BAKIDA GECƏ KLUBUNDA DƏHŞƏT
Tarix: 19-08-2013, 11:00 |
Çap et
Avqustun 18-də Bakı şəhərinin Səbail rayonunda qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Üzeyir Hacıbəyov küçəsi 45 ünvanında yerləşən gecə klubunda Binəqədi qəsəbəsi, 3-cü mədən yaşayış massivində yaşayan 1990-cı il təvəllüdlü Səfərov Səbuhi Eldar oğlu bıçaqlanıb. 23 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Gecə klubunda baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.