Ucuz "makler evləri"nə ALDANMAYIN .....                     Nazir Orxan Kərimovu işdən çıxardı .....                     “Zobik” kim idi? Qanuni oğru, ya Sürət Hüseynovun adamı?! .....                     Milli Məclisin növbəti plenar iclası başlayıb, .....                     Donald Tramp niyə qalib gəldi? .....                     "Düz 1 aydır qalmışıq belə..." .....                     “HAMAS-ı məhv etmişik” .....                     Xaçmazın yolları BURMA-BURMADIR... .....                     AYNA qanunları nədən İCRA ETMİR? .....                     Çox həvəslə gözləyirdilər... .....                     Avropa Komissiyası reallıq hissini itirir .....                     "Vaxt olmayıb" .....                     Azərbaycanda dollar yenidən BAHALAŞA BİLƏR... .....                     İşlədiyi evdən 91 min manatlıq oğurluq edən dayə və tanışı ilə bağlı .....                     Paşinyan Avropa Siyasi Birliyinin sammitinə getdi .....                     Ermənilər yenidən savaş ovqatında: AXI NƏYNƏN..? .....                     Nəcəfli ilə Talıbov arasında GİZLİ ANLAŞMA .....                     Həbs edilən liseyin keçmiş direktoru şikayətini geri götürdü .....                     Sonuncu sülh paketi İrəvana göndərildi: Bakı 11-ci dəfə... .....                     Zaqatalada 1 həftə içində 2-ci .....                     Qarabağ Universitetinə yeni prorektor təyin olunub .....                     Saleh Məmmədovun yaxın adamı da BU YOLLA PUL ÇIXARIR... .....                     “Aqrarkredit” BOKT bəzi əmlaklarını satışa çıxarır .....                     Yardımlıda mağazalardan 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb .....                     Böyük Qayıdışın kiçik xronologiyası... .....                     Naxçıvan təhsilində PULTUTMA QALMAQALI... .....                     Bakıda 2 milyon manatlıq şirkətə yeni sədr seçiləcək .....                     Xocavəndə qayıdanda başçını burda qoyub gedək... .....                     “1 ay bundan əvvəl ona etibar etdim və bu hadisə baş verdi” .....                     Sabiq icra başçısı və onunla birgə mühakimə edilən şəxslə bağlı QƏRAR .....                     Tamilla İbrahimovanın şirkəti məhkəməyə verilib .....                     "Elə bir iş qurmaq lazımdır ki, onları ailəyə, nikaha meyilləndirsin" .....                     “Mən uzaqdayam, qayğısını çəkənlər var” .....                     Baxçalıdan tarixi prezidentlik açıqlaması .....                     İran Zəngəzura mütəxəssislər göndərdi: sürətli iş aparır .....                     Qubada kəndli torpaqsız qalıb... .....                     Uşaq evində yayılan xəstəliklərlə bağlı kim məsuliyyət daşıyır? .....                     Ermənistanın COP29 ərəfəsində sülh manevri .....                     Qalmaqallı iş adamı BU DƏFƏ İLİŞDİ .....                     2 saylı Bakı Baza Tibb Kollecinin ŞÜBHƏLİ ORTAĞI .....                 

FƏRHAD ƏLİYEV KƏRƏM HƏSƏNOVU MƏHKƏMƏYƏ VERİR
Tarix: 12-11-2013, 13:20 | Çap et
FƏRHAD ƏLİYEV KƏRƏM HƏSƏNOVU MƏHKƏMƏYƏ VERİR
KEÇMİŞ NAZİR KOMİTƏ SƏDRİ İLƏ MAL-MÜLK DAVASINA ÇIXDI: TƏFƏRRÜAT...

DİA.AZ: - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun korrupsiya əməliyyatları barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Bu məlumatlar Kərəm Həsənov iqtisadi inkişaf naziri Fərhad Əliyevlə birgə işləməsindən komitə rəhbəri olmasına qədərki dövrü əhatə edir. DİA.AZ-a çatan həmin faktları diqqətinizə təqdim edirik.

Kərəm Həsənov Zakir Fərəcovla nəyi bölə bilmir?

Məlumatlarda bildirilir ki, Kərəm Həsənov rəhbərlik etdiyi komitəni şəxsi obyekti kimi idarə edir. Kimi istəyir işdən çıxarır, kimi istəyir vəzifəyə təyin edir. Heç kəsi saya salmır. Məsələn, o, hətta Abşeronun icra başçısı Zakir Fərəcovun qardaşı, Sumqayıtın əmlak şöbəsinin müdiri Nazim Fərəcovu bu vəzifədə işləməyə qoymayıb. Məlumatlara görə, Kərəm Həsənov icra başçısının qardaşını işdən çıxarmaq üçün ən ağlagəlməz üsullardan istifadə edib. Kərəm Həsənov əvvəlcə onu komitəyə gətirdərək ticarət, müəssisə və obyektlərin əlaqələnirilməsi mərkəzinə direktor təyin edib. Lakin Nazim Fərəcov bu vəzifədə 15 gün davam gətirə bilib və öz ərizəsi ilə işdən çıxmağa məcbur edilib. Kərəm Həsənovun Nazim Fərəcovu Sumqayıtdan uzaqlaşdırmasının səbəbi isə bu şəhərdəki iri obeyktlərin rahat özəlləşdirilməsi olub. Komitə rəhbəri ehtiyat edib ki, Sumqayıtda özəlləşdirməyə çıxarılan müəssisələrin real qiymətləri barədə Zakir Fərəcov dövlət başçısına nələrsə pıçıldaya bilər. Ona görə də icra başçısının qardaşını işdən çıxarmaqla gözlənilən təhlükənin qarşısını alıb. Hazırda isə Sumqayıtdaki özəlləşdirmə məsələlərinə Kərəm Həsənovun qardaşı nəzarət edir.

Ümumiyyətlə komitə rəhbəri iri şəhər və rayonlarda özünə yaxın saydığı adamlarla işləməyə üstünlük verir.

Komitə sədri icra başçısının qardaşını necə həbs etdirib?

Kərəm Həsənovun Auksion Mərkəzini tam nəzarətinə götürməsi də maraqlı olub. DİA.AZ-a verilən məlumatlara görə, həmin mərkəzin rəhbəri əvvəllər Nərimanovun icra başçısı Abdin Fərzəliyevin qardaşı Ağaəli Fərzəliyev imiş. O həm də YAP Siyasi Şurasının üzvü olub. Buna baxmayaraq Kərəm Həsənov Ağəli Fərzəliyevi Auksion Mərkəzindən üzaqlaşdıra bilib. Komitə sədri icra başçısının qardaşına şər atmaqla onu həbs etdirib. Ağəli Fərzəliyev qardaşının əlaqələrindən istifadə edərək 3 ay sonra həbsdən çıxa bilib amma köhnə vəzifəsini geri qaytarmağı bacarmayıb. Beləliklə də Auksion Mərkəzi Kərəm Həsənovun nəzarətinə keçib. Məlumatlarda deyilir ki, Kərəm Həsənovun Ağəli Fərzəliyevi Auksion Mərkəzindən uzaqlaşdırmasının səbəbi də onunla bağlı "yuxarılara" hansısa məlumatların ötürülə biləcəyindən ehtiyatlanması olub.

Komitə sədri Gəncədə də demək olar ki, eyni oyunları oynayıb. DİA.AZ-ın əldə etdiyi məlumatlarda bildirilir ki, Kərəm Həsənov Gəncənin keçmiş icra başçısı Eldar Əzizovun xahişi ilə ona yaxın şəxsi əmlak şöbsinə rəhbər təyin edib. Sonradan komitə sədri düşünüb ki, Eldar Əzizov da dövlət başçısı İlham Əliyevə yaxınlığı ilə seçilir və bu şəxs iri müəssisələrin özəlləşdirilməsi zamanı ona problemlər yarada bilər. Ona görə də həmin şəxsi Gəncədən Şəmkirə sürgün edilib.

Həcər Cəfərova kimdir və niyə Kərəm Həsənovla işləmək istəməyib?

Kərəm Həsənovun tabeliyində olan şəxslərlə təhqiramiz qaydada davrandığı bildirilir. DİA.AZ-a daxil olan məlumatlara görə, komitə sədri yerli-yersiz işçiləri təhqir edir, onları aşağılayır və s. Bu səbəbdən hətta Kərəm Həsənovun yaxın çevrəsinə daxil olan şəxslərdən öz ərizələri ilə işdən çıxıblar. Onlardan biri də komitədə əqd şöbəsinin müdiri Həcər Cəfərovadır. Məlumatlarda deyilir ki, Həcər Cəfərova Kərəm Həsənova çox yaxın şəxs olub. Komitə sədri ona daha çox etibar edirmiş. Lakin Kərəm Həsənovun söyüş söymək kimi pis vərdişi Həcər Cəfərovanı bezdirib və nəhayət bu qadın işdən çıxmağı qərara alıb. Kərəm Həsənov onu bu fikrindən daşındırmaq istəsə də, məqsədinə nail ola bilməyib. Həcər Cəfərovdan başqa komitədə ən yaxşı hüquqşünas kimi tanınan Qəhrəman adlı şəxs də Kərəm Həsənovun təhqirlərinə tab gətirməyərək işdən çıxıb. Komitə sədri Qəhrəmanın işdən çıxmaması üçün çox təkid edib, hətta onun qeyri-leqal maaşını da ("paket maaşı") artırıb. Lakin hüquqşünas Kərəm Həsənovla işləmək istəməməsində israr edib.

DİA.AZ-a verilən məlumatlarda bildirilir ki, komitə sədrinin müavini Rüstəm Şahbazov dəfələrlə xəstəxanaya düşüb. Bunun da səbəbi Kərəm Həsənovun təhqirləri olub. Komitə sədri hamını bezdirdiyinin fərqinə vardığı üçün heç kimə etibar etmir. Ona görə də komitədə "xüsusi xidmət orqanı" yaradıb. Məlumatlara görə, həmin orqana vaxtilə MTN-də işləmiş İsrafil adlı polkovnik rəhbərlik edir.

Kərəm Həsənov Fərhad Əliyevdən nələri qoparıb?

Kərəm Həsənov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə birgə işlədiyi müddətdə ondan çox şey qopara bilib. Fərhad Əliyev həmkəndlisi və həm də qohumu olan Kərəm Həsənova etibar etdiyindən komitə sədri rahatca sabiq nazirini aldada bilirmiş. Məsələn, Mingəçevir şəhərindəki "Neftbaza"nın özəlləşdirilməsi zamanı Kərəm Həsənov müəssisənin real qiymətini gizlətməklə yanaşı, onu öz əlinə keçirib. Kərəm Həsənov "Neftbaza"nı 12 milyon manata (köhnə pulla) özəlləşdirib. O, bu işi indi Kərəm Həsənovun müavini olan, o zaman isə İqtisadi İnkişaf Nazirliyindən idarə rəisi işləyən Rafiq Cəlilovla birgə görüb. Sonradan Fərhad Əliyevə hardansa xəbər çatıb ki, bu zavodun qiyməti əslində 300 min dollardan artıqdır. Amma Kərəm Həsənovla Rafiq Cəlilov onu aldadıb. Fərhad Əliyev bərk əsəbiləşib və Kərəm Həsənovdan izahat tələb edib. Kərəm Həsənov isə bu işi Rafiq Cəlilovun üzərinə atıb. Fərhad Əliyev də Rafiq Cəlilovu işdən qovub.

Rafiq Cəlilov işdən qovulsa da, Kərəm Həsənovun sonrakı maxinasiylarında yenə də başlıca fiqur olub. Kərəm Həsənov həm Rafiq Cəlilovun özəlləşdirmə məsələlərində xüsusi bacarığını, həm də onun informasiyalı şəxs olmasını, yəni komitə rəhbərinin korrupsiya əməliyyatlarını dərindən bilməsini nəzərə alaraq onunla münasibətləri birdəfəlik kəsməyib. Rafiq Cəlilov bir müddət Kərəm Həsənovun qardaşı Malik Həsənovla Sumqayıtda torpaq alqı-satqı işlərinə nəzarət edib. Malik Həsənovla Rafiq Cəlilov Sumqayıt bələdiyyə sədrinin möhürünü saxtalaşdıraraq şıdırğı torpaq alveri ilə məşğul olublar. Bu müddətdə Rafiq Cəlilov bir neçə yerdə öz adına iri torpaq sahələri özəlləşdirib. Hətta buna görə xalası oğlu ilə aralarında narazılıq da yaranıb. Bir neçə il əvvəl Rafiq Cəlilovun xalası oğlu bu barədə mətbuatda çıxış etmişdi. Sonradan Rafiq Cəlilov xalası oğlunu razı salaraq səsini batırdı. Fərhad Əliyevin həbsindən sonra Dövlət Əmlakının İdarə Edilməsi üzrə Departament komitəyə çevrildi. Kərəm Həsənov da Rafiq Cəlilovu özünə müavin təyin etdi.

Kərəm Həsənovun Rafiq Cəlilovla yaxınlığının başqa bir səbəbi də var. DİA.AZ-a verilən məlumatlara görə, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov Rafiq Cəlilovun bacanağıdır. Kərəm Həsənov Rafiq Cəlilovun Eldar Əhmədovla qohumluq əlaqələrindən də yararlanmaqdan ötrü ona qucaq açıb.

Komitə sədri müavininə niyə inanmır?

Kərəm Həsənov Rafiq Cəlilovun ondan da "bacarıqlı" olduğunu bildiyindən komitədə müavinləri nəzarətsiz buraxmır. Komitə sədrinin Zaqataladan olan Mövhuma adlı tələbə yoldaşı komitədə nəzarətçi rolunu oynayıb. Mövhuma komitədə kiçik özəlləşdirmənin təşkili və torpaq icarə şöbəsinin müdiridir. Onlara isə Kərəm Həsənovun Arif adlı xalası oğlu nəzarət edib. Arif onlardan vəzifəcə kiçik olmasına baxmayaraq korrupsiya əməliyyatlarının aparıcı şəxsi olub. Rafiq Cəlilovla Mövhuma danışıqları aparır, pulları isə Arif yığırmış. O, komitədə kiçik özəlləşdirmə sektorunun müdiri olub, bir neçə il əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Hazırda Arifin korrupsiya əməliyyatlarındakı rolunu Tahir adlı şəxs oynayır. Tahir onların köməkçisi olsa da, əslində hər ikisinə nəzarət edir.

DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, Kərəm Həsənov iri obyekt və müəssisələrin özəlləşdirilməsi zamanı müştərilərlə söhbətin diktofona yazılmasını tapşırıb. Bu işi əsasən Rafiq Cəlilov görür. Rafiq Cəlilov müştərilərlə danışığını diktofona yazaraq Kərəm Həsənova təqdim edir. Komitə sədri Rafiq Cəlilovun onu aldatmadığına tam əmin olandan sonra sövdələşməyə razılıq verir.

"Remdormaş" əməliyyatı"

Kərəm Həsənovun iri korrupsiya əməliyyatlarından biri də Mingəçevirdəki "Remdormaş", yəni "Yol təmiri maşınqayırma zavodu"nun özəlləşdirilməsidir. Həmin zavodun ərazisi 10 hektardı. Xeyli avandanlıqları olan bu zavodun real dəyəri 1 milyon dollardan artıq olduğu halda Kərəm Həsənov Fərhad Əliyevi aldararaq onu 35 min dollara özəlləşdirib. Təbii ki, yaxın saydığı şəxslərdən birinin adına. Qısa müddət ərzində zavodu darmadağın edərək Fərhad Əliyevə deyib ki, guya zavod əvvəldən məhv edilib və onu özəlləşdirən şəxs dövlət başçısının regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq təmir işləri aparıb yeni iş yerləri açacaq. Bu işdə İlham Əliyevin adının hallandığını görən Fərhad Əliyev heç bir söz deməyib. Beləliklə Kərəm Həsənov "Remdormaş"ı ələ keçirib. Hazırda ora komitə sədrinə yaxın şəxs rəhbərlik edir. Zavod bütün avadanlıqları satıldığına görə fəaliyyət göstərmir.

Kərəm Həsənovla Samir Şərifovun iş birliyi

"Mülkiyyət" qəzeti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin orqanıdır. İri obeykt və müəssislərin hərraca çıxarılması barədə elanlar bu qəzetdə dərc edilir. Məlumatlara görə, Kərəm Həsənovun tapşırığı ilə hansısa iri obyektin və ya müəssisənin hərraca çıxarılması ilə bağlı elanlar gözlə görünməsi demək olar ki, mümkün olmayan şriftlə dərc edilir və qəzet satışa buraxılmır. Kərəm Həsənov bu üsulla hərrac qanunlarını pozaraq gözü düşdüyü obyekt və müəssisələri öz əlinə keçirir. Məsələn, Sumqayıt Aşqarlar Zavodu bu üsulla ələ keçirilib. Hazırda həmin zavoda Kərəm Həsənovun qardaşı Malik Həsənovun nəzarət etdiyi bildirilir. "Mülkiyyət" qəzetinə ayrılan pulları da qaranlıq məqsədlərə sərf edilir. Təsəvvür edin, redaksiyada bir neçə kompüter olmasına baxmayaraq hər il sənədlərdə redaksiya üçün guya xeyli sayda kompüter alındığı göstərilib. Bu işdə Kərəm Həsənov maliyyə naziri Samir Şərifovla da anlaşa bilib. Bu anlaşmadan hər iki məmur dövlət büdcəsini sözün əsl mənasında talayırlar. İldə bir dəfə olmaqla komitə müxtəlif tipli hesabat hazırlayıb Maliyyə Nazirliyinə təqdim edir. Bu hesabatlarda milyonlarla manat vəsaitin sərf edildiyi göstərilir. Məqsəd isə komitəyə dövlət büdcəsindən ayrılan vəsaitlər Maliyyə Nazirliyinin əli ilə silinir.

Məsəl üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin inzibati binasının təmiri zamanı xeyli vəsait "yox"a çıxıb. Dövlət tərəfindən binanın təmirinə 2 milyon 500 min dollar pul ayrılıb. Təmir işlərini Kərəm Həsənovun qardaşının rəhbərlik etdiyi şirkət həyata keçirib və bu yolla təmirə ayrılmış pulların xeyli hissəsi mənimsənilib.

Kərəm Həsənov problemlə üz-üzə qalıb

Bunu da redaksiyamıza mötəbər mənbə deyir. Qaynağın iddialarına görə, komitə sədrilə artıq haqq-hesab çəkənlər var. Mənbə iddia edir ki, prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev Kərəm Həsənovla haqq-hesab çəkmək firkinə düşüb və ona bu işdə hakimiyyətdən dəstək verənlər də var.

Mənbənin söylədikləri: “Kərəm Həsənovun rəqibləri prezidentin Fərhad Əliyevi bağışlamasının ardından ona müəyyən güzəştlərin də ediləcəyini nəzərə alaraq keçmiş naziri komitə sədri ilə üz-üzə qoymağa çalışırlar. Burada əsas maraqları ondan ibarətdir ki, Fərhad Əliyev ondan fırıldaq yolu ilə alınan obyektləri Kərəm Həsənovdan geri tələb etsin. Artıq belə bir mübahisəli obyektlərdən biri ilə bağlı məhkəməyə belə müraciət olunması gözlənilir. Yəni Fərhad Əliyev Kərəm Həsənova qarşı iddia qaldıracaq”.

Yazıdakı faktlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucuz "makler evləri"nə ALDANMAYIN - ÇAĞIRIŞ
Bu gün, 11:25
Nazir Orxan Kərimovu işdən çıxardı - ƏMR
Bu gün, 11:23
“Zobik” kim idi? Qanuni oğru, ya Sürət Hüseynovun adamı?! - İLGİNC...
Bu gün, 11:05
Milli Məclisin növbəti plenar iclası başlayıb, gündəlikdə 16 məsələ var
Bu gün, 11:03
Donald Tramp niyə qalib gəldi? – Amerikalı professor səbəbi açıqladı
Bu gün, 11:01
"Düz 1 aydır qalmışıq belə..." - GİLEY
Bu gün, 10:59
“HAMAS-ı məhv etmişik” – İsrailin Bakıdakı səfiri DANIŞDI
Bu gün, 10:51
Xaçmazın yolları BURMA-BURMADIR... - Görək, indi nə deyəcəklər...
Bu gün, 10:47
AYNA qanunları nədən İCRA ETMİR? - AKTUAL
Bu gün, 10:39
Çox həvəslə gözləyirdilər... - REPLİKA
Bu gün, 10:37
Avropa Komissiyası reallıq hissini itirir - FAKT BUDUR!
Bu gün, 10:32
"Vaxt olmayıb" - Xalq artisti
Bu gün, 10:26
Azərbaycanda dollar yenidən BAHALAŞA BİLƏR... - NƏ BAŞ VERİR?
Bu gün, 10:16
İşlədiyi evdən 91 min manatlıq oğurluq edən dayə və tanışı ilə bağlı QƏRAR
Bu gün, 10:13
Paşinyan Avropa Siyasi Birliyinin sammitinə getdi
Bu gün, 10:10
Ermənilər yenidən savaş ovqatında: AXI NƏYNƏN..? - AKTUAL
Bu gün, 10:09
Nəcəfli ilə Talıbov arasında GİZLİ ANLAŞMA - Xüsusi nümayəndə VƏDİNİ POZUB...
Bu gün, 10:06
Həbs edilən liseyin keçmiş direktoru şikayətini geri götürdü
Bu gün, 09:58
Sonuncu sülh paketi İrəvana göndərildi: Bakı 11-ci dəfə... - Vitse-spiker açıqladı
Bu gün, 09:56
Zaqatalada 1 həftə içində 2-ci KÖRPƏ ÖLÜMÜ
Bu gün, 09:55
Qarabağ Universitetinə yeni prorektor təyin olunub - ƏMR
Bu gün, 09:53
Saleh Məmmədovun yaxın adamı da BU YOLLA PUL ÇIXARIR... -İŞİ ARAŞDIRILIR...
Bu gün, 09:51
“Aqrarkredit” BOKT bəzi əmlaklarını satışa çıxarır
Bu gün, 09:48
Yardımlıda mağazalardan 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb
Bu gün, 09:42
Böyük Qayıdışın kiçik xronologiyası... - İNCƏLƏMƏ
Bu gün, 09:40
Naxçıvan təhsilində PULTUTMA QALMAQALI... - Əslində NƏ BAŞ VERİB?
Bu gün, 09:36
Bakıda 2 milyon manatlıq şirkətə yeni sədr seçiləcək
Bu gün, 09:23
Xocavəndə qayıdanda başçını burda qoyub gedək... - ÇÜNKİ...
Bu gün, 09:16
“1 ay bundan əvvəl ona etibar etdim və bu hadisə baş verdi” - Xatun
Bu gün, 09:04
Sabiq icra başçısı və onunla birgə mühakimə edilən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:03
Tamilla İbrahimovanın şirkəti məhkəməyə verilib – adı qalmaqallı məmurun həbs işində keçirdi…
Bu gün, 09:00
"Elə bir iş qurmaq lazımdır ki, onları ailəyə, nikaha meyilləndirsin" - ÇAĞIRIŞ
Bu gün, 08:57
“Mən uzaqdayam, qayğısını çəkənlər var” - qızı Flora Kərimovanın səhhətindən danışdı
Bu gün, 08:51
Baxçalıdan tarixi prezidentlik açıqlaması – Türkiyəni belə idarə etmək istəyirlər
Bu gün, 08:46
İran Zəngəzura mütəxəssislər göndərdi: sürətli iş aparır - KİV
Bu gün, 08:44
Qubada kəndli torpaqsız qalıb... - NARAZILIQ VAR...
Bu gün, 08:36
Uşaq evində yayılan xəstəliklərlə bağlı kim məsuliyyət daşıyır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:22
Ermənistanın COP29 ərəfəsində sülh manevri - Bakıdan reaksiya
Bu gün, 08:18
Qalmaqallı iş adamı BU DƏFƏ İLİŞDİ - Baboşun sponsorundan SAXTAKARLIQ...
Bu gün, 08:17
2 saylı Bakı Baza Tibb Kollecinin ŞÜBHƏLİ ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 08:15
Azərbaycanda ev tikintisi azalır: Səbəb bu imiş - AKTUAL
Bu gün, 08:10
Makron təşviş içində Şoltsa zəng etdi – Nə baş verir?
Bu gün, 07:05
Ermənistanda Hakan Fidan üçün hazırlıq başladı - VİDEO
Bu gün, 07:03
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Bu gün, 06:53
"Xoşbəxtəm ki, övladım belə musiqiləri dinləmir..."
Bu gün, 06:27
“Trampla bu barədə razılığa gəldik” - Zelenski
Bu gün, 06:25
Bayden Trampın andiçməsinədək Ukraynaya silah üçün 6 milyard dollar xərcləməyi planlaşdırır - Politico
Bu gün, 06:21
Bayden də Trampı təbrik etdi
Bu gün, 00:10
Harris Trampı təbrik etdi
Bu gün, 00:08
Zəngəzur dəhlizi Rusiyasız açılır? - AKTUAL
Bu gün, 00:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru