KEÇMİŞ MƏHBUS BAKIDA PUL KƏSİRMİŞ
Tarix: 14-08-2013, 11:42 |
Çap et
Avqustun 12-də naməlum şəxs Azadlıq prospektində yerləşən əczəxanadan aldığı dərman preparatlarının ödənişini saxta 100 manatlıq əskinazla edib.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ödənişi edən, əvvəllər məhkum olunmuş Yalçın Bəşirov bir gün sonra tutulub.
Onun Nizami rayonu, E.Süleymanov küçəsindəki yaşadığı mənzilə baxış keçirilərkən saxta pul hazırlanmasında istifadə olunan 1 ədəd printer və 12 ədəd saxta 100 manatlıq əskinaz aşkar edilərək götürülüb.