BAKIDA BƏLƏDİYYƏ SƏDRİNİN OĞLU FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Tarix: 7-08-2013, 11:42 |
Çap et
Bakı şəhərinin Sabunçu rayonunda faciəvi hadisə baş verib. Lent.az-ın məlumatına görə, Səbail rayon Bələdiyyəsinin sədr əvəzi və rayon Su-Kanal Departamentinin rəisi Rauf Abbaslının 3 yaşlı oğlu Maştağa qəsəbəsindəki bağ evinin həyətindəki hovuza düşüb. Azyaşlı boğularaq ölüb.
Məlumata görə, hadisə dünən baş verib. Uşaq nənəsinin nəzarətindən çıxıb və həyətdəki su hovuzuna yıxılıb.
Faktla əlaqədar araşdırmalar aparılır.