇİLƏRİNİN QEYDİNƏ QALIR
Baş nazir Artur Rasizadə mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi ilə bağlı bəzi məsələlər barədə qəra imzalayıb.
Nazirlər Kabinetindən verilən məlumata görə, sözügedən qərarla mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma təsdiq edilib.
“Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabat hər rübün və ilin sonunda mərkəzi icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında və rəsmi dövri mətbu nəşrdə dərc edilməlidir.
Hesabat mərkəzi icra hakimiyyəti orqanının maliyyə xidməti tərəfindən hazırlanmalı və orqanın rəhbəri tərəfindən imzalanmalıdır”-deyə qərarda bildirlib.
Qərar imzalandığı gündən – 29 sentyabr 2011-ci il tarixdən qüvvəyə minib.