SƏFƏR ƏBİYEV MÜALİCƏ OLUNMASI ÜÇÜN İSRAİLƏ GEDİR
Tarix: 11-12-2013, 09:54 |
Çap et
KEÇMİŞ MÜDAFİƏ NAZİRİNİN SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏR YARANIB
DİA.AZ: - Müdafiə Naziri postundan alındıqdan sonra gah yenidən vəzifəyə gətiriləcəyi deyilən, gah da barəsində kompramat xarakterli faktlarla əlaqədar hətta hüquqi addımın atıla biləcəyi də söylənilən Səfər Əbiyevin səhhətində problemlər yaranıb. Bu barədə DİA.AZ-a keçmiş nazirə yaxın mənbələr informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, son günlər özünü narahat hiss edən Səfər Əbiyev həkimə də müraciət edib. Onda güclü təzyiqlə yanaşı, şəkər xəstəliyinin şiddətlənmiş halı da aşkarlanıb. Keçmiş nazirin yaxın günlərdə xəstəliyi ilə əlaqədar İsrailə müalicəyə gedə biləcəyi də gələn xəbərlər içindədir.
Xatırladaq ki, Səfər Əbiyev bu yaxınlarda oğluna toy edib. Nazir postundan alındıqdan sonra yaxınları belə hədəfə alınan Səfər Əbiyevə son günlər vəzifə başında olan məmurların o qədər də sıcaq münasibət bəsləmədiyi söylənilir.