Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                     Pensiya almaq çətinləşəcək? .....                     Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu .....                     Görün, millətə NƏ YEDİRİRLƏR... .....                     Köçəryanın bloku “qollarını çırmaladı”: .....                     Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var .....                     “MJ Financial Services BOKT” .....                     Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır .....                     Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb .....                     SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır .....                     Erməni müxalifətindən Rusiyaya gözlənilməz .....                     Aktrisadan Xalq artistinə DƏSTƏK: .....                     "Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..." .....                     Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə .....                     Türkiyəyə zərbə, yoxsa... .....                     ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir .....                     Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı .....                     Boşandıqdan sonra başqası ilə evlənirmiş .....                     Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... .....                     Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... .....                     "Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" .....                     Goranboyda Prezidentə yalan danışanlar kimlərdir? .....                     Sabiq xanım deputata yeni vəzifə verildi .....                     AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb .....                     "Güdün, görüm nə vaxta qədər güdəcəksiz?" .....                     Restorana sərxoş vəziyyətdə daxil olmaq istəyən şəxs mühafizəçini bıçaqladı .....                     Rüşvətlə vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxslərin istintaqı başa çatıb .....                     Nazim Tahirovun FIRILDAQ ŞƏBƏKƏSİ: Nə yoğurdum, nə yapdım... HAZIR BİNA TAPDIM! .....                     Keçmiş icra başçının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı .....                     Bilgəh Kardioloji Sanatoriyasındə dincələnlər üçün "LAQONDA" SİMFONİYASI... .....                     Səhiyyə nazirinə yeni müavin təyin edilib .....                     Ağstafa rayonunda dövlət tenderlərini kimlər udur? .....                     “Qala Həyat”nın İdarə Heyətinə yeni təyinat olacaq .....                     Bakıdan Kişinyova: Narışkin və Mehdiyevin bağlanan casus “evləri” .....                 

"LALƏ ŞÖVKƏT, RƏSUL QULİYEV, ƏLİ KƏRİMLİ"...
Tarix: 29-04-2013, 11:31 | Çap et
"LALƏ ŞÖVKƏT, RƏSUL QULİYEV, ƏLİ KƏRİMLİ"...
"BU SEÇKİLƏRDƏ 3 FAVORİT VAR"

Uzun illərdir vahid mövqedən çıxış etməkdə çətinlik çəkən müxalifəti qarşıdan gələn prezident seçkiləri də bir araya gətirə bilmir. Məqsəd və məramları, hədəfləri eyni olan siyasi qüvvələrin seçkiyə vahid komandada gedə bilməməsinin səbəbləri müxtəlifdir. Bir qism ambissiyasından əl çəkə bilmir, bir qism ikinci yerdə olmağı qəbul etmək istəmir, bir qism də hakimiyyətlə işbirliyində olduğu üçün dağıdıcı funksiyanı yerinə yetirir. Azərbaycan Liberal Partiyanın (ALP) sədri Əvəz Temirxan mövcud durumun yaranmasına görə müxalifət daxilindəki qarşıdurmaları səbəb sayır:

- Hazırki vəziyyəti dəyərləndirərkən demək olar ki, Azərbaycanda total seçki saxtakarlığına 6 ay qalıb. Hesab edirəm ki, bu müddət ərzində iqtidar heç bir islahata getməyəcək. Müxalifətin isə seçki islahatlarına nail olmaq üçün vaxtı çox azdır. Müxalifət daxilindəki qarşılıqlı münasibətlər imkan vermədi ki, vaxtında birləşək, vahid mübarizə komandasına çevrilək. Ona görə də mən ehtiyatlı optimistəm ki, qısa müddət ərzində birləşərək demokratik seçki mühitinin formalaşmasına nail olaq və seçkilərdə iştirak edərək xalqdan aldığımız səsi qorumaq imkanı əldə edək.
- Belə bir şəraitdə seçkiyə gedərək nəsə qazanmağa ümid eləmək mümkündürmü?
- Bugünkü şəraitdə seçkiyə getmək iqtidara kartblanş verir. Yəni, bu vəziyyət iqtidara imkan verir ki, seçkiləri saxtalaşdırsın. Əvvəla, seçkiyə getmək o demək deyil ki, sən namizəd olacaqsan. Kim namizəd kimi seçkiyə qatılacaqsa, onun namizədliyinin qeydə alınmasını iqtidar həll edəcək. Kim iqtidarla oyuna gedəcəksə, onun namizədliyi qeydə alınacaq, kim oyunda olmayacaqsa, o, seçkiyə buraxılmayacaq.
- Deyəsən, Siz boykot əhval-ruhiyyəsindəsiz?
- Mən boykotla bağlı bir söz demirəm. Vaxtı çatanda biz öz mövqeyimizi ortaya qoyacağıq. Amma çox təəssüf ki, müxalifət daxilində gur səslə birlikdən danışıb, əslində isə birliyi pozan qüvvələrin sayəsində müxalifətin birliyi mümkün olmayıb.
- Kimləri nəzərdə tutursunuz?
- Onu siz jurnalistlər bizdən yaxşı bilirsiniz. Mən istəmirəm ki, indiki məqamda yeni qalmaqal yaradım. Amma fakt odur ki, bu gün müxalifətin birliyi həmin qüvvələrin sayəsində baş tutmayıb.
- Əvəz bəy, əksər partiyalar seçki ilə bağlı mövqeyini qətiləşdirib, amma ALP hələ də qərarsızdır. Bu nə ilə bağlıdır?
- Əslində, budəfəki seçkilərin üç favoriti var - Lalə Şövkət, Rəsul Quliyev və Əli Kərimli. Bu üç real namizəd hələ öz mövqeyini ortaya qoymayıb, yəni namizədliyini irəli sürməyiblər. Çünki onlar başa düşürlər ki, indiki şəraitdə namizədliyini irəli sürmək alacağı səsləri qoruya bilməmək və xalqın inamını itirmək deməkdir.
- İsa Qəmbərlə Eldar РЊamazov favorit namizəd olmayacaqlar?
- Mənim bu cür düşünməyə hüququm var. Başqası da başqa cür düşünür və burada kriminal yoxdur.
- Fikirlərinizi əsaslandıra bilərsiniz?
- Lalə Şövkətə gəlincə, bəllidir ki, o, Azərbaycanda böyük nüfuz sahibidir. Rəsul Quliyevin hakimiyyət içində öz elektoratı var. Əli Kərimlinin rəhbərlik etdiyi partiya isə ən mübariz partiyalardan biridir.
Yəni, Lalə Şövkətin tərcümeyi-halı, sözü ilə əməlinin bütövlüyü, sabah hakimiyyətə gələcəyi təqdirdə məmurlara qarşı repressiya siyasəti yürütməyəcəyi ilə bağlı inam onun şansını artırır.
Rəsul Quliyevin həm iqtidar daxilində müəyyən dayaqları, həm də müəyyən elektoratı var.
Əli Kərimli son illər ardıcıl mübarizə aparır, protest elektoratın əhəmiyyətli hissəsi onun tərəfdarıdır. Ona görə də hesab edirəm ki, bu üç liderin daha çox şansı var.
Mən qətiyyən başqalarının üzərinə kölgə salmaq istəmirəm, amma mənim gördüyüm bundan ibarətdir. Adını çəkdiyim liderlər vəziyyətə baxırlar ki, bu gün onların namizədliyinin qeydə alınması böyük sual altındadır. Əgər qeydə alınmasalar, məhkəməyə müraciət edəcəklər, məhkəmə də ən tezi onları on günə qeydə aldıracaq. Bu isə təbliğat kampaniyası müddətinin yarısını itirmək deməkdir. On gün ərzində nəyəsə nail olmaq qeyri-mümkündür. Yəni, hakimiyyət seçki yox, saxtakarlıq prosesinə hazırlaşır. Bu situasiyada isə "mən seçkiyə gedib qalib gələcəyəm",- söyləmək özünü aldatmaq deməkdir.
Mən öz liderimin adından danışıram. Belə bir şəraitdə Lalə Şövkət ona veriləcək səsləri qoruya biləcəyi ilə bağlı Azərbaycan xalqına söz verə bilməz. Çünki bunun üçün qanuni mexanizm, siyasi mühit mövcud deyil.
- Əvəz bəy, Sizin də təmsil olunduğunuz Məşvərət Məclisinə müəyyən ümidlər var idi, amma bir müddət keçsə də, bu təşkilatın ümidverici fəalliyyəti olmadı...
- Deməzdim ki, Məşvərət Məclisinin ümidverici fəaliyyəti olmayıb. Məşvərət Məclisində olan siyasi partiyalar bu gün ümid mənbəyindən biridir. Sadəcə, ola bilsin ki, siyasi rəqabətə görə Məşvərət Məclisinin fəaliyyətini digər mətbu orqanlar bir o qədər də işıqlandırmır.
Bayaq qeyd etdiyim üç favorit namizəddən ikisi Məşvərət Məclisindəki partiyaların lideridir. Etibar Məmmədovun da potensialı böyükdür, amma o, özü seçkilərə qatılmayacağını bildirib. Ona görə də "Məşvərət Məclisi ümidləri doğrultmadı",- demək doğru olmazdı.
Tək Məşvərət Məclisi vəziyyəti dəyişmək iqtidarında deyil. Vəziyyəti real qiymətləndirmək lazımdır. Hansısa başqa bir qurumun da təkbaşına vəziyyəti dəyişmək gücü yoxdur. Biz hesab edirik ki, bütün demokratik qüvvələr bir araya gəlməli, güclərini birləşdirib çəkici bir yerə vurmalıdır. O zaman nəyəsə ümid etmək olar. Amma o ümidlər də demək olar ki, minimuma endirilib.
- Məşvərət Məclisində 5-6 partiya var, onların çoxu öz namizədini irəli sürüb. Bunu necə başa düşək?
- Adından göründüyü kimi, bu qurum Məşvərət Məclisidir. Bizim mövqeyimiz, qərarlarımız tövsiyə xarakteri daşıyır, mütləq icra xarakteri daşımır. Ona görə də ayrı-ayrı partiyalar müxtəlif mövqedən çıxış edə bilərlər.
- Ümumi birlikdən, çəkici bir yerə döyməkdən danışırsız, amma təklif olunan ümumi birlik formatlarından olan Milli Şuraya qoşulmaq üçün şərt irəli sürürsüz. Axı şərtlə birlik olmaz...
- Biz demokratik qüvvələrin daha geniş çevrədə birləşməsini istəyirik. Əgər bu qurum Milli Şuradırsa və millidirsə, deməli, milli qüvvələrin böyük əksəriyyəti bura cəlb olunmalıdır.
İkincisi, əgər biz iqtidar komandasından istefa verib müxalifətə keçmişiksə, bu 20 ildə keçdiyimiz mübarizə yolu bizə əsas verir ki, Azərbaycanda 5-6 nüfuzlu siyasi qüvvədən biri olduğumuzu bəyan edək. Ona görə də düşürük ki, hər hansı bir demokratik birliyin təməl şərtlərinin müəyyənləşməsində iştirak etməliyik. Yəni, Milli Şuranın yaradılmasında Liberal Partiya da bərabər hüquqlu təsisçi kimi iştirak etməlidir. Əgər kimsə ALP-nin mətbuatda az görünməsini əsas götürüb, yaxud təmiz adımızı qoruduğumuza görə maddi-texniki bazamızın zəif olduğunu düşünürsə, bu o demək deyil ki, bizim nüfuzumuz aşağıdır. Bunu heç kim bizə irad tuta bilməz. Ona görə də hesab edirik ki, bu birliyin memarlarından biri biz olmalıyıq.
Bəziləri deyir ki, biz artıq yolun yarısını keçmişik, filan siyasi partiya və liderlər gəlib bizə qoşulsunlar. Amma bu yanaşma ayrı-seçkiliyə aparır, ümumi işə zərər verir.
- Siyasi partiya təkcə liderdən ibarət deyil, partiyanın strukturu olmalıdır, meydana adam çıxara bilməlidir. Bu məsələdə Sizin partiya Müsavatla AXCP-dən geri qalır...
- Liberal Partiya həmin partiyalarla müqayisədə maddi-texniki bazasına görə zəifdir. Maddi-texnika bazamız ona görə zəifdir ki, hakimiyyətdə ola-ola korrupsiyaya qarşı mübarizə aparmışıq və həmişə nəfsimizi basmışıq.
- AXCP ilə Müsavat korrupsiyaya bulaşıb ki?
- AXCP və Müsavat meydan hərəkatından gəlmiş partiyalardır, onlarla bizi müqayisə etməyin. Götürək elə Müsavatı, 2000-ci ildə 15 müttəfiqi ilə bərabər birinci yeri, Liberal Partiya isə təkbaşına ikinci yeri tutdu.
2003-cü ildə müxalifət partiyaları arasında təkbaşına Lalə Şövkət ikinci yeri, İsa Qəmbər isə 30 partiyanın və böyük demokratik qüvvələrin dəstəyi ilə birinci yer tutdu.
2005-ci ildə Liberal Partiyanın sürpriz kadrları ortaya çıxdı, amma sadəcə, bizim mətbu orqanımız olmadığına görə onları təbliğ edə bilmirik. Ancaq bu o demək deyil ki, Lalə Şövkətin və Liberal Partiyanın xalq arasında nüfuzu yoxdur.
- O fikirlər də səslənir ki, Sizin Milli Şuraya qoşulmaq istəməməyiniz Lalə Şövkətin namizədliyinin kölgədə qalmaq narahatlığı ilə bağlıdır...
- Mən bu günə kimi heç yerdə belə bir iddiaya rast gəlməmişəm. Bu, sizin əsassız ehtimalınızdır. Azərbaycanda Lalə Şövkəti heç kim kölgədə qoya bilməz.
- Lalə Şövkətin özü kölgəyə çəkilib...
- 20 ildir ki, bu iqtidar Lalə Şövkətin nüfuzu üzərinə kölgə sala bilmir. Sadəcə olaraq, Lalə Şövkətin taktikası ondan ibarətdir ki, Liberal Partiyanın vasitəsi ilə bütün demokratik qüvvələrin bir araya gəlməsi üçün əlindən gələni edir. Amma müxalifət daxilində birlik adı altında gedən çəkişmələrdə, qarşıdurmalarda iştirak etmək istəmir. Lalə Şövkətin meydana çıxması o deməkdir ki, həm də müxalifətdaxili çəkişmələrdə iştirak etmiş olur. Bu gün nə iqtidar, nə də müxalifət Lalə Şövkətin nüfuzuna kölgə salmaq gücündə deyil.
Liberal Partiyanın adından bir daha vurğulayıram ki, biz səmimi birliyin tərəfdarıyıq. Keçmişdə aramızda olan qarşıdurmaya, ziddiyyətə, ünvanımıza söylənən haqsız ittihamlara baxmayaraq, indi də səmimi birliyi istəyirik. Yaranacaq hər hansı birlik də 5-6 partiyadan ibarət olmamalıdır. Kim bu gün islahat, hakimiyyətdəki rejimin dəyişməsini, konstitusion yolla avtoritar sabitlikdən demokratik sabitliyə keçidi istəyirsə, bu birlikdə olmalıdır.
\ reytinq qəzeti \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Bu gün, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Bu gün, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Bu gün, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Bu gün, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Bu gün, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Bu gün, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Bu gün, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Bu gün, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Bu gün, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Bu gün, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Bu gün, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Bu gün, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Bu gün, 12:15
Aktrisadan Xalq artistinə DƏSTƏK: - “O sənəti olmayan istedadsızlar…”
Bu gün, 12:14
"Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
Bu gün, 12:06
Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 12:02
Türkiyəyə zərbə, yoxsa... – Tarazlıq təhlükədə
Bu gün, 12:01
ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir – SSRİ-də qadağan edilmişdi
Bu gün, 11:55
Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı - KİV
Bu gün, 11:40
Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
Bu gün, 11:38
Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... - AXI NİYƏ?..
Bu gün, 11:30
Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... - AY MAŞALLAH...
Bu gün, 11:25
"Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" - VİDEO
Bu gün, 11:15
Goranboyda Prezidentə yalan danışanlar kimlərdir? - Yeni çəkilən yol və körpü heç bir il dözmədi...
Bu gün, 11:04
Sabiq xanım deputata yeni vəzifə verildi - FOTO
Bu gün, 10:58
AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb - FOTO
Bu gün, 10:56
"Güdün, görüm nə vaxta qədər güdəcəksiz?" - Firəngiz Mütəllimova ona yazılan mənfi rəylərdən danışdı
Bu gün, 10:53
Restorana sərxoş vəziyyətdə daxil olmaq istəyən şəxs mühafizəçini bıçaqladı - MƏHKƏMƏ
Bu gün, 10:47
Rüşvətlə vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxslərin istintaqı başa çatıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Nazim Tahirovun FIRILDAQ ŞƏBƏKƏSİ: Nə yoğurdum, nə yapdım... HAZIR BİNA TAPDIM! - Aldadılmış iş adamı şok faktları açıqlayır
Bu gün, 10:45
Keçmiş icra başçının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı QƏRAR
Bu gün, 10:18
Bilgəh Kardioloji Sanatoriyasındə dincələnlər üçün "LAQONDA" SİMFONİYASI... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Səhiyyə nazirinə yeni müavin təyin edilib - DOSYE
Bu gün, 09:57
Ağstafa rayonunda dövlət tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 09:54
“Qala Həyat”nın İdarə Heyətinə yeni təyinat olacaq - TƏDARÜK VAR...
Bu gün, 09:52
Bakıdan Kişinyova: Narışkin və Mehdiyevin bağlanan casus “evləri” - Agent şəbəkəsinin təmizlənməsi
Bu gün, 09:44
Bakı–Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olunub - DİQQƏT!
Bu gün, 09:38
Naxçıvanda BEYNƏLXALQ SƏVİYYƏLİ SAXTAKARLIQ! - SƏN DEMƏ...
Bu gün, 09:22
Enişdə olan Almaniya üçün Azərbaycan nümunəsi... - GƏLİŞMƏ
Bu gün, 08:28
"Qonşularımızdan bu məsələdə də geri qalırıq..." - partiya sədri
Bu gün, 08:25
"Nə vaxta qədər pul oğurlamağa davam edəcəksiniz?" - ETİRAZ VAR!
Bu gün, 08:21
ABŞ İranın Hörmüz boğazında kommersiya gəmilərinə raket hücumu etdiyini düşünür - "Axios"
Bu gün, 08:11
Ankara və İrəvan arasında görünməmiş yenilik: Hazırlıq başladı – Bakının qərarı…
Bu gün, 08:09
Savaşın xarakteri dəyişir, Qərb orduları geri qalır - NZZ
Bu gün, 08:06
Bakıdan Tiflisə gedən vətəndaş GERİ QAYIDA BİLMİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:04
NATO sammiti, yoxsa 256 illik məğlubiyyətin revanşı? - İNCƏLƏMƏ
Bu gün, 07:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru