Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

"DÖVLƏT BİR MİTİNQLƏ DAĞILSA, O DÖVLƏT OLMAZDI"
Tarix: 18-04-2013, 11:52 | Çap et
"DÖVLƏT BİR MİTİNQLƏ DAĞILSA, O DÖVLƏT OLMAZDI"
"BURADA MDİ-YƏ BASQIDAN SÖHBƏT GEDƏ BİLMƏZ"

“Prezident ili olduğu üçün təbii ki, Azərbaycan cəmiyyətində seçkilərə hazırlıqla əlaqədar müxtəlif siyasi partiyaların, müxtəlif qurumların fəallığı açıq şəkildə özünü göstərməkdədir. Amma bütövlükdə sosial-siyasi baxımdan vəziyyət normaldır”, - iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı “Amerikanın səsi”nə müsahibəsində bildirib. Onun sözlərinə görə, seçkilərin azad, ədalətli, demokratik keçirilməsi mühiti var.

M.Qurbanlı prezident İlham Əliyevin seçkilərdə qalib gələcəyinə əmindir. “Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, partiyamızın sədri, prezidentimiz İlham Əliyev olacaq. Bu barədə ikili düşüncə və başqa fikir bütövlükdə yox dərəcəsindədir. Biz hesab edirik ki, Azərbaycan seçicisi indi davam edən bu yola, ulu öndər Heydər Əliyevdən başlanan böyük siyasətə yenə səs verəcək. Prezident İlham Əliyevin 2003-cü ildən bu yana həyata keçirdiyi siyasətə dəstək olacaq. Biz namizədimizin qələbə çalacağına əminik”, - o qeyd edib.

İcra katibinin müavini son həbslərə də münasibətini bildirib. “Azərbaycanda siyasi partiyaların radikal qanadının tərəfdarları bir neçə dəfə şəhərin mərkəzində, məsələn Fəvvarələr Meydanında qanunsuz aksiyalar keçirməyə cəhd edib. Halbuki, Fəvvarələr Meydanı aksiyalar üçün deyil. Qanun pozuntusu baş verən ölkədə bunun qarşısını alınmadıqda zəncirvari reaksiya baş verə bilər. O ki qaldı NİDA-çıların məsələsinə, onlar da həmin hadisələr zamanı və ya qanun pozuntuları ilə əlaqədar həbs olunublar. İlqar Məmmədov və Tofiq Yaqublu məsələsi isə İsmayıllıda baş verən hadisələr zamanı onların bölgəyə getməsi və həmin bölgədə qızışdırıcı fəaliyyət göstərməsi ilə əlaqədardır. Bununla bağlı hüquq- mühafizə orqanlarında məlumat olduğuna araşdırılır”.

M.Qurbanlı ordudakı ölümlərə qarşıdır, amma bunun etiraz aksiyaları vasitəsilı ictimai diqqətə çatdırılmasını düzgün saymır. “Azərbaycan ordusu 20 ildir səngərdədir. Səngərdə olan ordu ilə qışlaqda (kazarma) olan ordunun psixoloji durumu eyni deyil. Azərbaycan ordusu regionun ən güclü ordusudur. İstər təchizat baxımından, istər nizam-intizam baxımından, istərsə də nizamnaməyə əməl edilməsi baxımından xeyli irəliyə gedib. O ki qaldı əsgər ölümü ilə bağlı keçirilən kütləvi aksiyalara, əsgər ölümünə kim “hə” deyə bilər, hamımız “yox” deyirik. Amma bunu cəmiyyətə çatdırmaq üçün qanunu pozmağa ehtiyac varmı?”, - o sual edib.

M.Qurbanlı Azərbaycanda sosial şəbəkələrdə müzakirələrin daha da genişləndirlməsinin tərəfdarıdır. “Azərbaycanda Facebook-dan heç kim çəkinmir, xüsusilə hakimiyyət bundan çəkinmir və çəkinməyə də ehtiyac duymur. Azərbaycanda İnternet tam azaddır. Mən Yeni Azərbaycan Partiyasının rəsmi mövqeyini bir daha vurğulayıram: biz Facebook-da tam sərbəstliyə tərəfdarıq”.

O ki qaldı “Facebook inqilabı” məsələsinə, icra katibinin müavini vildirib ki, Facebook vasitəsilə heç kim inqilab edə bilməz: “İnqilabın olması, hakimiyyət əleyhinə iğtişaşlar, çıxışlar üçün ölkədə mütləq səbəblər olmalıdır. O səbəblər olmadıqca hansısa ölkədə inqilabı və ya hərəkatı Facebook vasitəsilə etmək mümkün deyil. Məgər Qahirədə Təhrir Meydanında toplaşanlar Facebook vasitəsi ilə toplaşmışdı? Onların mütləq əksəriyyətinin nə Facebook-dan xəbəri var idi, nə də sosial şəbəkələrə girişi var idi”.

M.Qurbanlı hesab edir ki, Azərbaycan ATƏT-in üzvü olandan sonra böyük yol keçib, demokratikləşib, müasirləşib. “ATƏT-in 20 ildir Azərbaycanda müşahidə missiyası var. Biz sadəcə təkliflərlə çıxış edirik ki, Azərbaycanın indiki situasiyasını, inkişafını nəzərə alaraq həmin müşahidə missiyasının statusuna yenidən baxılsın. Bu gün Azərbaycan Şərqi Avropanın demokratiya yolu ilə inkişaf edən ölkələrindən heç də geri qalmır. Şərqi Avropa da totalitarizmdən demokratiyaya keçib , biz də totalitarizmdən demokratiya yoluna keçmişik və bu yolla davam edirik. Demokratiya sahəsində ciddi uğurlarımız var”, - o bildirib.

M.Qurbanlı Amerika Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyətini davam etdirdiyini deyib: “Milli Demokratiya İnstitutu Azərbaycanda çoxdandır fəaliyyət göstərir və bu gün də fəaliyyətini davam etdirir. Bizim üçün hansısa təhlükə mənbəyi deyil. Sadəcə, Milli Demokratiya İnstitutunun məmurunun bank hesabından nağd pul çıxarması və sərf etməsi ilə bağlı jurnalist araşdırması dərc olunub. Respublika Prokurorluğu da haqlı olaraq Amerika səfirliyinə müraciət edərək bunun araşdırılmasını istəyib. Prokurorluq qanunu qoruyan bir qurumdur və onun belə müraciətlə çıxış etməsi tamamilə məntiqlidir. Amerika tərəfinin cavablarını oxudum. Hesab edirəm ki, yetərli deyil. Jurnalist araşdırmasında ortaya çıxan dəlillərə cavab verilməlidir. Burada Milli Demokratiya İnstitutuna hər hansı basqıdan söhbət gedə bilməz”.

Onun fuikrincə, Azərbaycan cəmiyyətində insanların narazı hissəsi var, amma narazı hissə böhran həddi səviyyəsində deyil. “O narazı hissənin heç də hamısı prezidentdən, onun siyasətindən narazı deyil. Ola bilər ki, kimsə məmurdan narazıdır, öz işlədiyi yerdə kimdənsə narazıdır, əmək haqqının azlığından narazıdır. Amma bütövlükdə bu böhran vəziyyətində deyil. O həddə deyil ki, Azərbaycan cəmiyyətində hansısa bir partlayışa gətirib çıxarsın”, - M.Qurbanlı vurğulayıb.

İcra katibinin müavini iqtidarın sıradan çıxarılacağı ilə bağlı fikirlərə rişxəndlə yanaşır: “Dövlət bir mitinqlə, bir nümayişlə dağılsa o, dövlət olmazdı. İqtidarlar bir hadisə ilə, bir iğtişaşla, bu və ya baş vermiş digər hadisə ilə hakimiyyətdən getmir. Hakimiyyət çökdü, bacarmadı kimi tezislər ortaya qoymaq, həmin tezisləri söyləyənlərin politoloji elmdən və bütövlükdə dövlət idarəçiliyindən xəbəri olmaması, bu və ya digər məsələləri ya tam bilməməsi, ya da qəsdən belə göstərməsidir. Bu cür hadisələr dövlətin, hakimiyyətin çökməsi demək deyil. Hakimiyyət hakimiyyətdir. İqtidarın da vəzifəsi odur ki, hakimiyyətini qanun çərçivəsində qorusun. Özünü qorumağa qadir olmayan hakimiyyət dövləti və vətəni qoruya bilməz”, o qeyd edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30
"Baxırsan, amma son dəfə..."
Dünən, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
11-07-2025, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
11-07-2025, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
11-07-2025, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
11-07-2025, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
11-07-2025, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
11-07-2025, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
11-07-2025, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
11-07-2025, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
11-07-2025, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
11-07-2025, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
11-07-2025, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
11-07-2025, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
11-07-2025, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
11-07-2025, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
11-07-2025, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
11-07-2025, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
11-07-2025, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru