ATA MÜLKÜ QARDAŞLAR ARASINDA QAN SALDI
Tarix: 8-10-2013, 15:31 |
Çap et
Şəmkir rayonunun Dəllər-Daşbulaq kənd sakini 64 yaşlı Niyaz Namazov atasına məxsus mülk bölgüsü zamanı yaranan mübahisə nəticəsində qardaşı 53 yaşlı Məhəmmədəli Namazovu bıçaqlayıb. Döş qəfəsindən 3 bıçaq zərbəsi alan şəxs Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Rayon polis şöbəsindən “Kəpəz TV”yə verilən məlumata görə, bıçaqlanma hadisəsini törədən Niyaz Namazov polislərin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İlkin ifadə zamanı Niyaz Namazov qardaşını ona atasına məxsus mülkdən pay vermək istəmədiyi üçün bıçaqladığını etiraf edib. Faktla bağlı araşdırma aparılır.