İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                 

CİNAYƏTLƏRİN ARTMASINDA JURNALİSTLƏRİN ROLU
Tarix: 15-05-2013, 10:19 | Çap et
CİNAYƏTLƏRİN ARTMASINDA JURNALİSTLƏRİN ROLU
SENSASSİYA HƏDƏFİ MİLLƏTİ BİTİRİR

“Atanın zorladığı qızından uşağı dünyaya gəldi, qardaş iki bacısını zorladı, 20 yaşlı oğlan 16 yaşlı sevdiyi qızı qətlə yetirib, 24 yaşlı gənc söyüş üstündə bıçaqlandı, 3 yaşlı uşaq öldürüldü, qardaş qardaşı bıçaqladı, kişi arvadının başını kəsdi”- mətbuatda hər gün gedən bu cür başlıqlı informasiyaların siyahısını uzatmaq olar. Ölkədə baş verən cinayət hadisələri hər gün xəbərlərdə yayılmaqla yanaşı, gecə saatlarında kriminal hadisələrlə bağlı televiziyalarda xüsusi verilişlər də hazırlanaraq təfərrüatları aşıqlanır.
Hər kəsə məlumdur ki, belə verilişlər xüsusilə gənclərin diqqətini çəkir və çox izlənilərək kanala reytinq qazandırır. Ekspertlər isə hesab edir ki, kriminal hadisələri təfərrüatı ilə izah edən verilişlər gənclərdə hər hansı cinayəti törətmək üçün stimul yaradır. Son zamanlar xüsusilə azyaşlı və yeniyetmələrin tükürpədən cinayətlər törətməsi buna sübut kimi qəbul edilir. Bəs mediada gedən, həmin sayta və kanala reytinq qazandıran krimial verilişlər və ya xəbərlər həqiqətənmi gəncləri cinayət törətməyə sövq edir?

Kriminal hadisələr təfərrüatı ilə verilməməlidir

Media üzrə ekspert Müşfüq Ələsgərli bizimlə söhbətində bildirdi ki, bu tip hadisələrin reytinq qazanmaq məqsədilə təfərrüatı ilə verilməsi Azərbaycanın müəyyən qanunvericiliyinə və jurnalistin peşə davranış qaydalarına ziddir: “Baş vermiş hadisəni işıqlandırmaq jurnalistikanın əsas vəzifələrindəndir. Sadəcə olaraq, bəzən jurnalistikada qeyri-peşəkarlığa yol verilir ki, belə hallar cəmiyyətə informasiyanın əldə olunmasından götürüləcək xeyirdən daha çox ziyan vurur. Bütün bunların da çıxış yolu həm Azərbaycanın bir sıra qanunvericiliyində, həm də jurnalistlərin peşə-davranış qaydalarında göstərilib. Xüsusilə uşaqlarla bağlı baş verən hadisələrdə jurnalist tərəfindən bəzən çox qeyri-peşəkar hallara yol verilir. Jurnalistikada birmənalı şəkildə belədir ki, əgər baş vermiş hadisənin zərərçəkəni, yaxud hadisədə bir tərəf yetkinlik yaşına çatmamış uşaqdırsa, onların adları qapalı saxlanılmalı, şərti adlarla verilməlidir. Bununla yanaşı, başqalarına təsir edə biləcək cinayət hadisələri detallı şəkildə göstərilməməlidir. Amma çox təəssüf, KİV-də - istər qəzetlər olsun, istər televiziyalar - baş vermiş hadisədən zərər çəkmiş uşaqların adları, hadisənin detalları çox zaman açıqlanır ki, bu da həmin insanları həm psixoloji basqı altında qoyur, həm də digər uşaqları bu sahəyə yönləndirir. Bu, jurnalistlərin peşə-davranış qaydasına və Azərbaycanın qoşulduğu beynəlxalq qanunlara zidd əməldir və bunların qarşısı alınmalıdır”.

Cinayətlərin artmasında jurnalistin rolu

M.Ələsgərlinin fikrincə, kriminal hadisələrin detallarının açıq şəkildə göstərilməsi son vaxtlar xüsusi olaraq dəbdədir ki, bu da yeniyetmələrin gözündə cinayəti adiləşdirərək onlarda müəyyən bir vaxtdan sonra cinayət törətməyə həvəs yaradır. Ekspertin sözlərinə görə, bu sahədə jurnalistlər arasında xüsusi təlimlər keçirilməsinə ehtiyac var: “Mən hesab edirəm ki, kriminal hadisələri işıqlandıran jurnalistlər xüsusi olaraq maarifləndirilməlidir və bu xəbərlərin çapa və efirə verilməsinə məsul olan şəxslər bu məsələni diqqətdə saxlamalıdırlar. Çünki ölkəmizdə gənclər arasında kriminal hadisələrin artmasında kriminal verilişlərin və yazıların xüsusi rolu var və burada jurnalistlər peşəkar davranmağa məcburdurlar”.

Cinayət xəbərləri ölkənin kriminogen durumuna təsir edir

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, kriminal hadisələrlə bağlı davamlı verilişlərin verilməsi uşaqların və gənclərin əxlaqına, psixologiyasına mənfi təsir göstərir və gənclər arasında cinayət hadisələrinin artmasına rəvac verir: “Kriminal hadisələrin mətbuatda tez-tez və qabarıq şəkildə təqdim edilməsinə qarşıyam və şəxsən bunu təqdir etmirəm. Düşünürəm ki, o cür olayları davamlı şəkildə tamaşaçılara təqdim etməklə əslində biz ölkəmizdə kriminogen durumun daha da bərbad bir hala gəlib çıxmasına səbəb oluruq. Araşdırmalara görə, daimi olaraq mənfi informasiyalarla yüklənən insanlar adətən cinayət törətməyə daha çox meyilli olurlar. Çünki belə hadisələr davamlı təqdim olunaraq artıq həyat tərzinə çevrilməyə başlayır və adiləşir. Adiləşdiyinə görə də yetişməkdə olan yeni nəsil həmin hadisələri törətməyə daha çox meyilli olur. Zənnimcə, son zamanlar ölkəmizdə kriminal hadisələrin artmasının da səbəbi məhz bu verilişlərdir. Sovet dövründə belə hadisələr o qədər də tirajlanmırdı və indiki kimi geniş yayımlanmırdı. Əslində cəmiyyətdə doğurdan da indikindən qat-qat aşağı səviyyədə kriminal hadisələr qeydə alınırdı. Amma indi bu hadisələr tirajlandığına görə, insanların həyat tərzinə çevrilməyə başlayıb və həyat tərzinə çevrilən bir halın da tez-tez təkrarlanması öz təsdiqini tapmış məsələdir”.

Sensasiya məqsədilə verilən informasiya

A.Həsrət vurğuladı ki, efirdən daha çox olaylar haqqında xəbərlər alsaq, bu, bizim ümumi psixologiyamıza mübət təsir edər və bütövlükdə cinayətkarlığın azalmasına səbəb olar: “Düşünürəm ki, telekanallarımız və qəzetlərimiz reytinq xatirinə sensasiya dalınca qaçmaqdansa insanlarımızın müsbət yöndə tərbiyə olunmasının qayğısına qalsalar, daha yaxşı olar. Belə xəbərlər isə istənilən şəxsin cəmiyyətlə bağlı gözləntilərinə çox böyük zərbə vura bilir və buna görə də sensasiya dalınca qaçan həmkarlarımıza cəmiyyətə ötürdükləri mənfi emosiya yükünün bir gün onların da çiyinlərinə çökəcəyini unutmamağı tövsiyə edərdim”.

Psixoloq Hüseyn Xəlilov da bizimlə söhbətində qeyd etdi ki, belə xəbərlərin kütləvi informasiya vasitələrində təfərrüatı ilə verilməsi gənclər arasında bu hadisələrə meyillilik yaradır: “İlk olaraq bunun əsas səbəbi ailə strukturlarından irəli gəlir. Adətən sosial, iqtisadi, maddi sıxıntıları olan ailələrdə müəyyən bir vaxtdan sonra dava-dalaş baş verir və bu da həmin ailənin övladında aqressiyanın yaranmasına gətirib çıxarır. Belə insanlar cinayəti təfərrüatı ilə izah edən verilişləri izlədikdə, onlar da bu hadisələri törətməyə meyilli olurlar. Bu, psixoloji cəhətdən yaxşı hal deyil. Çünki yeniyetmələr belə xəbərlərə alışırlar və düşünürlər ki, onlar da əsəbləşəndə bu hadisələri törədə bilərlər. Buna görə də cinayət hadisələrinin təfərrüatı ilə verilməsi düzgün deyil”.
\ kaspi \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Dünən, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Dünən, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Dünən, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Dünən, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Dünən, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Dünən, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Dünən, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Dünən, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Dünən, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Dünən, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Dünən, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Dünən, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Dünən, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Dünən, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Dünən, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Dünən, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Dünən, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Dünən, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Dünən, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Dünən, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Dünən, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Dünən, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Dünən, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Dünən, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Dünən, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Dünən, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Dünən, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Dünən, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Dünən, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Dünən, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru