PROBLEMLİ İCRA BAŞÇILARI İLKİN HƏDƏF OLACAQ
Tarix: 3-12-2013, 13:05 |
Çap et
RAYON RƏHBƏRLƏRİ MALİYYƏ YOXLAMALARININ ARDINDAN YOLA SALINIR
DİA.AZ: - Rayon icra başçılarının vəzifələrindən alınacağı, bəzilərinin isə yerlərinin dəyişdiriləcəyi ilə bağlı proses yaxın günlərdə start götürəcək. Xatırladaq ki, bu haqda xeyli müddət əvvəl məlumatlar yayılsa da, prosesdə hər hansı irəliləmə müşahidə olunmamışdı.
Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, əslində rayon icra başçıları ilə bağlı növbəti ələmə prosesinin yubanması son zamanlar İH-ləri verdikləri maliyyə hesabatlarının yoxlanılması, maliyyə təftişləri ilə əlaqədardır. Mənbənin söylədikləri: «Veriləcək qərarlar birbaşa olaraq təftişlərin nəticələri ilə mütənasiblik təşkil edəcək. Yəni hansı başçı yoxlamadan «salamat qurtula bilmədisə», onun da əmri imzalanacaq».
Hələlik bu barədə konkret qərarın olmadığını bildirən mənbəmiz əlavə etdi ki, amma mövqeləri kifayət qədər oynaq olan icra başçıları var ki, onların maliyyə sənədləşmələrində böyük nöqsanlar hesabına korrupsiyalarını etiraf etmələri başlarına problem yaradıb.