Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək .....                     Ukraynanın AB üzvü olmasına qarşı deyilik .....                     Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar .....                     Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib .....                     “Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz .....                     Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... .....                     "Nazirliyin işi tost demək deyil..." .....                     Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR .....                     "Bu nə ədalətsiz dünyadır belə?" .....                     Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR .....                     "Məncə bu sizin hoqqanızdır..." .....                     "Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", .....                     Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? .....                     Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? .....                     Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? .....                     Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır .....                     Nazirlikdən multimilyonluq laboratoriya tenderi .....                     Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır .....                     Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər .....                     Turistlər niyə Azərbaycandan uzaqlaşır? .....                     Ermənistan üçün Ukrayna ssenarisi? .....                     Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib .....                     Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb .....                     Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                     "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb .....                     Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb .....                     İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... .....                     Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib .....                     Fənərbağça prezidenti həbs edilib .....                     Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! .....                     Tonoyan onları "SATDI" .....                     Xoşqədəmdən sərt sözlər: .....                 

ALMAN TƏHLİLÇİ NİYƏ QAYĞILI İDİ?
Tarix: 7-02-2012, 13:24 | Çap et
ALMAN TƏHLİLÇİ NİYƏ QAYĞILI İDİ?

“MƏNƏ ATƏŞ AÇIRLAR”...

Əsasında populyar film çəkilmiş bir məşhur komediya əsəri var – Catch-22. Əsərin qəhrəmanı Amerika hərbi təyyarəçisi John Yossariandır. 1943-cü ildə İtaliyada yerləşmiş eskadriliyada xidmət edir.

Əsərə görə Yossarian qəribə bir psixoloji problem yaşayır. Ona elə gəlir ki, hamı onu öldürmək istəyir. Sübut üçün də uzağa getmir: “Mənə atəş açırlar!” – deyir. Ona bildirirlər ki, müharibədir sən də alman təyyarələri ilə döyüşə girən bir Amerika təyyarəçisisən.

“Bəs onda niyə mənə atəş açırlar?” – soruşur. Yenə ona deyirlər, çünki alman hərbçiləri bütün Amerikalılara atəş açırlar.

“Fərqi nədir?” - Yossarian hesab edir ki, bütün ikinci dünya müharibəsi bir oyundur ki, axırda onu öldürsünlər. Ona atəş açan düşmən tərəf də məhz onu öldürməyə çalışır. Onu hərbi tapşırığa göndərən komandanlıq da eyni işi görür. Yossarian üçün bütün olaylar şəxsi xarakter daşıyır. Bir dəfə də ağlına gətirmir ki, ona atəş açırlar çünki müharibə gedir, o da qarşıduran tərəflərdən biridir.

Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı çıxışına baxırdım. Almaniya xarici siyasət və təhlükəsizlik institutunun direktoru Volker Perthesin naqolay bir sualı və prezident İlham Əliyevin həmin suala cavabı oxşar bir psixoloji tablo yaratdı.

Alman təhlilçi niyə qayğılı idi?

Almaniyada kifayət qədər ciddi bir siyasi instituta rəhbərlik edən Volker Perthesin sualı bu idi ki, baş verən ərəb inqilabları fonunda Hosni Mubarak dövrünü xatırladan indiki Azərbaycana sərmayə yatırmaq nə dərəcədə təhlükəlidir. Azərbaycan prezidentinin də bu suala gözlənilən cavabı təbii ki, ondan ibarət olmalı idi ki, Azərbaycanda ciddi siyasi islahatlar gedir, inqilab gözlənilmir və s.

Prezident Əliyev həmin cavabı verir, amma belə: “Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz.” Təbii ki, prezidentin cavabı təkcə bu cümlədən ibarət olmur. Bəzi statistik rəqəmlər sadalanır, deyilir ki, Azərbaycanda azad mətbuat və hətta azad internet var.

Amma diqqəti məhz sitat gətirilən cümləyə cəlb etmək istəyirəm. Bilmirəm ki, orta statistik azərbaycanlı və prezident Əliyev bu bəyanatı necə təfsir edər amma kənardan bu fikir emosional tutumlu bir cümlə kimi səslənir: “Arzunuz gözünüzdə qalacaq, görməyəcəksiniz o arzuladığınız inqilabı!” Kimə deyilir bu fikir?

Alman institutunun prezidentinə. Bu birinci dəfə deyil ki, Azərbaycan rəsmiləri, o cümlədən prezident İlham Əliyev, dünya dövlətləri və beynəlxalq təşkilat nümayəndələrinə belə diş qıcıdıblar.

Müxtəlif vaxtlarda ABŞ Dövlət Departamenti, Böyük Britaniya hökuməti, Almaniya və Fransa hökumətləri Azərbaycanda aranı qarışdırmaq istəyən “qara qüvvələr” kimi tənqid atəşinə tutulublar. Freedom House, Amnesty International, Sərhədsiz Reportyorlar, Human Rights Watch, hətta Avropa Şurası və ATƏT strukturlarının bəyanatlarına da oxşar reaksiyalar verilib.

Bakı üçün də hamı sözü bir yerə qoyub?

Qəribə bir mənzərə alınır. Belə çıxır ki, bütün dünya sözü bir yerə qoyub ki, Azərbaycanı qaralasın, onun təmiz adına ləkə yaxsın, ona şər atsın, onun barəsində böhtanlar səsləndirsin.

Azərbaycanın isə öz həqiqəti var, heç kimin başa düşmədiyi, qəbul etmədiyi, yalnız Bakı və Naxçıvanda dövlət rəsmilərinin başa düşdüyü bir həqiqət. Azərbaycanın dövlət başçısı Münhen Konfransında belə bir psixoloji portret cızdı özü və təmsil etdiyi hökumət üçün.

Reallıq isə elə də mürəkkəb deyil. Azərbaycanda qeyri-azad bir siyasi sistem var. Bu sistem dünyanın aparıcı dövlətlərinin paylaşdığı dəyərlərlə bir araya sığmır.

Üstəlik müasir dövrdə bu sistemlərin həm də qeyri-sabit olduğu üzə çıxıb. Buna görə də Qərb mediası, qeyri-hökumət təşkilatları, bəzən isə dövlət qurumları ara-sıra Azərbaycanı və Azərbaycan kimi onlarla diktaturanı buynuzlayırlar.

Bu dinamikada şəxsi qərəz axtarmaq olar və hətta tapmaq da olar, necə ki, Catch-22-nun qəhrəmanı John Yossarian axtarırdı və tapırdı. Amma bu qənaətlər atəşləri dayandırmayacaq. Çünki həmin qənaətlər açılan atəşləri yaradan səbəb deyil və deməli, onu susduran səbəb də ola bilməz.

Qorxmaz ƏSGƏROV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək - GƏLİŞMƏ
Bu gün, 08:05
Ukraynanın AB üzvü olmasına qarşı deyilik - Putin
Bu gün, 08:02
Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar – növbə bizə çatır?
Bu gün, 08:01
Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
Bu gün, 07:59
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...
Bu gün, 07:49
Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... - TƏFƏRRÜAT
Bu gün, 07:42
"Nazirliyin işi tost demək deyil..." - partiya sədri
Bu gün, 07:37
Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR - FAKT BUDUR!
Bu gün, 07:31
"Bu nə ədalətsiz dünyadır belə?" - Nura Suri
Bu gün, 07:25
Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR - "Başkəsən, oğru, saxtakar..."
Bu gün, 07:15
"Məncə bu sizin hoqqanızdır..." - ETİRAZ
Bu gün, 07:06
"Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24
Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14
Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12
Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:10
Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08
Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04
Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02
Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00
Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Dünən, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Dünən, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Dünən, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Dünən, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Dünən, 17:05
Fənərbağça prezidenti həbs edilib
Dünən, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Dünən, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Dünən, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Dünən, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Dünən, 16:48
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Dünən, 16:46
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Dünən, 16:45
Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Dünən, 16:41
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Dünən, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Dünən, 15:49
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Dünən, 15:45
Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Dünən, 15:43
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Dünən, 15:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru