ERMƏNİLƏR DEZİNFORMASİYA YAYIR
Tarix: 17-12-2011, 12:41 |
Çap et
ONLAR BU YOLLA ERMƏNİ CƏMİYYƏTİNDƏ RUH YÜKSƏKLİYİ YARADIRLAR
DİA.AZ: - Düşmən Ermənistan son günlər Azərbaycanla bağlı reallıqdan uzaq məlumatlar yaymaqdadırlar. Belə ki, müxtəlif erməni xəbər portallarında Azərbaycanın milli ordusunun son zamanlar böyük itkilər verdiyi iddia olunan dezinformasiya xarakterli xəbərlərdə həm də o vurğulanır ki, guya Azərbaycan ordusunda ümumi mənada yorğunluq müşahidə olunur.
Bu barədə məlumatı yayan ermənilərin ünsiyyət saytı «armenian-online» iddia edir ki, hətta zabitlərimiz belə ermənilərlə telsiz rabitələri zamanı yorulduqlarını dəfələrlə ifadə ediblər: «Azərbaycanlılarla ermənilər atışma bitəndən sonra telsiz vasitəsilə əlaqəyə girirlər. Bu zaman Azərbaycan zabitləri ordularındakı problemlərin çoxluğundan, dolanışıq vəziyyətlərinin pisliyindən şikayət edirlər. Hətta Azərbaycanda yüzlərlə əsgər intihara da əl atıb».
Təbii ki, ermənilərin bu yalan, uydurma məlumatlar hesabına hansı məqsədi güddüklərini təxmin etmək çətin deyil. Amma buna adekvat addımların atılması zərurəti də mövcuddur. Hər halda, həmin dezinformasiyalar tamam informasiyasız cəmiyyətlər tərəfindən reallıq kimi də qəbul oluna bilər.