BAKI METROPOLİTENİNİN RƏHBƏRİ DƏYİŞİR
Tarix: 2-12-2013, 11:31 |
Çap et
TAĞI ƏHMƏDOVUN ERASI BAŞA ÇATIR: ONA QARŞI KİMLƏR BELƏ QƏZƏBLİDİR?
DİA.AZ: - Bakı metropoliteninin rəisi Tağı Əhmədovun başı üzərində qara buludlar var. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan anlaşılır.
Verilən informasiyaya görə, Tağı Əhmədov yaxın günlərdə vəzifəsindən alına bilər. Bunə səbəbsə onun iqtidar daxilində gedən müəyyən maraq toqquşmalarının qurbanı olması faktı göstərilir.
Bildirək ki, bir neçə gün əvvəl baş metroçu yerli KİV-lərlə müəyyən problem yaşadı. Belə ki, metroda qəzet-kitab satışını həyata keçirən «Metroservis» firmasının fəaliyyətinə son qoyuldu. Sonradan bu barədə açıqlama verən Tağı Əhmədov mətbuatla problem yaşamadığını və bu barədə tapşırığın «yuxarıdan» gəldiyini bildirməklə yaxasını kənara çəkməyə çalışdı. Amma buna rəğmən mətbuat onu qəzet yayımına qadağa qoyması səbəbindən hədəfə aldı.
Daxil olan informasiyaya görə, Tağı Əhmədovun əslində gedişi ilə bağlı qərarın verilməsinə bu olay səbəb olmasa da, çoxdan idi ki, ona qarşı müəyyən qüvvələrin kifayət qədər əsəbi olması faktı da mövcud idi.