Görün, millətə NƏ YEDİRİRLƏR... .....                     Köçəryanın bloku “qollarını çırmaladı”: .....                     Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var .....                     “MJ Financial Services BOKT” .....                     Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır .....                     Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb .....                     SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır .....                     Erməni müxalifətindən Rusiyaya gözlənilməz .....                     Aktrisadan Xalq artistinə DƏSTƏK: .....                     "Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..." .....                     Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə .....                     Türkiyəyə zərbə, yoxsa... .....                     ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir .....                     Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı .....                     Boşandıqdan sonra başqası ilə evlənirmiş .....                     Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... .....                     Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... .....                     "Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" .....                     Goranboyda Prezidentə yalan danışanlar kimlərdir? .....                     Sabiq xanım deputata yeni vəzifə verildi .....                     AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb .....                     "Güdün, görüm nə vaxta qədər güdəcəksiz?" .....                     Restorana sərxoş vəziyyətdə daxil olmaq istəyən şəxs mühafizəçini bıçaqladı .....                     Rüşvətlə vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxslərin istintaqı başa çatıb .....                     Nazim Tahirovun FIRILDAQ ŞƏBƏKƏSİ: Nə yoğurdum, nə yapdım... HAZIR BİNA TAPDIM! .....                     Keçmiş icra başçının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı .....                     Bilgəh Kardioloji Sanatoriyasındə dincələnlər üçün "LAQONDA" SİMFONİYASI... .....                     Səhiyyə nazirinə yeni müavin təyin edilib .....                     Ağstafa rayonunda dövlət tenderlərini kimlər udur? .....                     “Qala Həyat”nın İdarə Heyətinə yeni təyinat olacaq .....                     Bakıdan Kişinyova: Narışkin və Mehdiyevin bağlanan casus “evləri” .....                     Bakı–Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olunub .....                     Naxçıvanda BEYNƏLXALQ SƏVİYYƏLİ SAXTAKARLIQ! .....                     Enişdə olan Almaniya üçün Azərbaycan nümunəsi... .....                     "Qonşularımızdan bu məsələdə də geri qalırıq..." .....                     "Nə vaxta qədər pul oğurlamağa davam edəcəksiniz?" .....                     ABŞ İranın Hörmüz boğazında kommersiya gəmilərinə raket hücumu etdiyini düşünür .....                     Ankara və İrəvan arasında görünməmiş yenilik: Hazırlıq başladı .....                     Savaşın xarakteri dəyişir, Qərb orduları geri qalır .....                     Bakıdan Tiflisə gedən vətəndaş GERİ QAYIDA BİLMİR .....                 

"MÜXALİFƏT ƏN AZI 100 İL HAKİMİYYƏTƏ GƏLƏ BİLMƏZ"
Tarix: 6-05-2013, 10:07 | Çap et
"MÜXALİFƏT ƏN AZI 100 İL HAKİMİYYƏTƏ GƏLƏ BİLMƏZ"
Aydın Mirzəzadə: "Müxalifət namizədləri budəfəki prezident seçkilərində də əsasən bir-birlərinin sosial bazasını ələ keçirməyə çalışacaqlar"

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Milli Məclisə Amnistiya Aktı layihəsi təqdim edib. Amnistiyanın 9 min nəfərə şamil ediləcəyi bildirilir. Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, deputat Aydın Mirzəzadə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı "Reytinq"ə müsahibə verərkən, Amnistiya Aktından da danışıb.
- Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva növbəti dəfə Azərbaycan parlamentinə amnistiya elan edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Amnistiya Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 90 illik yubileyinə həsr edilir. Bu akt təqribən 2 minə qədər məhbusun, ümumilikdə 9 minə yaxın Azərbaycan vətəndaşının taleyinə təsir göstərəcək. Ağır cinayətlər törətməyən, islah olunduğu bilinən gənc, yaşlı, qadın, ailə başçısı azadlığa çıxa biləcək. Bunun özü həm Mehriban xanımın humanist siyasətinin göstəricisdir, həm də Azərbaycan dövləti bir millət vəkili vasitəsi ilə böyük yubiley ərəfəsində, vaxtilə cinayət törətmiş, amma bu gün islah olunmuş minlərlə vətəndaşının taleyinə xoş təsir bağışlayacaq.
Bu, birinci dəfə deyil, Mehriban xanım bundan əvvəl də bir neçə dəfə amnistiya təşəbbüsü ilə çıxış edib, il ərzində bir neçə dəfə əfv fərmanları imzalanıb. Bir sözlə, bu sahədə də Azərbaycan dövləti özünün humanistliyini nümayiş etdirir.
- Ancaq müxalifət düşərgəsindən Amnistiya Aktına fərqli yanaşanlar da var. Bəziləri bildirirlər ki, siyasi məhbusların bu aktdan yararlana bilməməsi sənədin yarımçıq olduğunu göstərir...
- Təəssüf edirəm ki, müxalifət növbəti dəfə minlərlə insanın taleyinə biganəlik nümayiş etdirir. Müxalifəti ancaq özünün maraqlandığı bir qrup məhbusun azadlığı düşündürür. Amma 9 min nəfər insanın həbsdən azad olunması, onların ailələrinin sevinci nədənsə müxalifət üçün maraqlı deyil.
Azərbaycanda siyasi məhbus, siyasi əqidəsinə görə həbs edilənlər yoxdur. Əgər həmin müxalifət nümayəndələri qanunu pozub ağır cinayətlərə görə həbsdə yatırlarsa, bunun məsuliyyətini müxalifətin özü daşımalıdır. Ancaq seçkiqbağı belə bəyanatlar verməklə, onlar özlərinin elektoratını daha da azaldırlar.
- Aydın müəllim, son dövrlər beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə qarşı tənqidi mövqe tutması mütəmadi xarakter alıb. "Freedom House"un son hesabatında Azərbaycan azad olmayan ölkələr sırasına aid edilib. Bu barədə nə deyə bilərsiz?
- "Freedom House"un illik hesabatları bir-birindən fərqlənmir. On illərdir ki, onun ortaya qoyduğu hesabatlarda Aərbaycanla bağlı həmişə mənfi fikirlər yer alır. Azərbaycanda demokratik Konstitusiya qəbul olunur, senzura götürülür, ölüm hökmü ləğv edilir, Avropa Şurasının tələbləri yerinə yetirilir, Avropa Məhkəməsinin qərarları qəbul edilir, Azərbaycan azad cəmiyyətə çevrilir, mətbuat və söz azadlığı təmin olunur, amma "Freedom House" Azərbaycanı azad saymır. Hesab edirəm ki, bu təşkilatın yanaşması qərəzlidir. Çox maraqlıdır ki, bu gün yaşamaq üçün təhlükəli olan Ermənistan belə siyahılarda azad ölkə kimi Azərbaycandan qat-qat qabaqdadır. Bu baxımdan, belə xarici QHT-lərin bəyanatları Azərbaycanda ciddi qəbul edilmir.
- BMT-nin İnsan Haqları Şurasının iclasında da Azərbaycana qarşı tənqidi fikirlər səsləndi...
- Əgər bu fikirlər hansısa bir konkret şəxs tərəfindən səslənirsə, bunu onun subyektiv fikri hesab etmək olar. Yox əgər bu, hansısa struktur tərəfindən səslənirsə, əlbəttə ki, araşdırılır, müəyyən bir nəticəyə gəlinir.
Heç kəs demir ki, Azərbaycanda hər şey idealdır. Azərbaycan normal demokratik və hüquqi dövlətdir. Ola bilsin ki, Azərbaycan hansısa məsələdə bir qədər geridə, hansısa məsələdə isə müstəqilliyin ona verdiyi şansa uyğun olaraq hələ proseslərə yeni başlayır. Bundan Azərbaycanda insan haqlarına, demokratiyaya çox ciddi yanaşıldığı qənaətinə gəlmək olar. Avropanın, digər inkişaf etmiş ölkələrin yüz illərlə getdiyi yolu Azərbaycan 20 il ərzində qət edir. Bir sözlə, Azərbaycan dünya üçün açıqdır, hər bir məsələnin müzakirəsinə hazırdır...
- Məlum olduğu kimi, 2013 seçki ilidir. Hakim partiyanın nümayəndəsi kimi seçkiqabağı mənzərəni necə dəyərləndirirsiz?
- Bütün ölkələrdə seçkiöncəsi siyasi temperatur yüksəlir, siyasi qüvvələr fəallaşır, öz platformasını açıqlayır, tərəfdarlar toplamağa çalışır. Azərbaycan da bu gün həmin prosesi keçir. Seçki kampaniyası rəsmi surətdə bir neçə aydan sonra başlasa da, artıq əsas namizədlərin adları mətbuatda səslənib, siyasi qüvvələr özlərinin mövqelərini ortaya qoyurlar. Ona görə də hesab edirəm ki, qarşıdakı seçkilərin rəqabətli olacağı gözləniləndir. Azərbaycan bir demokratik ölkə kimi seçkiləri həm öz Konstitusiyasına, həm demokratik təcrübəsinə, həm də Avropa dəyərlərinə uyğun olaraq, vətəndaşların iradəsi çərçivəsində keçirəcək.
- Hazırda YAP-da seçki hazırlıqları hansı səviyyədədir?
- Yeni Azərbaycan Partiyasının üzvü kimi deyə bilərəm ki, partiyamız daxildə seçki kampaniyasına ciddi hazırlaşır. Təşkilati işlər, siyasi texnologiyalar üzərində iş gedir. YAP üzvləri qarşıdan gələn seçkilərdə bütün resurslarını ortaya qoymaq və cəmiyyətdəki böyük potensialını növbəti dəfə göstərmək əzmindədir.
Biz başqa partiyaların da seçkidə iştirak etmək, öz namizədlərini müdafiə etmək hüquqlarına hörmətlə yanaşırıq. Hesab edirik ki, bizim irəli sürəcəyimiz namizəd partiyamızın sədri, indiki prezident cənab İlham Əliyev seçkilərdə favorit olacaq və böyük səslə yenidən qalib gələcək.
- Amma seçkiyə 5 ay qalmasına baxmayaraq, İlham Əliyevin özünün bununla bağlı mövqeyi ortada deyil. Bu, qeyri-müəyyənlik kimi qəbul edilə bilər, yoxsa bu da bir taktikadır?
- YAP-ın başqa partiyalardan fərqi var. Başqa partiyaların mövqeyi olmadan liderləri öz namizədliyini elan edirlər, sonradan isə partiya həmin bəyanatı təsdiqləyir. YAP isə ümumilikdə 600 minlik üzvünün iradəsini vaxtaşırı səsləndirir, cəmiyyətin mövqeyini öyrənir və öz ali toplantısında namizədini elan edir. İndidən YAP üzvləri budəfəki seçkidə namizədin cənab İlham Əliyev olacağını bildirirlər.
- Əvvəlki seçkilərdə hakimiyyətyönlü siyasi qüvvələrin birliyi var idi və YAP-ın namizədinə dəstək verirdilər. Nədənsə son dövrlər bu dəstək görünmür. YAP ehtiyac görmür, yoxsa...
- Yeni Azərbaycan Partiyası güclü təşkilat kimi ayrı bir blok yaratmağa ehtiyac duymur. Ancaq bununla belə, bizimlə tərəfdaşlıq edən, cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyən istənilən siyasi təşkilatla əməkdaşlıq etməyə, onlarla birgə seçki kampaniyası aparmağa hazırıq.
- Aydın müəllim, seçkiyə gedən opponentlərinizin durumunu necə dəyərləndirirsiniz?
- Müxalifət qüvvələri ilk növbədə demokratik mühitdən istifadə edərək özlərinin mövqelərini hərtərəfli ortaya qoyublar. Adları hallanan namizədlərin bir qismi əvvəlki seçkilərdə iştirak ediblər, bir qisminin adı yenidir. Bu baxımdan, qarşıdakı seçkidə hər hansı qeyri-adi hadisənin olacağını gözləmirəm. Birincisi, bu namizədlərin sosial bazaları zəifdir, bir qisminin isə populist çıxışlardan başqa cəmiyyətə təqdim edəcəyi nəsə yoxdur. РЊəzərə alaq ki, bu gün müxalifətin ümumilikdə sosial bazası zəifdir, müxalifətdən olan namizədlər seçici səsi uğrunda deyil, müxalifətin sosial bazasının səsini daha çoxunu qazanmağa çalışacaqlar. Bunun əks-sədası artıq müxalifətin nəzarəti altında olan mətbuat səhifələrində indidən görünür. Bir-birlərini cəsarətsizlikdə, sosial bazanı oğurlamaqda ittiham etmək müxalifət düşərgəsində artıq adi hala çevrilib. Bu gün müxalifət bir-birinin fəaliyyətinə böyük qısqanclıqla yanaşır. Eyni ssenari gedir, bir seçki başa çatdıqdan sonra bloklar yaradılır, danışıqlar aparılır, blok və vahid namizədlə çıxış etmək istəyən qüvvələr hərəsi öz siyasi mənzilinə çəkilərək, öz namizədini irəli sürür. Ona görə də mən deyərdim ki, indiki müxalifət ən azı 100 il hakimiyyətə gəlmək iqtidarında deyil. Müxalifət namizədləri budəfəki prezident seçkilərində də əsasən bir-birlərinin sosial bazasını ələ keçirməyə çalışacaqlar. Bu isə onlara heç bir uğur vəd eləmir. Təbii ki, bu, onların seçimidir. Hakim partiya nə onların işinə qarışır, nə də hər hansı məsləhət vermək fikrindədir. Biz öz namizədimizin təbliğində, onun tərəfdarlarının daha çox olmasında maraqlıyıq. Bu istiqamətdə Konstitusiyanın və qanunun bizə verdiyi imkanlardan maksimum istifadə etməyə çalışacağıq.
- Müxalifət düşərgəsində hazırda Milli Şuranın yaradılması və daha geniş birlik modelinin ortaya qoyulması istiqamətində müzakirələr gedir. Bu barədə nə düşünürsüz?
- Əslində, Milli Şuranın nə olduğunu nə bu ideyanı irəli sürənlər, nə də onu təbliğ edənlər axıra qədər dərk edə bilmədilər. Əgər bu, hansısa ümumi orqandırsa, belə orqanlar müxalifətdə kifayət qədərdir və bunun səmərəsizliyi ortadadır. Yox, yeni bir strukturdursa, heç bir müxalifət partiyası yeni bir strukturda təmsil olunmaq arzusunu bildirməmişdi. Sadəcə olaraq, bir neçə nəfər bu layihə vasitəsi ilə siyasi imic qazanmaq, tərəfdarlarının sayını çoxaltmaq istəyirdi, amma belə götürəndə nəinki cəmiyyətdə, heç müxalifət daxilində də bu ideyaya maraq yaranmadı.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Bu gün, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Bu gün, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Bu gün, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Bu gün, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Bu gün, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Bu gün, 12:15
Aktrisadan Xalq artistinə DƏSTƏK: - “O sənəti olmayan istedadsızlar…”
Bu gün, 12:14
"Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
Bu gün, 12:06
Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 12:02
Türkiyəyə zərbə, yoxsa... – Tarazlıq təhlükədə
Bu gün, 12:01
ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir – SSRİ-də qadağan edilmişdi
Bu gün, 11:55
Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı - KİV
Bu gün, 11:40
Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
Bu gün, 11:38
Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... - AXI NİYƏ?..
Bu gün, 11:30
Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... - AY MAŞALLAH...
Bu gün, 11:25
"Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" - VİDEO
Bu gün, 11:15
Goranboyda Prezidentə yalan danışanlar kimlərdir? - Yeni çəkilən yol və körpü heç bir il dözmədi...
Bu gün, 11:04
Sabiq xanım deputata yeni vəzifə verildi - FOTO
Bu gün, 10:58
AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb - FOTO
Bu gün, 10:56
"Güdün, görüm nə vaxta qədər güdəcəksiz?" - Firəngiz Mütəllimova ona yazılan mənfi rəylərdən danışdı
Bu gün, 10:53
Restorana sərxoş vəziyyətdə daxil olmaq istəyən şəxs mühafizəçini bıçaqladı - MƏHKƏMƏ
Bu gün, 10:47
Rüşvətlə vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxslərin istintaqı başa çatıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Nazim Tahirovun FIRILDAQ ŞƏBƏKƏSİ: Nə yoğurdum, nə yapdım... HAZIR BİNA TAPDIM! - Aldadılmış iş adamı şok faktları açıqlayır
Bu gün, 10:45
Keçmiş icra başçının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı QƏRAR
Bu gün, 10:18
Bilgəh Kardioloji Sanatoriyasındə dincələnlər üçün "LAQONDA" SİMFONİYASI... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Səhiyyə nazirinə yeni müavin təyin edilib - DOSYE
Bu gün, 09:57
Ağstafa rayonunda dövlət tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 09:54
“Qala Həyat”nın İdarə Heyətinə yeni təyinat olacaq - TƏDARÜK VAR...
Bu gün, 09:52
Bakıdan Kişinyova: Narışkin və Mehdiyevin bağlanan casus “evləri” - Agent şəbəkəsinin təmizlənməsi
Bu gün, 09:44
Bakı–Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olunub - DİQQƏT!
Bu gün, 09:38
Naxçıvanda BEYNƏLXALQ SƏVİYYƏLİ SAXTAKARLIQ! - SƏN DEMƏ...
Bu gün, 09:22
Enişdə olan Almaniya üçün Azərbaycan nümunəsi... - GƏLİŞMƏ
Bu gün, 08:28
"Qonşularımızdan bu məsələdə də geri qalırıq..." - partiya sədri
Bu gün, 08:25
"Nə vaxta qədər pul oğurlamağa davam edəcəksiniz?" - ETİRAZ VAR!
Bu gün, 08:21
ABŞ İranın Hörmüz boğazında kommersiya gəmilərinə raket hücumu etdiyini düşünür - "Axios"
Bu gün, 08:11
Ankara və İrəvan arasında görünməmiş yenilik: Hazırlıq başladı – Bakının qərarı…
Bu gün, 08:09
Savaşın xarakteri dəyişir, Qərb orduları geri qalır - NZZ
Bu gün, 08:06
Bakıdan Tiflisə gedən vətəndaş GERİ QAYIDA BİLMİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:04
NATO sammiti, yoxsa 256 illik məğlubiyyətin revanşı? - İNCƏLƏMƏ
Bu gün, 07:57
Ənənəvi jurnalistika ilə ictimai jurnalistikanın QOL GÜLƏŞİ - İNCƏLƏMƏ
Bu gün, 07:49
Kəndlinin boğazına keçirilən yeni halqa - SAYĞACLARLA TORPAQ YAŞAMAZ!
Bu gün, 07:41
Televiziyanı “Titanik” kimi batmaqdan qorumaq olar - “Dəqiq və dürüst məlumatla”
Bu gün, 07:31
" Kənddə yaşayır, bəlkə nəsə deyirlər, xəcalət çəkir"
Bu gün, 07:26
250 milyard dollar ayrılıb, lakin xərcləyə bilmirik - Rutte
Bu gün, 07:24
Müəllimlər kütləvi şəkildə işsiz qalacaq? - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
“Arzum”u İlkin Süleymanovla nə birləşdirir? – Rezonans doğuran DETALLAR
Bu gün, 07:16
Gəncədə kollec direktoru ilə bağlı qalmaqal - ETİRAZ VAR!
Bu gün, 07:10
Məhkəmə Le Penin hüquqlarının bərpası ilə bağlı apellyasiya şikayəti üzrə qərarı elan edəcək - KİV
Bu gün, 07:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru